28 Oktyabr 2026 14:51
206
CƏMİYYƏT
A- A+
Qlobal çağırışlar və gənclərin rolu: Bakı Forumundan mühüm mesajlar  

Qlobal çağırışlar və gənclərin rolu: Bakı Forumundan mühüm mesajlar  


Bakıda “Gənclərin dialoqu: təsirin ön plana çıxarılması” mövzusunda sessiya təşkil olunub


“Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Gənclərin dialoqu: təsirin ön plana çıxarılması” adlı plenar sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Azərbaycanın Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunub.

Sessiyada çıxış edən BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos müasir dünyanın üzləşdiyi qlobal çağırışlardan danışıb.

O bildirib ki, iqlim dəyişmələri, müharibələr və süni intellektin inkişafı dövrümüzün əsas çağırışları sırasındadır. Bu problemlərin bir-biri ilə əlaqəli olması onların həllini daha da mürəkkəbləşdirir.

Gənclərə müraciət edən M.A.Moratinos mövcud çağırışların öhdəsindən gəlməkdə gənc nəslin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb: “Çalışın, əzmkar olun və ümidinizi qoruyun. Özünüz, ailəniz, ölkəniz və bütün dünya üçün daha yaxşı gələcək qurmaq naminə bu ümidi yaşatmalısınız”.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev qeyd edib ki, gənclər dəyişən dünyaya uyğunlaşmaqla yanaşı, onun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində də mühüm rol oynayırlar. Onun sözlərinə görə, müasir texnologiyalar coğrafi maneələri aradan qaldıraraq müxtəlif ölkələrdən olan gənclər arasında ünsiyyət, təcrübə mübadiləsi və əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bu baxımdan beynəlxalq forumlar yeni əlaqələrin qurulması, ideyaların bölüşülməsi və birgə təşəbbüslərin həyata keçirilməsi üçün mühüm platformadır.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov isə forum çərçivəsində təşkil olunan gənclər düşərgəsinin müxtəlif ölkələrdən olan gənc liderlər arasında əlaqələrin qurulmasına və qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət etdiyini bildirib. Diqqətə çatdırıb ki, forumda beş qitəni təmsil edən 44 ölkədən 100-dən çox gənc iştirak edir.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli çıxışında ölkəmizdə gənclərin inkişafına və onların təşəbbüslərinin dəstəklənməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Qeyd edib ki, gənclər üçün yaradılan imkanlar onların bilik və bacarıqlarının artırılmasına, liderlik potensialının gücləndirilməsinə və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verir.

R.Hacıbəyli bildirib ki, hazırda 156 təşkilatı birləşdirən Gənclər Təşkilatları Milli Şurasının əsas məqsədi gənclərin potensialını inkişaf etdirmək, təşəbbüslərini dəstəkləmək və onların ictimai həyatda fəal iştirakını təşviq etməkdir.

Plenar sessiyada Fransa, Hindistan, Keniya və digər ölkələrdən olan gənclər də çıxış edərək mədəniyyətlərarası dialoq sahəsində qazandıqları təcrübələri bölüşüblər. Onlar müxtəlif ölkələrdən olan həmyaşıdları ilə birgə həyata keçirdikləri layihələrdən, bu təşəbbüslərin mədəni müxtəlifliyin təşviqinə və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə verdiyi töhfələrdən danışıblar.

Sessiya çərçivəsində, həmçinin gənclərin sülh quruculuğunda rolu, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və cəmiyyətdə müsbət dəyişikliklərin təşviqi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbirin əsas məqsədi BMT-nin Sivilizasiyalar Alyansının həyata keçirdiyi proqramların gənclərə təsirini nümayiş etdirmək, onların mədəniyyətlərarası dialoqun inkişafında və sülhün möhkəmləndirilməsində rolunu ön plana çıxarmaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair “Yol Xəritəsi” imzalanıb  

17:23
28 Oktyabr

Hindistan hər il onlarla T-90 tankını modernləşdirmək istəyir  

17:23
28 Oktyabr

İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib  

17:22
28 Oktyabr

 “AzerGold” Özbəkistanda yeni qızıl yataqlarının işlənməsini planlaşdırır

17:21
28 Oktyabr

Rusiya Prezidenti: Qaz bazarını stabilləşdirmək üçün sanksiyalar ləğv edilməlidir  

17:18
28 Oktyabr

Dəbdəbəli kruiz gəmisində yanacaq böhranı  

17:03
28 Oktyabr

Alla Puqaçova Kiprdə jurnalistlə üz-üzə: qəzəbli anlar və istehzalı cavab  

16:33
28 Oktyabr

Kim Çen In orduya döyüş hazırlığı əmri verib 

16:24
28 Oktyabr

Məşq zamanı bel niyə ağrıyır?

16:20
28 Oktyabr

İlon Maskdan Ukraynaya Starlink məhdudiyyəti 

16:16
28 Oktyabr

Baş Prokurorluq və Kot-d’İvuarın Yaxşı İdarəçilik üzrə Ali Qurumu arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu vurğulanıb

16:09
28 Oktyabr

Ruandalı nazir "ASAN xidmət"də

16:08
28 Oktyabr

“Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” – PANEL SESSİYA

16:07
28 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Cəbrayılda bölgə vətəndaşlarının müraciətlərini dinləyib  

16:06
28 Oktyabr

“Wonderful” şirkəti Azərbaycanda ofis açmağı planlaşdırır

16:04
28 Oktyabr

İspaniyada qatarların toqquşması nəticəsində 46 nəfər ölüb  

16:01
28 Oktyabr

Yepiskop Vladimir Fekete: Dinlərarası dialoq qorxu və qeyri-müəyyənliyə qarşı mübarizəyə kömək edir 

15:53
28 Oktyabr

Azərbaycançılıq ideologiyası: tarixi köklərimiz, milli birliyimiz və ortaq gələcəyimiz

15:35
28 Oktyabr

Azərbaycanın təqdim etdiyi uğur formulu   

15:31
28 Oktyabr

Azərbaycanın qlobal təşəbbüsləri: mədəniyyətlərarası dialoq və geosiyasi sabitlik  

15:19
28 Oktyabr

Multikulturalizmin Azərbaycan nümunəsi  

15:01
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!