22 Avqust 2020 00:14
3218
Mədəniyyət
A- A+
Bakının birinci xanı

Bakının birinci xanı


O, tarixin keşməkeşli dövründə bir səltənət qurdu. I Mirzə Məhəmməd xanın banisi olduğu Bakı xanlığı ilə Bakıxanovların hakimiyyəti başladı.


I Mirzə Məhəmməd xandan öncəki Bakı


Abşeron yarımadasında yaranan Bakı xanlığının tarixi XVIII əsrin 40-cı illərindən başlayır. Həmin tarixdən öncə, Səfəvilərin hakimiyyətinin son dövrlərində Bakı və onun ətrafını sultan titullu hakimlər idarə edirdilər. Bu idarəçilik nəsildən-nəsilə ötürülürdü. XVIII əsrin 20-ci illərinin əvvəllərində həmin titulu Məhəmmədhüseyn bəy daşıyırdı.

1722-ci ildə çar ordusu böyük qüvvə ilə Azərbaycana hücum edir. Şəhəri ruslara təslim etməyə razılıq verməyən Məhəmmədhüseyn bəyin aqibəti faciəli olur.

General Matyuşkinin başçılıq etdiyi rus qoşunları 1723-cü il iyulun sonlarında gəmilərlə şəhəri top atəşinə tutur. Dördgünlük mübarizədən sonra qala təslim olur. Şəhər çar qoşunlarının işğalına məruz qalır. Məhəmmədhüseyn bəy və dörd qardaşı həbs edilərək Həştərxana, oradan da Roqaçevskə sürgün olunurlar. Rus zabiti Baryatinski şəhərin komendant vəzifəsinə təyin edilir. Peterburqda Bakının alınması münasibətilə atəşfəşanlıq təşkil olunur.

Baş verən bu hadisələrdə Dərgahqulu bəyin də adına rast gəlirik. O, 1723-cü ildə 700 əsgərlə birlikdə Mixail Matyuşkinə qalanı təslim etdikdən sonra Rusiya imperiyası tərəfindən yerli hökmdar kimi qəbul olunmuşdu.

Müstəqil xan rütbəsinə ilk yüksələn isə Dərgahqulu bəyin oğlu Mirzə Məhəmməd olur.


İyirmi yaşlı xan


Bakı xanlığının bünövrəsini qoyan I Mirzə Məhəmməd xan 1727-ci ildə Bakıda dünyaya gəlib. Tədqiqatlarda onun əcdadlarının bu şəhərə 1592-ci ildə gəldikləri qeyd olunub. Araşdırıcıların əsaslandıqları mənbələrdən biri isə I Mirzə Məhəmməd xanın nəticəsi Abbasqulu ağa Bakıxanovun bildirdikləridir. O, ulularının Bakıya Gilandan Malati hökmdarı Sultan Əhməd xanın səltənətinin sonu gəldiyi bəlli olan "Xan Əhməd məsələsi”ndən sonra köçdüyünü qeyd edib. Abbasqulu ağanın iddiasına görə, Bakı xanlarının əcdadları Təbəristanda hakim olan Nur və Kucur hökmdarlarından, yəni Paduspanilərdən gəlir. Məmmədhüseyn bəy və oğlu Heybət bəy sülalənin ilk tanınmış nümayəndələri hesab edilir. Azərbaycan tarixində onlardan daha çox adı çəkilən isə Heybət bəyin böyük oğlu Dərgahqulu bəy olub. O, Maştağada şəhəri ələ keçirərək Səfəvilərin təyin etdiyi sultanı öldürüb, özünü xan elan etməklə kifayətlənməyib. Dərgahqulu bəy qazıqumuqlu Surxay xanın və şirvanlı Hacı Davudun qüvvələrini məğlub edərək hakimiyyətini Şabran və Qobustanadək genişləndirməyə müvəffəq olub.

Rusiyanın Xəzəryanı əyalətlərə marağı 1725-ci ildə I Pyotrun ölümündən sonra azalıb. 1747-ci ildə Nadir Şahın hakimiyyəti zəbt etməsi ilə Bakı xanlığının Rusiyadan asılılığı bitib.

