03 İyul 2026 18:13
185
SİYASƏT
A- A+
Azərbaycanın rəqəmsal inkişafı yeni mərhələyə qədəm qoyur

Azərbaycanın rəqəmsal inkişafı yeni mərhələyə qədəm qoyur


Azərbaycanın son illərdə əldə etdiyi uğurların əsasında möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uzaqgörən dövlət siyasəti dayanır. Bu siyasətin mühüm istiqamətlərindən biri də rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində həyata keçirilən ardıcıl islahatlardır.

Cari ilin fevral ayında dövlət başçısının sədrliyi ilə keçirilən müşavirədə ölkəmizin rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarların qəbul edilməsi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması və 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planının təsdiqi Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Qarşıya qoyulan məqsəd yalnız dövlət xidmətlərinin rəqəmsallaşdırılması deyil, eyni zamanda milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi və ölkəmizin regionun innovasiya mərkəzinə çevrilməsidir.

İyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası bu baxımdan xüsusi əhəmiyyətə malikdir. İclasda “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları və təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər geniş şəkildə müzakirə olunub.

Hörmətli Mehriban xanım Əliyevanın çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın rəqəmsal inkişafının əsas prioritetlərini və strateji istiqamətlərini aydın şəkildə müəyyənləşdirir. Dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi, süni intellektin tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi, innovasiya ekosisteminin inkişafı, startapların və investisiyaların dəstəklənməsi ilə bağlı verilən mesajlar ölkəmizin müasir çağırışlara adekvat cavab verdiyini göstərir. Xüsusilə süni intellektlə bağlı bütün qərarların Azərbaycanın milli maraqlarına uyğun şəkildə qəbul edilməsinin vacibliyinin vurğulanması rəqəmsal suverenliyin qorunmasına dövlətimizin verdiyi önəmin bariz ifadəsidir.

İclasda təqdim olunan məlumatlar göstərir ki, rəqəmsal transformasiya artıq konkret nəticələr verməkdədir. Dövlət xidmətlərinin vahid “mygov” platformasında cəmləşdirilməsi, proaktiv xidmətlərin genişləndirilməsi, müxtəlif dövlət qurumlarının elektron sistemlərinin inteqrasiyası və “Yalnız bir dəfə” prinsipinin tətbiqi vətəndaşların həyatını əhəmiyyətli dərəcədə asanlaşdırır, şəffaflığı və operativliyi artırır. “mygov” platformasının istifadəçi sayının qısa müddətdə 30 faiz artaraq 3,5 milyona çatması həyata keçirilən islahatların cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini təsdiqləyir.

İnnovasiya və texnologiya sahəsində nəzərdə tutulan genişmiqyaslı hüquqi islahatlar da Azərbaycanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Vençur maliyyələşdirilməsi mexanizmlərinin yaradılması, startapların dəstəklənməsi, texnologiya şirkətləri üçün uzunmüddətli vergi güzəştlərinin tətbiqi, yüksək ixtisaslı mütəxəssislər üçün əlverişli şəraitin formalaşdırılması ölkəmizin rəqabətqabiliyyətli rəqəmsal iqtisadiyyat qurmaq istiqamətində qətiyyətli addımlar atdığını göstərir.

Eyni zamanda, kibertəhlükəsizlik sahəsində həyata keçirilən islahatlar, Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, kritik informasiya infrastrukturunun mühafizəsinin gücləndirilməsi və milli kibermüdafiə sisteminin formalaşdırılması Azərbaycanın rəqəmsal inkişafının etibarlı və təhlükəsiz əsaslar üzərində qurulduğunu nümayiş etdirir.

Xüsusilə təhsil sahəsində görülən işlər gələcəyin insan kapitalının formalaşdırılması baxımından böyük önəm daşıyır. “Rəqəmsal məktəb”, “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələrinin genişləndirilməsi, elektron təhsil xidmətlərinin artırılması və süni intellekt əsaslı fərdiləşdirilmiş tədris modelinə keçid ölkəmizin gənc nəslini müasir texnologiyalar dövrünün tələblərinə uyğun hazırlamağa xidmət edir.

Əminliklə demək olar ki, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın xüsusi diqqəti sayəsində həyata keçirilən rəqəmsal inkişaf strategiyası dövlət idarəçiliyində yeni keyfiyyət mərhələsi yaradacaq, vətəndaş məmnuniyyətinin daha da yüksəlməsinə, innovativ iqtisadiyyatın formalaşmasına və Azərbaycanın regionun aparıcı rəqəmsal və texnoloji mərkəzlərindən birinə çevrilməsinə mühüm töhfə verəcəkdir.

Fatma Yıldırım,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin sədri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib

20:17
03 İyul

Rəqəmsal transformasiya kompleks inkişaf modelidir  

20:01
03 İyul

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Bahadur Kamalov Kəlbəcərdə dəfn edilib

19:58
03 İyul

33 il əvvəl itkin düşən Mədinə Babayevanın qalıqları Kəlbəcər rayonunda torpağa tapşırılıb  

19:46
03 İyul

İnterpolun axtardığı şəxs Monteneqroda saxlanıldı — Azərbaycana ekstradisiya olunur

19:31
03 İyul

İyun ayında Bakı metrosundan 18 milyondan çox sərnişin istifadə edib

19:14
03 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb  

19:11
03 İyul

Azərbaycan Avrasiya məkanında yeni təhlükəsizlik və logistika arxitekturasının əsas aktorlarından biridir

19:07
03 İyul

Nazir: “Məşğulluğa Dəstək Layihəsi” özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstək olur  

18:56
03 İyul

Azərbaycanın rəqəmsal inkişafı yeni mərhələyə qədəm qoyur

18:13
03 İyul

“PlayStation”dakı yeni oyunlar yalnız rəqəmsal olacaq  

18:13
03 İyul

Samanyolunun yeni görüntüsü paylaşılıb  

18:01
03 İyul

Misir millisi Dünya Kuboku matçından əvvəl polislə toqquşma yaşayıb

17:55
03 İyul

Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir  

17:50
03 İyul

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

17:50
03 İyul

Bakıda test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq

17:49
03 İyul

Akademik: Təhsil sistemi süni intellekt dövrünün tələblərinə uyğun mütəxəssislər hazırlamalıdır  

17:36
03 İyul

Ədliyyə naziri Balakən rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:31
03 İyul

Vahid Hacıyev: “Yüksəliş” müsabiqəsi ölkənin insan kapitalının inkişafına mühüm töhfə verir  

17:18
03 İyul

Azərbaycan nəqliyyat infrastrukturuna yatırılan investisiyanın həcminə görə 32 ölkə arasında birinci olub  

17:14
03 İyul

Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

17:06
03 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!