28 Oktyabr 2026 13:51
223
SİYASƏT
A- A+
 Çoxqütblü diplomatiyanın Azərbaycan nümunəsi

 Çoxqütblü diplomatiyanın Azərbaycan nümunəsi


Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı ölkənin daxili və xarici siyasətinin, dövlətçilik fəlsəfəsinin, hüquqi-siyasi doktrinasının və tarixi təkamül prosesinin dərin analitik mənzərəsini ortaya qoyur. Dövlətimizin başçısının nitqi təkcə mədəniyyətlərarası dialoqa dair fikirlərin məzmunlu toplusu deyil, müasir beynəlxalq münasibətlər sistemində suverenliyin, ədalətin və çoxqütblü diplomatiyanın Azərbaycan nümunəsi kimi təzahürüdür.

Milli Məclisin deputatı Bəhruz MƏHƏRRƏMOV qəzetimizə açıqlamasında bildirdi ki, tarixi aspektdən yanaşdıqda, Azərbaycanın Şərqlə Qərb, Asiya ilə Avropa arasında yerləşən strateji coğrafiyası əsrlər boyu müxtəlif sivilizasiyaların, dinlərin və etnik qrupların qovşağına çevrilib. Xalqımız əsrlər boyu dövlətçilik ənənələrinə malik olsa da, müəyyən dövrlərdə müstəqillikdən məhrum edilmiş və müxtəlif siyasi sistemlərin tərkibində yaşamağa məcbur olmuşdur. Lakin tətbiq olunan xarici ideoloji və siyasi təzyiqlərə baxmayaraq, cəmiyyət öz milli hislərini, dilini, adət-ənənələrini və həyat tərzini qoruyub saxlamağı bacarmışdır. Müstəqilliyin bərpasından keçən 35 illik dövr isə göstərdi ki, tarixi köklərə söykənən bu irs müasir dövlət quruculuğunun təməlinə çevrilib, yad təsirlərə və sistem dəyişikliklərinə qarşı immunitet formalaşdırıb. “Siyasi və ideoloji müstəvidə multikulturalizm Azərbaycanda sadəcə bəyannamə və ya deklarativ anlayış deyil, cəmiyyətin daxili sabitliyini, həmrəyliyini və milli təhlükəsizliyini təmin edən həyati vacib dövlət siyasətidir. Ölkədə yaşayan bütün etnik və dini qrupları bir araya gətirən azərbaycançılıq ideologiyası milli birliyin üst çətrini təşkil edir. Bu ideologiya və inklüziv cəmiyyət modeli müstəqillik tarixinin enişli-yoxuşlu dövründə, xüsusilə Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasətinə qarşı aparılan mübarizədə, Vətən müharibəsində tam sınaqdan çıxıb. Bütün fərqli etnik və dini mənsubiyyətə malik vətəndaşların "dəmir yumruq" ətrafında sıx birləşərək ərazi bütövlüyünün və ləyaqətin bərpası uğrunda döyüşməsi multikultural dəyərlərin nə dərəcədə real ideoloji gücə sahib olduğunu nümayiş etdirdi. Eyni zamanda, dövlətin daxili risklərdən azad olması və əsas risklərin kənardan gələn ideoloji müdaxilələrlə bağlılığı fonunda bu daxili həmrəylik milli suverenliyin əsas qalxanı rolunu oynayır”, – deyə o əlavə etdi.

Deputat qeyd etdi ki, dövlət başçısının beynəlxalq hüquq müstəvisində təhlilləri müasir qlobal idarəetmə sistemindəki böhranı və ikili standartlar problemini cəsarətlə ifşa edir. Məlumdur ki, Ulu Öndərin müəllifi olduğu Azərbaycan Konstitusiyası irqindən, etnik mənsubiyyətindən, dinindən və dilindən asılı olmayaraq hər bir vətəndaşa bərabər hüquqlar tanıyır və bu hüquqi baza unikal bir ailə modeli yaradır. Lakin beynəlxalq arxitektura daxilində hüququn aliliyi prinsipi ciddi deqradasiyaya uğrayıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tələb edən 4 qətnaməsi 30 il boyunca kağız üzərində qalmış, beynəlxalq icra mexanizminin yoxluğu və işğalçı Ermənistana qarşı heç bir sanksiyanın tətbiq olunmaması ikili standartların bariz nümunəsinə çevrilmişdi. Belə bir şəraitdə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü il antiterror əməliyyatı ilə beynəlxalq hüququn tələblərini, tarixi ədaləti və öz suverenliyini təkbaşına icra edib.

