06 Oktyabr 2026 15:34
213
SİYASƏT
A- A+
Azərbaycanın yeni inkişaf mərhələsinin strateji hədəfləri

Azərbaycanın yeni inkişaf mərhələsinin strateji hədəfləri


Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın yeni tarixi mərhələdə inkişaf istiqamətlərini müəyyənləşdirən siyasi platformadır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı dövlətçilik yolumuzun əsas nəticələrini və qarşıda duran strateji vəzifələri bütöv şəkildə ifadə edir. Bu çıxışın başlıca məzmunu aydındır: ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan qazandığı uğurları möhkəmləndirməli, təhlükəsizliyini gücləndirməli və inkişafın nəticələrini hər bir vətəndaşın həyatında daha aydın hiss etdirməlidir.

Qurultayın tarixi əhəmiyyətini şərtləndirən əsas amil onun ölkəmizin bütün ərazisində suverenliyinin təmin edildiyi şəraitdə keçirilməsidir. 2020-ci ilin Vətən müharibəsində qazanılmış Zəfər işğala son qoyulması istiqamətində həlledici dönüş yaratdı. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri isə dövlət suverenliyimizin tam bərpasını təmin etdi. Bu nailiyyətlərin təməlində Ali Baş Komandanın qətiyyəti, ordumuzun peşəkarlığı, xalqımızın birliyi və illər ərzində ardıcıl həyata keçirilmiş dövlət siyasəti dayanır. Şəhidlərimizin əziz xatirəsinə ehtiram, qazilərimizə diqqət və qayğı bu gün də milli mənəvi borcumuzdur.

Prezident İlham Əliyevin çıxışında qələbələrimizin başlanğıcının Yeni Azərbaycan Partiyasının təsis qurultayı ilə əlaqələndirilməsi mühüm siyasi məna daşıyır. 1992-ci ilin noyabrında Naxçıvanda Ulu  Öndər  Heydər  Əliyevin  ətrafında  birləşən  vətənpərvər  insanların  təşəbbüsü  xalqın  güclü dövlətə, sabitliyə və etibarlı rəhbərliyə olan ehtiyacını ifadə edirdi. Həmin dövrün idarəçilik böhranı, torpaq itkiləri və iqtisadi tənəzzülü dövlətin taleyini təhlükə qarşısında qoymuşdu. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın parçalanmaq təhlükəsindən xilas edilməsinə, sabitliyin bərpasına və dövlət quruculuğunun başlanmasına imkan yaratdı.

“Əsrin kontraktı”, xarici sərmayələrin cəlb edilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi gələcək uğurlar üçün iqtisadi və siyasi zəmin formalaşdırdı. Prezident İlham Əliyev bu dövlətçilik xəttini yeni dövrün tələblərinə uyğun inkişaf etdirərək Azərbaycanın tarixi məqsədlərini gerçəkləşdirdi. Müstəqillik, milli maraqların qorunması, iqtisadi dayanıqlılıq və güclü müdafiə potensialı həmin siyasətin dəyişməz əsaslarıdır. Qurultayda verilən mesajlar göstərir ki, siyasi varislik daim yenilənən idarəçilik və konkret nəticələr vasitəsilə davam etdirilir.

Yeni mərhələdə hərbi gücün artırılması əsas prioritetlərdən biri olaraq qalır. Prezidentin bu məsələyə xüsusi diqqət yetirməsi dünyada genişlənən münaqişələr və təhlükəsizlik mexanizmlərinin zəifləməsi fonunda başa düşüləndir. Sülhün davamlılığı etibarlı müdafiə imkanları tələb edir. Azərbaycanın hərbi üstünlüyü mümkün təxribatların qarşısını almağa, vətəndaşların təhlükəsizliyini və ölkənin inkişaf şəraitini qorumağa xidmət edir. Çıxışda növbəti ilin büdcəsində hərbi və təhlükəsizlik məqsədlərinə təqribən 9 milyard manat ayrılmasının nəzərdə tutulması bu istiqamətin strateji əhəmiyyətini göstərir.

