28 Oktyabr 2026 19:09
178
SİYASƏT
A- A+
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram  

Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram  


Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 28-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhmədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın qonağın yeni vəzifəsində ilk səfər etdiyi ölkələrdən biri olması respublikamızla İƏT arasında möhkəm əlaqələrdən xəbər verdiyini bildirib. S.Qafarova bu səfərin qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

O, Prezident İlham Əliyevin təşəbbüsü ilə yarandığı gündən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlərarası və dinlərarası dialoqun əsas qlobal platformalarından birinə çevrildiyini diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycanın İƏT-in fəaliyyətində mühüm rolu qeyd edilib, həm Azərbaycan ərazilərinin işğalı dövründə, həm də münaqişədən sonrakı dövrdə təşkilatın ölkəmizə davamlı dəstəyinin, qəbul etdiyi çoxsaylı qətnamələrin və qərarların bu dəstəyi və həmrəyliyi əks etdirdiyi vurğulanıb.

Milli Məclisin sədri qonağa parlamentin tarixi, müasir strukturu və beynəlxalq sahədə fəaliyyəti barədə məlumat verib.

S.Qafarova hazırda sədrlik etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏTPİ) ilə İƏT arasında əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.

İsmayıl Ould Şeyx Əhməd İƏT-in fəaliyyətinə verdiyi dəstəyə və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda uğurla təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Baş katib Prezident İlham Əliyevlə görüşü, cənab Prezidentin Forumdakı çıxışı, həmçinin ölkəmizdə gördüyü inkişaf barədə təəssüratlarını bölüşüb. Bildirib ki, Azərbaycan sülhü, sabitliyi necə qorumaqla bağlı bütün dünyaya nümunə göstərir. Baş katib Azərbaycanın 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasına ev sahibliyi və İƏT-ə sədrliyi ilə bağlı məsələlərin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın sədrliyi ilə bu təşkilatın fəaliyyətinin daha da güclənəcəyinə inamını ifadə edib.

Parlament diplomatiyasının əhəmiyyətindən danışan qonaq İƏT-in Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini həmişə dəstəklədiyini bildirib. O, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülmüş işləri yüksək qiymətləndirib.

Görüşdə İslam həmrəyliyinin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun təşviqi, ölkəmizlə İƏT arasında əməkdaşlığın daha da genişləndirilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram  

19:09
28 Oktyabr

Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasına qoşulub

18:58
28 Oktyabr

Azərbaycan XİN İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib  

18:57
28 Oktyabr

Beynəlxalq Cinayət Məhkəməsi yeni baş prokurorunu 2027-ci ilin dekabrında seçəcək  

18:47
28 Oktyabr

Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər  

18:37
28 Oktyabr

Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasını imzalayıb  

18:29
28 Oktyabr

S.Lavrov: Avropa Rusiya ilə təmaslardan imtina edib

18:19
28 Oktyabr

İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb – YENİLƏNİB

17:54
28 Oktyabr

ABŞ Rusiyadan dizel yanacağının idxalını davam etdirə bilər

17:39
28 Oktyabr

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair “Yol Xəritəsi” imzalanıb  

17:23
28 Oktyabr

Hindistan hər il onlarla T-90 tankını modernləşdirmək istəyir  

17:23
28 Oktyabr

İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib  

17:22
28 Oktyabr

 “AzerGold” Özbəkistanda yeni qızıl yataqlarının işlənməsini planlaşdırır

17:21
28 Oktyabr

Rusiya Prezidenti: Qaz bazarını stabilləşdirmək üçün sanksiyalar ləğv edilməlidir  

17:18
28 Oktyabr

Dəbdəbəli kruiz gəmisində yanacaq böhranı  

17:03
28 Oktyabr

Alla Puqaçova Kiprdə jurnalistlə üz-üzə: qəzəbli anlar və istehzalı cavab  

16:33
28 Oktyabr

Kim Çen In orduya döyüş hazırlığı əmri verib 

16:24
28 Oktyabr

Məşq zamanı bel niyə ağrıyır?

16:20
28 Oktyabr

İlon Maskdan Ukraynaya Starlink məhdudiyyəti 

16:16
28 Oktyabr

Baş Prokurorluq və Kot-d’İvuarın Yaxşı İdarəçilik üzrə Ali Qurumu arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu vurğulanıb

16:09
28 Oktyabr

Ruandalı nazir "ASAN xidmət"də

16:08
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!