B.Məhərrəmov dedi ki, postmünaqişə dövrünün siyasi xarakteristikası Azərbaycanın təkcə hərbi-siyasi Zəfər qazanan deyil, həm də sülhün və regional sabitliyin təşəbbüskarı olan strateji aktora çevrildiyini göstərir: “İşğala, etnik təmizləməyə, bir milyon insanın didərgin düşməsinə və 67 məscid daxil olmaqla bütün dini-mədəni irsin məhv edilməsinə baxmayaraq, Azərbaycanın qisas hissi ilə deyil, döyüş meydanındakı ədalətli qələbədən sonra dərhal sülh sazişi təşəbbüsü ilə çıxış etməsi nadir geosiyasi presedentdir. Ermənistanla sülh sazişi layihəsinin məhz Azərbaycan tərəfindən hazırlanması, müharibəni vaxtında dayandırmaq və gələcəyə baxmaq iradəsi hazırda qlobal miqyasda davam edən, sonsuz müharibələrə çevrilən digər münaqişələr üçün universal bir nümunə və həll modeli təqdim edir. Sənədin Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə xarici işlər nazirləri səviyyəsində paraflanması və üçtərəfli bəyannamənin möhürlənməsi Cənubi Qafqazda tamamilə yeni geostrateji reallığın beynəlxalq miqyasda qəbul olunmasının təsdiqidir”.

Deputat vurğuladı ki, Azərbaycanın xarici siyasət doktrinası balansı qorumaqla yanaşı, qlobal miqyasda körpü rolu oynayan unikal çoxvektorlu diplomatik şəbəkə formalaşdırıb. Ölkəmizin həm Çin Xalq Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsinə, həm də Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiyaya malik olması, eyni zamanda, Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq sazişləri imzalaması onun iki super güc və Qərb institutu arasında balanslaşdırılmış, müstəqil siyasət yürütdüyünü göstərir. Bunlarla yanaşı, İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə evsahibliyi etmək və təşkilata sədrlik etmək hüququ, 2028-ci ildə 50-dən çox ölkəni birləşdirən Avropa Siyasi Birliyinin Zirvə Görüşünün Bakıda keçirilməsinin qərara alınması, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə təsisatında sədrliyin uzadılması və Mərkəzi Asiya Məşvərət Formatına tamhüquqlu tərəfdaş kimi dəvət olunması Azərbaycanın eyni vaxtda həm İslam dünyasının, həm Avropanın, həm də Asiyanın etibarlı mədəni və siyasi qovşağına çevrildiyini təsdiqləyir. 

B.Məhərrəmov bildirdi ki, nəticə etibarilə Azərbaycanın təqdim etdiyi multikulturalizm modeli sadəcə tolerantlıq çağırışı deyil, iqtisadi müstəqillik, güclü hərbi-siyasi iradə, hüquqi ədalətin bərpası və balanslı beynəlxalq diplomatiya ilə tamamlanan kompleks bir dövlətçilik təcrübəsidir: “Kiməsə necə yaşamağı diktə etməyən, müstəqil dövlətlərin daxili işlərinə müdaxiləni rədd edən, ikili standartlara müqavimət göstərən və "divarlar deyil, körpülər quran" bu siyasət Azərbaycanı qeyri-sabit qlobal mühitdə təhlükəsizliyin və sivilizasiyalararası dialoqun mərkəzi dayaqlarından birinə çevirib”.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mədəniyyətlərarası dialoq beynəlxalq təhlükəsizliyə təsir göstərir  

14:35
28 Oktyabr

Qlobal miqyasda nümunəvi dövlətçilik modeli  

14:23
28 Oktyabr

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 19,8 dəfə üstələyir  

14:04
28 Oktyabr

Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın milli birliyini və beynəlxalq mövqeyini ortaya qoydu  

13:54
28 Oktyabr

 Çoxqütblü diplomatiyanın Azərbaycan nümunəsi

13:51
28 Oktyabr

Bahar Muradova: Azərbaycanda qızların təhsilinə dəstək proqramlarından 730 nəfər bəhrələnir

13:38
28 Oktyabr

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunub - YENİLƏNİB

13:22
28 Oktyabr

Azərbaycanın xarici dövlət borcu 304 milyon dollar azalıb

13:17
28 Oktyabr

Azərbaycanın daxili dövlət borcu 1,5 milyard manat azalıb  

12:37
28 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:31
28 Oktyabr

Aydan Ramazanova: Heydər Əliyev Fondu beynəlxalq layihələrlə təhsilin əlçatanlığını və inklüzivliyi dəstəkləyir

12:29
28 Oktyabr

Qədim Roma şüşəsinin rəng dəyişdirmə sirri açılıb  

12:26
28 Oktyabr

Azərbaycanın dövlət borcu 23,8 milyard manatdır  

12:15
28 Oktyabr

Hörmüz boğazının şərqində neft tankeri minaya düşüb  

12:13
28 Oktyabr

Rusiya səmasında 531 dron vurulub: yaralananlar və dağıntılar var  

12:01
28 Oktyabr

İƏT-in Baş katibi: Məkkə Konvensiyasının ratifikasiyasını təmin etməliyik  

11:43
28 Oktyabr

Neftçalada dövlət proqramının icrası ilə bağlı fermerlərlə görüş keçirilib  

11:43
28 Oktyabr

Qazax gənci idi, Qarabağ şəhidi oldu  

11:41
28 Oktyabr

Azərbaycan Prezidenti: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir

11:39
28 Oktyabr

Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş fəaliyyəti İslam həmrəyliyi siyasətinin mühüm istiqamətlərindən biridir

11:37
28 Oktyabr

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

11:33
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!