Banklar həqiqi dost ola bilər
Ölkəmiz regionda lider dövlətə çevrilib, iqtisadiyyatımız sürətlə inkişaf edir. Həyat səviyyəmiz də ildən-ilə yüksəlir. Elə bizim həyətimizdə 20-30 il bundan əvvəl sovet istehsalı olan bir-iki "Jiquli" dayanardı. İndi, maşallah, xarici bahalı avtomobillərin əlindən tərpənmək olmur. Ötən əsrdə avtomobil zinət sayılardı, indi isə deyirlər ki, hərəkət etmək üçün minik vasitəsidir. İnsanlar da tədricən dəyişir, heç kim heç kimə yük olmaq istəmir. Əvvəllər nəsə bahalı bir şeyə pulumuz çatmayanda, toy edəndə qohuma, dosta ağız açardıq, borc alardıq. Artıq bu da tərginir. İndi pul lazım gələndə qohum, qardaş, dost qapısını döymək ayıb sayılır, birbaşa banklara müraciət edirik.
Azərbaycanda bankların da işində ciddi dönüş yaranıb, göstərilən xidmətlərin çeşidi, müxtəlif məqsədlər üçün verilən kreditlərin sayı da, məbləği də artıb. Artıq banklar ölkəmizdə minlərlə insanın maddi problemlərinin həllində ciddi rol oynayırlar. Ev təmir edən, maşın alan, təhsil haqqını ödəyən, hətta müalicəyə ehtiyacı olanlar da çətinə düşəndə banklara müraciət edirlər.
Lakin məni düşündürən başqa bir məsələ var. Reklamlarda görürsən ki, avtomobil alanlara hətta illik 12-17 faiz arasında müxtəlif banklar kreditlər təklif edir. Di gəl ki ev təmir etmək, ya başqa bir şey almaq üçün müraciət edəndə 24-30, bəzən də 32 faizlə kredit təklif edirlər. Həm də əksər banklar kredit faizlərindən əlavə xidmət haqqı adı altında 3-4 faiz də bu başdan əlavə pul alırlar.
Əlbəttə, bu gün ölkədə aşağı faizlə kredit verən banklar da az deyil. Bir sıra banklar müştəriləri cəlb etmək üçün müəyyən təbəqələrə, məsələn, müəllimlərə, həkimlərə güzəştli kreditlər təklif edir, hətta 14 faizlə kredit kampaniyaları keçirirlər. Ona görə də bu sırada bəzi bankların hələ də 30 faizli kreditlərin təklif etməsi təəccüblü görünür. Digər tərəfdən, maşın alana 14, ev təmir edənə isə 24-30 faizə kreditin verilməsi də fikirləşirəm ki, düzgün deyil.
Banklar özəl sektorun təmsilçiləri kimi əlbəttə göstərdikləri xidmətin müqabilində qazanmalıdırlar. Lakin yüksək faizlərdən narazı qalan müştərilərin də maraqlarını kimsə qorumalıdır. Ona görə də məsələyə Mərkəzi Bankın və ya müvafiq qurumların müdaxiləsi vacibdir. Burada kredit faizinin yuxarı həddinin bazara uyğun tənzimlənməsi vacibdir. Elə etmək lazımdır ki, nə banklar öz gəlirlərində itirsin, nə də müştərilər çətinə düşsün. Ortaq məxrəcə gəlmək, hər iki tərəfi təmin edən bir nəticənin üstündə dayanmaq düzgün seçim olardı. Eyni zamanda, müştəri xidməti göstərmək adı altında alınan əlavə 3-4 faizin də nə dərəcədə düzgün olması nəzərdən keçirilməlidir. Bankların bizim həqiqi dostlarımız olması üçün bu addımları atması vacibdir.
Dürdanə AĞAYEVA,
Bakı şəhəri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan neftinin qiyməti 90 dolları ötüb
27 Aprel
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
27 Aprel
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb
27 Aprel
Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb
27 Aprel
"Əgər torpaq uğrunda şəhid olsam..."
27 Aprel
Muğam ifaçılığı sahəsində sənət estafeti etibarlı əllərdədir
27 Aprel
Böyük ehtiramın ifadəsi
27 Aprel
Bizi kəmiyyət yox, keyfiyyət qane etmir
27 Aprel
Ölkəmiz sürətlə Çin bazarına daxil olur
27 Aprel
Ölkəmiz qlobal dəhliz layihələrinin də əsas iştirakçılarındandır
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!