09 Fevral 2026 17:08
402
CƏMİYYƏT
A- A+
Azərbaycanın və Türkiyənin prokurorluq orqanları arasında əməkdaşlıq daha da genişləndiriləcək  

Azərbaycanın və Türkiyənin prokurorluq orqanları arasında əməkdaşlıq daha da genişləndiriləcək  


İstanbulun Çağlayan Ədliyyə Sarayında Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Türkiyənin İstanbul şəhərinin Baş prokuroru Akın Gürlek arasında görüş olub.

AZƏRTAC xəbər verir ki, görüş Akın Gürlekin dəvəti ilə Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İstanbula səfəri çərçivəsində keçirilib.

Toplantıda Baş prokuror Kamran Əliyev qarşı tərəfə dəvətə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Türkiyə-Azərbaycan birliyinə və qardaşlığına diqqət çəkib.

O, ölkələrimiz arasında formalaşan həmrəylik ruhunun Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə xalqının Ulu Öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamları ilə ifadə olunduğunu qeyd edib.

“Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi və səyləri nəticəsində ölkələrimiz arasında qarşılıqlı əlaqələr bütün sahələr üzrə daha da dərinləşərək strateji xarakter alıb. Bu da qurumlarımız arasında hərtərəfli əməkdaşlıq üçün sabit zəmin yaradıb”, - deyə Kamran Əliyev vurğulayıb.

Öz növbəsində qurumlararası tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edən Akın Gürlek daha əvvəl ölkəmizə etdiyi işgüzar səfərin xüsusi yaddaqalan olduğunu deyib.

Görüşdə iki ölkənin prokurorluq orqanları arasında cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, o cümlədən cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri, həmçinin hüquqi və institusional əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti İstanbul Çağlayan Ədliyyə Sarayının fəaliyyəti ilə yaxından tanış olub.

Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və İstanbuldakı baş konsulu Nərminə Mustafayeva iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ sürücülərə müraciət edib

11:42
18 Aprel

Azərbaycan nefti 104 dollara satılır

11:39
18 Aprel

Bu gündən qatarlar Kürdəmirdə də dayanır

10:59
18 Aprel

Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir

10:09
18 Aprel

Media: ABŞ-də UNO və nüvə fizikası ilə məşğul olan alimlər müəmmalı şəkildə yoxa çıxır və ölür

09:36
18 Aprel

Tramp: ABŞ və İran rəsmiləri zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlar  

09:25
18 Aprel

Bilmək istəyirəm

09:07
18 Aprel

Milli kimliyimizi yaşadan irs

09:05
18 Aprel

Lənkəranda "Sağlam və dayanıqlı şəhər naminə" daha 600 ağac əkildi

09:00
18 Aprel

Payızda bol məhsul götürmək üçün...

08:55
18 Aprel

161 hektarda kartof, 295 hektarda tərəvəz, 462 hektarda şəkər çuğunduru 

08:50
18 Aprel

Qubada keçirilən tədbirdə rayonun tarix və mədəniyyət abidələrindən söz açılıb

08:45
18 Aprel

Göygöldə rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

08:40
18 Aprel

Yaz aratı yüksək məhsuldarlığa zəmindir

08:35
18 Aprel

Topçu İsgəndər

08:30
18 Aprel

Başlıbeldə əsrə bərabər 113 gün

08:25
18 Aprel

Azərbaycan-Latviya iqtisadi əməkdaşlığında perspektivli sahələr

08:20
18 Aprel

Azərbaycan-Rusiya: regional əməkdaşlığın Şərqi Zəngəzur mərhələsi

08:15
18 Aprel

Ədaləti təmin edən qətiyyət

08:10
18 Aprel

Dövlət həmişə vətəndaşının yanındadır

08:07
18 Aprel

Uşaqların hüquqları dövlət tərəfindən qanunla qorunur

08:05
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!