08 Mart 2025 11:26
776
CƏMİYYƏT
A- A+
Bakıda “Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb 

Bakıda “Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb 


Novruz bayramı ilə əlaqədar olaraq martın 8-dən 19-dək Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC “Kənddən şəhərə” Novruz yarmarkası təşkil edib. 8 Mart - Beynəlxalq Qadınlar Günündə fəaliyyətə başlayan yarmarka paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı) ünvanında açılıb. Yarmarkada Novruz bayramının əsas personajları sayılan Kosa və Keçəl qadın alıcı və satıcılara gül bağışlayaraq onların bayramlarını təbrik edirdilər. Onlar yarmarkaya üz tutanlara əsl bayram əhval-ruhiyyəsi yaşadırdılar. Uşaqların əylənməsi üçün yarmarkada xüsusi guşə də yaradılmışdı. Həftəsonu, səhər saatları olmasına baxmayaraq, şəhər sakinləri hər bir azərbaycanlının bayram süfrəsini bəzəyən məhsullardan almaq üçün yarmarkaya axışırdırlar. Buna səbəb məhsulların qiymətinin bazardan xeyli ucuz olmasıdır.

On iki gün davam edəcək yarmarkada ümumilikdə 20-dən çox regiondan fermerlər iştirak edirlər. Burada 150-dən çox çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir.

Gündəlik keçiriləcək yarmarkanın əsas üstünlüklərindən biri məhsulların fermerlərin özləri tərəfindən birbaşa olaraq satışa çıxarılmasıdır.

On iki gün fasiləsiz davam edəcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

Vətəndaşlar Novruz yarmarkasından kənd təsərrüfatı məhsullarını sərfəli qiymətə elə fermerlərin özündən almaq imkanı əldə ediblər.

AZƏRTAC-ın əməkdaşları yarmarkada olub və alış-satış prosesini yaxından izləyiblər.


Qadın alıcılardan biri deyib ki, ilk növbədə bu gün qadınların bayramıdır. Novruz yarmarkası məhz Beynəlxalq Qadınlar Günündə açılıb. Biz qadınlara bu çox xoş sürpriz oldu ki, bayramla bağlı gül də hədiyyə etdilər. Odur ki, qadınlarımızı da təbrik edirəm. Eləcə də hamını qarşıdan gələn Novruz bayram münasibətilə də təbrik edirəm. Qiymətlərə gəlincə, deyərdim ki, münasib və sərfəlidir. Fermerlər rayonlardan təzə məhsullar, meyvələr gətiriblər. İstərdik ki, hamı gəlib bayram alış-verişini buradan etsin. Mən özüm evim üçün bütün meyvələri bu yarmarkadan almışam. Qiymətlər də məni tam qane etdi.


Söhbət etdiyimiz İsmayıllı rayonundan gələn satıcılardan biri məhsullarının satışı üçün yaradılan şəraitdən razılığını bildirərək vurğuladı ki, yarmarkada fermerlər üçün çəkilən bütün xərclər dövlət tərəfindən ödənir. Yarmarkada piştaxtalar, önlüklər və tərəzi hamısı dövlət tərəfindən verilir. Öz məhsullarımıza gəlincə, burada qiymətlər bazarlarla və marketlərlə müqayisədə ucuzdur. Buna görə biz fermerlərə belə gözəl şərait yaratdıqları üçün “Aqrar Tədarük və Təchizat” ASC-yə minnətdarlığımızı bildiririk.


Qeyd edək ki, “Kənddən şəhərə” Novruz yarmarkasında satışa çıxarılan məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmiş fermerlər tərəfindən alıcılara təqdim olunur. Həmin fermerlər ödənişsiz piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla məhsullarını şəhər sakinlərinə təqdim edirlər.


Məhsulların keyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Yarmarkada satışa çıxarılan hər hansı məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün vətəndaşlar laboratoriyanın xidmətlərindən də faydalana bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:23
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında

03:23
11 İyun

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında

03:22
11 İyun

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında

03:20
11 İyun

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında

03:19
11 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:16
11 İyun

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – MÜSAHİBƏ

23:38
10 İyun

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb  

23:37
10 İyun

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir 

23:37
10 İyun

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir

22:59
10 İyun

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub 

22:51
10 İyun

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir

22:43
10 İyun

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb 

22:09
10 İyun

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır 

22:02
10 İyun

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib  

21:38
10 İyun

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib  

21:17
10 İyun

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

20:22
10 İyun

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır  

19:37
10 İyun

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir  

19:28
10 İyun

2026-cı ildə dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

19:22
10 İyun

Sənaye istehsalı artıb

19:18
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!