Təhlükəsizlik anlayışı informasiya və ideoloji mühiti də əhatə edir. Rəqəmsal texnologiyaların sürətli inkişafı, süni intellekt vasitələrinin geniş yayılması və dezinformasiyanın yeni formaları cəmiyyətin məlumatlılığını daha vacib edir. Prezident İlham Əliyevin təhsil və vətənpərvərlik amillərini  önə  çəkməsi  bu  baxımdan  xüsusi  əhəmiyyət  daşıyır.  Bilikli,  tarixi  yaddaşı  güclü, məlumatı  təhlil  etməyi  bacaran  gənclik  milli  təhlükəsizliyin  mühüm  dayağıdır.  Uşaqların  və gənclərin rəqəmsal savadlılığının artırılması, onlarda məsuliyyətli informasiya davranışının formalaşdırılması ailə, məktəb və ictimai institutların birgə fəaliyyəti ilə təmin edilməlidir.

Qurultayda  ideoloji  işdə  şablonlardan  və  formal  tədbirlərdən  uzaqlaşmaq  çağırışı  YAP qarşısında konkret vəzifələr qoyur. Partiyanın fəaliyyəti cəmiyyətlə canlı ünsiyyətə, vətəndaşların suallarına əsaslandırılmış cavablara və görülən işlərin anlaşıqlı izahına söykənməlidir. İnsanların gündəlik qayğılarını dinləmək, onların müraciətlərinin həllinə kömək etmək siyasi etimadı möhkəmləndirir.   YAP   üzvlərinin   fəallığı   xüsusilə   bölgələrdə,   gənclərlə   işdə   və   rəqəmsal informasiya məkanında hiss olunmalıdır. Dövlət siyasətinin mahiyyətini insanlara çatdırmaq üçün real faktlar, səmimi dialoq və praktik fəaliyyət əsas vasitələrdir.

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət xəttinin mərkəzində Azərbaycanın müstəqil qərarvermə hüququ dayanır. Ölkəmiz müxtəlif siyasi qütblərlə münasibətlərini milli maraqlar  əsasında  qurur,  tərəfdaşlıqlarını  qarşılıqlı  hörmət  və  etimad  üzərində  inkişaf  etdirir. Çıxışda Çin və ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinin, Avropa ölkələri ilə əməkdaşlığın, Mərkəzi Asiya dövlətləri ilə yaxınlaşmanın  və D-8  çərçivəsində iştirakın  vurğulanması Azərbaycanın diplomatik imkanlarının genişliyini göstərir. İslam həmrəyliyinə töhfə verilməsi və beynəlxalq dialoq üçün etibarlı məkan rolunun gücləndirilməsi də bu siyasətin mühüm istiqamətlərindəndir.

Ermənistanla sülh prosesinə münasibətdə Azərbaycanın mövqeyi əldə edilmiş nəticələri davamlı sabitliyə çevirməyə yönəlib. Prezidentin çıxışında sülh müqaviləsinin paraflanmasının və təmasların qeyd edilməsi regionda əməkdaşlıq imkanlarının genişlənməsi baxımından əhəmiyyətlidir. Azərbaycan öz hüquqlarını təmin etməklə yanaşı, gələcək nəsillərin təhlükəsiz mühitdə yaşamasını əsas götürür. Bu yanaşma siyasi uzaqgörənliyin, milli maraqlara sadiqliyin və məsuliyyətli dövlət idarəçiliyinin ifadəsidir.

İqtisadi və sosial məsələlərə dair mesajlar dövlət siyasətinin vətəndaş rifahına yönəldiyini bir daha təsdiqləyir. Minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin növbəti ildə artırılması barədə verilən tapşırıqlar sosial müdafiənin gücləndirilməsi üçün mühüm istiqamətdir. Bu qərarların davamlı maliyyə təminatı iqtisadi inkişaf, investisiyalar və səmərəli idarəçiliklə bağlıdır. Prezidentin çıxışında investisiya forumlarında imzalanmış kontraktların ümumi həcminin 20 milyard dollardan çox olması, valyuta ehtiyatlarının 90 milyard dollara çatması və xarici borcun ümumi daxili məhsula nisbətinin 5,6 faiz təşkil etməsi ölkənin maliyyə imkanlarını göstərən göstəricilər kimi təqdim olunur.

