28 Oktyabr 2026 18:29
177
CƏMİYYƏT
A- A+
Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasını imzalayıb  

Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasını imzalayıb  


Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir.

Azərbaycanın Baş Prokurorluğunun ev sahibliyi etdiyi tədbirdə 46 üzv dövlətin və müşahidəçi ölkənin, eləcə də, 8 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 250-dən çox şəxs iştirak edir. İştirakçılar arasında müstəqil antikorrupsiya qurumlarının rəhbərləri və nazirlər olmaqla 40-dan çox yüksəkvəzifəli şəxs yer alır.

AZƏRTAC xəbər verir ki, oktyabrın 28-də keçirilən tədbir çərçivəsində Azərbaycan “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası”nı imzalayıb.

Konvensiya Azərbaycan Respublikası adından Baş prokuror Kamran Əliyev tərəfindən imzalanıb.

İmzalanma mərasimində İƏT-in Baş katibi İsmayıl Ould Şeyx Əhməd iştirak edib.

Mərasimdə çıxış edən Baş prokuror korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasında beynəlxalq əməkdaşlığın, dövlətlər arasında operativ məlumat mübadiləsinin və hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Baş prokuror, həmçinin tədbir iştirakçılarına müraciət edərək, İƏT-ə üzv dövlətləri Konvensiyaya qoşulmağa, onun imzalanması və ratifikasiyası istiqamətində zəruri tədbirləri həyata keçirməyə, eləcə də bu istiqamətdə fəal mövqe nümayiş etdirməyə çağırıb.

Qeyd edək ki, Məkkə Əl-Mükərrəmə Konvensiyası İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən səlahiyyətli hüquq-mühafizə orqanları arasında əməkdaşlığın hüquqi əsaslarını müəyyən edən beynəlxalq sənəddir.

Konvensiyanın əsas məqsədi korrupsiya cinayətlərinin qarşısının alınması və aşkar edilməsi, onların araşdırılması və təqibi sahəsində dövlətlərarası əməkdaşlığın gücləndirilməsi, eləcə də müvafiq qurumların fəaliyyətinin əlaqələndirilməsidir.

Sənəd çərçivəsində korrupsiya cinayətləri ilə bağlı məlumatların və sübutların mübadiləsinin, qarşılıqlı hüquqi yardımın, istintaq tədbirləri üzrə əməkdaşlığın, texniki dəstək və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, korrupsiya yolu ilə əldə edilmiş aktivlərin müəyyənləşdirilməsi, izlənilməsi, dondurulması, müsadirəsi və mənşə ölkəsinə qaytarılması istiqamətində əməkdaşlığın gücləndirilməsi Konvensiyanın mühüm məqsədlərindəndir.

Konvensiyanın imzalanması Azərbaycanın İƏT çərçivəsində antikorrupsiya əməkdaşlığının inkişafına, beynəlxalq hüquqi əlaqələrin genişləndirilməsinə və korrupsiya cinayətlərinin transsərhəd xarakterindən irəli gələn çağırışlara qarşı birgə mübarizənin gücləndirilməsinə verdiyi önəmin növbəti ifadəsidir.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycanla yanaşı, Tacikistan da Konvensiyanı imzalayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram  

19:09
28 Oktyabr

Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasına qoşulub

18:58
28 Oktyabr

Azərbaycan XİN İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib  

18:57
28 Oktyabr

Beynəlxalq Cinayət Məhkəməsi yeni baş prokurorunu 2027-ci ilin dekabrında seçəcək  

18:47
28 Oktyabr

Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər  

18:37
28 Oktyabr

Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasını imzalayıb  

18:29
28 Oktyabr

S.Lavrov: Avropa Rusiya ilə təmaslardan imtina edib

18:19
28 Oktyabr

İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb – YENİLƏNİB

17:54
28 Oktyabr

ABŞ Rusiyadan dizel yanacağının idxalını davam etdirə bilər

17:39
28 Oktyabr

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair “Yol Xəritəsi” imzalanıb  

17:23
28 Oktyabr

Hindistan hər il onlarla T-90 tankını modernləşdirmək istəyir  

17:23
28 Oktyabr

İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib  

17:22
28 Oktyabr

 “AzerGold” Özbəkistanda yeni qızıl yataqlarının işlənməsini planlaşdırır

17:21
28 Oktyabr

Rusiya Prezidenti: Qaz bazarını stabilləşdirmək üçün sanksiyalar ləğv edilməlidir  

17:18
28 Oktyabr

Dəbdəbəli kruiz gəmisində yanacaq böhranı  

17:03
28 Oktyabr

Alla Puqaçova Kiprdə jurnalistlə üz-üzə: qəzəbli anlar və istehzalı cavab  

16:33
28 Oktyabr

Kim Çen In orduya döyüş hazırlığı əmri verib 

16:24
28 Oktyabr

Məşq zamanı bel niyə ağrıyır?

16:20
28 Oktyabr

İlon Maskdan Ukraynaya Starlink məhdudiyyəti 

16:16
28 Oktyabr

Baş Prokurorluq və Kot-d’İvuarın Yaxşı İdarəçilik üzrə Ali Qurumu arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu vurğulanıb

16:09
28 Oktyabr

Ruandalı nazir "ASAN xidmət"də

16:08
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!