05 Dekabr 2025 17:35
226
SİYASƏT
A- A+
Bakıda “Mədəni irs və qayıdış hüququ” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB  

Bakıda “Mədəni irs və qayıdış hüququ” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB  

Dekabrın 5-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda dünyanın 60-dan çox ölkəsini təmsil edən 100-ə yaxın qonaq, Azərbaycandan 100-dən çox ekspert, alim, ictimai xadim və dövlət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.

Konfransın açılışında Qərbi Azərbaycan İcmasının ölkədaxili və beynəlxalq fəaliyyətindən, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə həssas münasibətindən bəhs edən film nümayiş etdirilib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı və Qayıdış üzrə Təşəbbüs Qrupunun sədri Əziz Ələkbərli İcmanın əsas missiyasının 200 ildən artıq müddətdə mərhələ-mərhələ Ermənistandan qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıdış hüququnu təmin etmək olduğunu deyib və Ermənistanla sülh prosesinin irəliləməsi fonunda erməni və azərbaycanlıların birgəyaşayışının yeganə yolunun qayıdış hüququnun tanınması olduğunu vurğulayıb. O, beynəlxalq ictimaiyyəti bu ədalətli prosesə dəstək verməyə çağırıb.

Xarici qonaqlar adından Türkiyə Böyük Millət Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının fəxri üzvü Şamil Ayrım çıxış edərək qardaşlıq mesajını çatdırıb və Qərbi azərbaycanlıların deportasiyalarının insanlığa qarşı törədilmiş ağır cinayət, regionda balansı pozmuş tarixi ədalətsizlik olduğunu qeyd edib. Türkiyənin həmişə Azərbaycan xalqının yanında olduğunu vurğulayan natiq Ermənistanın monoetnik dövlətə çevrilməsinin nəticələrinin regionda yaratdığı təhlükələri diqqətə çatdırıb və qayıdışın ədalət və sülh üçün vacib olduğunu bildirib.

Açılış sessiyasından sonra Türkiyə, ABŞ, Cənubi Afrika Respublikası, İtaliya, Litva və Misiri təmsil edən, Qərbi Azərbaycan məsələsinə böyük dəstəyini göstərən 7 şəxsə Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim olunub.

Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluq etdiyi konfransın qayıdış hüququnun hüquqi və mənəvi əsaslarının təhlilinə həsr olunmuş ilk panelində çıxış edən İbn Haldun Universitetinin Heydər Əliyev adına Avrasiya Araşdırmalar Mərkəzinin direktoru professor Yaşar Sarı, fransalı tarixçi Maxime Gauin, Harvard Universitetinin tədqiqat direktoru Mark Nathan Kramer, eləcə də İspaniyanın Pan-Avropa təşkilatını təmsil edən professor Carlos Uriarte beynəlxalq təcrübə fonunda qayıdış hüququnun dövlətlərarası münasibətlərdəki yerindən və Ermənistanın üzərinə düşən humanitar öhdəliklərdən bəhs edib.

Böyük Britaniyadan Klaus-Peter Ralf Juergensin moderatorluq etdiyi maddi irsin qorunması məsələlərinə həsr edilmiş ikinci paneldə çıxış edən Pakistan Ali Məhkəməsinin vəkili Muhammad Sohail Sajid, İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Carlo Marino, İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti Astrid Nadya Rizqita və amerikalı professor Michael Martin Gunter Ermənistan ərazisində Azərbaycan irsinə qarşı aparılmış dağıdıcılığın hüquqi qiymətləndirilməsi və bərpa imkanları barədə fikirlərini bölüşüblər.

Polşadan AVIM təmsilçisi Jakub Koreybanın moderatorluq etdiyi “Qeyri-maddi irs – aşıq sənəti, musiqi, folklor, şifahi yaddaş, mədəni ənənələr” mövzusuna həsr edilən üçüncü paneldə çıxış edən Bolqar Elmlər Akademiyasının professoru Nadia Boyadjieva, “artXchange Global” təşkilatının direktoru Ornela Ramasauskaite, İordaniya Haşimi Universitetindən professor Moh’d Vahib Ali Hussein və isveçli rejissor Mikael Silkeberg çıxışlarında mədəniyyətin qaçqınlığa məruz qalmış icmaların kimliyini qorumaqda rolunu və Qərbi Azərbaycan irsinin dünyaya tanıdılması yollarını vurğulayıblar.

ABŞ-ın Qrinsboro Universitetinin professoru Ali Kaan Askerin moderatorluq etdiyi beynəlxalq əməkdaşlığa həsr olunmuş sonuncu paneldə çıxış edən Türkiyə Milli Müdafiə Universitetinin dekanı İbrahim Ethem Atnur, Almaniyanın BWA Qlobal İqtisadi Şəbəkəsinin federal direktoru Urs Emil Unkauf, Latviyanın Nəqliyyat və Telekommunikasiya İnstitutunun professoru Juris Maklakovs və Qırğızıstandan sabiq səfir, Kairat Osmonaliyev qayıdış hüququnun müdafiəsində qlobal həmrəyliyin gücləndirilməsi, təşkilatlararası əməkdaşlığın genişləndirilməsi və beynəlxalq hüquqi alətlərin səmərəli tətbiqindən danışıblar.

Daha sonra Beynəlxalq Final Universitetinin professoru, Qərbi Azərbaycan İcmasının fəxri üzvü Hüseyin İşıksal konfransın yekun sənədini səsləndirib, sonra Qərbi Azərbaycan İcması adından İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri Professor Vahid Novruzov çıxış edərək konfransın nəticələrini yüksək qiymətləndirib və İcmanın apardığı haqq işinə dəstək verən konfrans iştirakçılarına təşəkkürünü bildirib.

Tədbir Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpasının təkcə tarixi ədalət deyil, həm də regionda dayanıqlı sülhün və sabitliyin bərqərar olması üçün mühüm şərt olduğunu bir daha təsdiqləyib. Qərbi azərbaycanlıların qaçqınlıq həyatı, onların maddi və qeyri-maddi irsinin sistemli şəkildə dağıdılması, təhrif edilməsi və mənimsənilməsi ilə bağlı geniş məlumat əldə edən konfrans iştirakçıları mədəni irsin qorunması, bərpası və gələcək nəsillərə ötürülməsi istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırış ediblər.

Sonra “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın yekun sənədi oxunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aleksandr Sırski: Ukrayna hücum əməliyyatlarına hazırlaşır  

21:11
18 Yanvar

Almaniya Kansleri: Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik  

20:59
18 Yanvar

Mehmet Qiyas Azərtürk: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı unudulmayacaq  

18:58
18 Yanvar

Yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

17:56
18 Yanvar

Avropa ölkələri ABŞ-ın yeni tariflərinə etiraz edir  

17:38
18 Yanvar

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib  

16:21
18 Yanvar

Gürcüstan-Rusiya sərhədində 3 mindən çox yük avtomobili növbə gözləyir  

15:09
18 Yanvar

Gürcüstan hökuməti Orta Dəhliz çərçivəsində beynəlxalq avtomobil yollarının tikintisini bu il başa çatdırmaq niyyətindədir  

14:51
18 Yanvar

Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib 

14:11
18 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə gedən və hərəkətdə olan sürücülərə müraciət edib VİDEO  

13:58
18 Yanvar

Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı  

13:41
18 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

13:29
18 Yanvar

Şimal bölgəsi: 16 santimetr qar, 11 dərəcə şaxta

13:12
18 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb  

13:01
18 Yanvar

Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb  

12:39
18 Yanvar

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur  

12:07
18 Yanvar

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!