Bakı xanlığının yaranmasına gəlincə, tədqiqatçı İ.Lerx Dərgahqulu bəyin Nadir şahın qoşununda İrəvan yaxınlığında osmanlılarla döyüşdə həlak olduğunu bildirib, ancaq tarix başqa bir faktı təsdiqləyir. Belə ki, bu hadisə Bakı xanlığının yaranmasından doqquz il qabaq baş verib. O vaxt Dərgahqulu bəyin yeganə oğlu Mirzə Məhəmməd on bir yaşındaydı. Nadir şah onu atasının əvəzində Bakı şəhərinə hakim təyin edib.

1747-ci ildə Nadir şah qətlə yetirildikdən sonra Səfəvilər yenidən hakimiyyəti ələ keçirib. Azərbaycanda isə XVIII əsrin ortalarında xanlıqlar qurulub. Nadir şahdan sonra onun yaxın əmirlərindən sayılan iyirmi yaşlı Mirzə Məhəmməd Bakı xanlığını yaradaraq hakimiyyəti müstəqil idarə edib.


I Mirzə Məhəmməd xanın dövründə Bakının iqtisadi vəziyyəti


Bakı xanlığına 39 kənd daxil idi. İnzibati, maliyyə, hərbi və məhkəmə xanın hökmündəydi. Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Bakı xanlığında da divan vardı. Vəzir xanın yaxın köməkçisi idi. Naib vəzifəsini daşıyanların isə tabeçiliyində kəndxudalar, yüzbaşılar vardı. Bakı şəhərində qalabəyi, darğa və başqa vəzifələr mövcud idi.

Bakı xanlığında bütün hakimiyyət, torpaqlar, yeraltı və yerüstü sərvətlər xana və onun ailə üzvlərinə məxsus idi.

Xanlığın banisi I Mirzə Məhəmməd xan Əfşar şahları dövründə çökmüş Bakı iqtisadiyyatını, ticarəti xeyli inkişaf etdirə bilib.

Xanlıqda pul da kəsilirdi. Təsərrüfatda əsas yeri neft, duz və zəfəran istehsalı, balıqçılıq, maldarlıq tuturdu, toxuculuq, zərgərlik, boyaqçılıq, misgərlik kimi sənət sahələri inkişaf edirdi. Xanlıqda 50-dən çox neft quyusu movcud idi. Həmin quyulardan ildə 240 min puddan artıq neft istehsal olunurdu.

Xanlığın mərkəzi Bakı şəhəri idi. Avropa ölkələri, Rusiya, İran, Osmanlı imperiyası, Hindistanla tranzit ticarətdə bu şəhər əhəmiyyətli rol oynayırdı.

Mirzə Məhəmməd xan mal daşınması və hərbi məqsədlər üçün gəmiqayırma işinə özü rəhbərlik edirdi. O həm də admiral rütbəsini daşıyırdı.

Bakının birinci xandan sonra da övladları, nəvə-nəticələri arasından Rusiya imperiyasına xidmət edən bir çox xanlar, generallar, zabitlər olmuşdu.

1768-ci il oktyabrın 17-də Bakıda vəfat edən Bakının birinci xanının cənazəsi Kərbəla şəhərinə aparılıb, orada dəfn olunub.

I Mirzə Məhəmməd xanın Hacı Əliqulu ağa, Hacı Məlik Məhəmməd xan və Məhəmmədqulu xan adlı üç oğlu və bir qızı olub. I Mirzə Məhəmməd xandan sonra xanlıq taxtı onun ikinci oğlu Hacı Məlik Məhəmməd xana (1768-1784) keçib. Bakı xanlığı irsi monarxiya idi. Mirzə Məhəmməd xanın oğlu Məlik Məhəmməd xandan sonra da onun oğlu II Mirzə Məhəmməd xan (1784-1791) hakimiyyətə gəlib. Daha sonra xanlığı Mirzə Məhəmməd xanın oğlanları Məhəmmədqulu xan (1791-1792) və Hüseynqulu xan (1792-1806) idarə ediblər. Beləcə, I Mirzə Məhəmməd xanın 1747-ci ildə qurduğu Bakı xanlığı 1806-cı ilədək davam edib...

Z. FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!