Hesab edirəm ki, iqtisadi gücün insan kapitalına çevrilməsi xüsusi əhəmiyyət daşıyır. Sosial rifahın yüksəlməsi keyfiyyətli təhsil, əlçatan səhiyyə, sağlam ailə mühiti və layiqli məşğulluq imkanları ilə tamamlanmalıdır. Regionlarda xidmətlərin inkişafı, uşaqların sağlamlığının qorunması və gənclərin peşə imkanlarının genişləndirilməsi ümumi inkişafın vətəndaşın həyatında görünən nəticələridir. Güclü dövlətin imkanları insanın sağlamlığına, təhlükəsizliyinə və gələcəyə inamına xidmət etdikcə ictimai həmrəylik də möhkəmlənir.

Enerji və nəqliyyat sahələrində müəyyənləşdirilmiş hədəflər Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırır. Neft, qaz, elektrik enerjisi və emal məhsulları üzrə imkanlar ölkəmizin etibarlı  təchizatçı  mövqeyini  gücləndirir.  Yeni  investisiyalar  hasilatın  və  istehsalın  inkişafına, iqtisadi gəlirlərin artmasına xidmət edir. Orta Dəhliz və Şimal–Cənub dəhlizi üzrə yaradılan infrastruktur isə coğrafi mövqeyimizi iqtisadi üstünlüyə çevirir. Çıxışda tranzit yük həcminin orta müddətdə 30 milyon tona çatdırılması hədəfi əlavə gəlirlər, yeni iş yerləri və regional əməkdaşlıq üçün mühüm perspektiv kimi göstərilir.

Qarabağın və Şərqi Zəngəzurun bərpası bu inkişaf gündəliyinin xüsusi yer tutan istiqamətidir. Prezidentin qurultayda açıqladığı məlumatlara əsasən, həmin bölgələrdə 96 min insan yaşayır, çalışır və təhsil alır, bərpa və inkişaf işlərinə 28 milyard manat ayrılıb, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb. Bu göstəricilər Böyük Qayıdışın miqyasını ifadə edir. Qarşıdakı vəzifə qayıdan insanların dayanıqlı məşğulluğunu, keyfiyyətli səhiyyə və təhsil xidmətlərini, rahat yaşayış şəraitini təmin etməklə doğma yurda dönüşü uzunmüddətli inkişafla möhkəmləndirməkdir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər qalib Azərbaycanın gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Qarşıda təhlükəsizliyi daha da gücləndirmək, müstəqilliyi qorumaq, iqtisadi imkanları genişləndirmək və sosial rifahı yüksəltmək vəzifələri dayanır. YAP-ın hər bir üzvü bu məqsədlərin həyata keçirilməsində məsuliyyətini konkret fəaliyyəti ilə nümayiş etdirməlidir. Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və xalqımızın birliyi Azərbaycanın yeni uğurlarının əsas dayaqlarıdır.


Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və Avstraliya “HACM” yeni hipersəsli raketini sınaqdan keçirib  

16:25
06 Oktyabr

Cənubi Koreyadan süni intellektlə kibertəhdidlərə qarşı addım  

16:23
06 Oktyabr

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB

16:20
06 Oktyabr

Biləcəri–Yalama xəttində sürət artacaq

16:14
06 Oktyabr

Sentyabrda 110 aptek yoxlanılıb - 26-da nöqsan aşkarlanıb

16:09
06 Oktyabr

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik  

16:05
06 Oktyabr

Ürək-damar xəstəlikləri dünyada əsas ölüm səbəbi olaraq qalır

15:58
06 Oktyabr

Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik  

15:51
06 Oktyabr

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına  

15:50
06 Oktyabr

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

15:47
06 Oktyabr

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

15:44
06 Oktyabr

Azərbaycanın yeni inkişaf mərhələsinin strateji hədəfləri

15:34
06 Oktyabr

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında yeni qanun layihəsi müzakirə olunur  

15:16
06 Oktyabr

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir  

15:13
06 Oktyabr

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir  

15:03
06 Oktyabr

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub  

14:58
06 Oktyabr

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

14:52
06 Oktyabr

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür  

14:51
06 Oktyabr

Orta Dəhlizin imkanları genişləndirilir  

14:42
06 Oktyabr

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

14:33
06 Oktyabr

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

14:29
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!