28 Oktyabr 2026 16:33
200
DÜNYA
A- A+
Alla Puqaçova Kiprdə jurnalistlə üz-üzə: qəzəbli anlar və istehzalı cavab  

Alla Puqaçova Kiprdə jurnalistlə üz-üzə: qəzəbli anlar və istehzalı cavab  


Bəzən bir neçə saniyəlik video insanın uzun illər boyu yaratdığı obrazın üzərinə kölgə salır. Bəzən bir baxış, bir sərt söz, bir anlıq qəzəb minlərlə sual doğurur... Bu dəfə diqqət mərkəzində illərin səsini, mahnılarının kədərini və səhnələrin gur işıqlarını arxada qoymayan Alla Puqaçovadır.

Məşhur müğənni Kiprdə jurnalistlə yaşadığı qalmaqalla bağlı səssizliyini pozub. Şəxsi bloqunda paylaşım edən sənətçi yayılan görüntülərə münasibət bildirib. Bu barədə “İzvestiya”  qəzeti yazıb. Yeddi ay əvvəl - martın 7-də NTV telekanalı Puqaçovanın  Kiprin Limasol  şəhərindəki küçələrdən birində jurnalistlə mübahisəsini əks etdirən videonu yayımlayıb. Kadrlarda qəzəbli görünən müğənninin  media nümayəndəsinə doğru irəlilədiyi, jurnalistin isə ucadan “mənə hücum etməyin” deyə səsləndiyi görünür.

Görüntülərin sonunda Alla Borisovna özünü “vətənpərvər”,  jurnalisti isə “həyasız” və “axmaq” adlandırır. Bir vaxtlar milyonların qəlbinə mahnıları ilə yol tapan sənətkarın bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Lakin Puqaçovanın sonrakı paylaşımında başqa bir ovqat duyulub. O, jurnalistə ironik çalarlarla “gözəl fotosessiyaya görə” təşəkkür edib və yaşına meydan oxuyan sözlər yazıb: “75 yaşımda belə makiyajsız da şirin, təravətli və gənc görünə bildiyimi dərk etmək xoşdur”. Müğənni paylaşımına eynəkdə çəkdirdiyi selfini və mübahisəli videodan götürülmüş iki ekran görüntüsünü də əlavə edib. Beləcə, qalmaqallı anın ardınca özünəməxsus yumor və istehza ilə dolu bir cavab gəlib...


Hər kəsin öz həqiqəti, hər susqunluğun öz hekayəsi var...

Puqaçovanın da həyatı  illərdir dəyişən ölkələrin, yarımçıq qalan xatirələrin və geridə buraxılan bir dövrün kölgəsində davam edir. Bir zamanlar səhnədən səslənən mahnılarında sevgi, ayrılıq və həsrət vardı. İndi isə onun adı tez-tez qalmaqallar, mübahisələr və keçmişlə bağlı müzakirələrlə gündəmə gəlir.

Daha əvvəl ABN24 Puqaçovanın İsrailə köçdüyünü və Rusiyada böyük sərvətini geridə qoyduğunu yazmışdı. Sonradan isə müğənninin  bəzi əmlakını  Rusiyadan çıxarmağa cəhd etdiyi barədə məlumatlar yayılmışdı.

Bəlkə də həyatın ən qəribə tərəfi budur: illər keçir, səhnələrin işıqları sönür, alqışların səsi uzaqlaşır, amma insanın adı, sözləri və keçmişi onunla birgə addımlamağa davam edir... Və bəzən bütün bu səs-küyün içində adama yalnız həzin bir mahnı qalır - keçmişi xatırladan, ayrılığı pıçıldayan, zamanın heç kimi gözləmədiyini xatırladan bir mahnı.

Çünki bəzi hekayələr bitmir. Sadəcə, onların musiqisi dəyişir.

Züleyxa ƏLİYEVA. 

“Azərbaycan


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair “Yol Xəritəsi” imzalanıb  

17:23
28 Oktyabr

Hindistan hər il onlarla T-90 tankını modernləşdirmək istəyir  

17:23
28 Oktyabr

İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib  

17:22
28 Oktyabr

 “AzerGold” Özbəkistanda yeni qızıl yataqlarının işlənməsini planlaşdırır

17:21
28 Oktyabr

Rusiya Prezidenti: Qaz bazarını stabilləşdirmək üçün sanksiyalar ləğv edilməlidir  

17:18
28 Oktyabr

Dəbdəbəli kruiz gəmisində yanacaq böhranı  

17:03
28 Oktyabr

Alla Puqaçova Kiprdə jurnalistlə üz-üzə: qəzəbli anlar və istehzalı cavab  

16:33
28 Oktyabr

Kim Çen In orduya döyüş hazırlığı əmri verib 

16:24
28 Oktyabr

Məşq zamanı bel niyə ağrıyır?

16:20
28 Oktyabr

İlon Maskdan Ukraynaya Starlink məhdudiyyəti 

16:16
28 Oktyabr

Baş Prokurorluq və Kot-d’İvuarın Yaxşı İdarəçilik üzrə Ali Qurumu arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu vurğulanıb

16:09
28 Oktyabr

Ruandalı nazir "ASAN xidmət"də

16:08
28 Oktyabr

“Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” – PANEL SESSİYA

16:07
28 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Cəbrayılda bölgə vətəndaşlarının müraciətlərini dinləyib  

16:06
28 Oktyabr

“Wonderful” şirkəti Azərbaycanda ofis açmağı planlaşdırır

16:04
28 Oktyabr

İspaniyada qatarların toqquşması nəticəsində 46 nəfər ölüb  

16:01
28 Oktyabr

Yepiskop Vladimir Fekete: Dinlərarası dialoq qorxu və qeyri-müəyyənliyə qarşı mübarizəyə kömək edir 

15:53
28 Oktyabr

Azərbaycançılıq ideologiyası: tarixi köklərimiz, milli birliyimiz və ortaq gələcəyimiz

15:35
28 Oktyabr

Azərbaycanın təqdim etdiyi uğur formulu   

15:31
28 Oktyabr

Azərbaycanın qlobal təşəbbüsləri: mədəniyyətlərarası dialoq və geosiyasi sabitlik  

15:19
28 Oktyabr

Multikulturalizmin Azərbaycan nümunəsi  

15:01
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!