03 İyul 2026 14:25
250
SİYASƏT
A- A+
Azərbaycanın Avropa ilə Asiya arasında strateji qovşaq rolu getdikcə güclənir  

Azərbaycanın Avropa ilə Asiya arasında strateji qovşaq rolu getdikcə güclənir  


“Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsindən ötən dövr ərzində formalaşdırdığı xarici siyasət kursunda Avropa istiqaməti hər zaman prioritet xarakter daşıyıb. Avropa İttifaqı (Aİ) ilə qurulan münasibətlər ötən illər ərzində sadəcə ikitərəfli diplomatik təmaslar çərçivəsində qalmamış, mərhələli şəkildə dərinləşərək bərabərhüquqlu və strateji xarakter alıb. Bu əməkdaşlıq siyasi dialoq, enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, rəqəmsal transformasiya və yaşıl enerji kimi mühüm sahələri əhatə edir. Xüsusilə 2022-ci ildən etibarən Azərbaycan-Aİ əlaqələri yalnız Cənub Qaz Dəhlizi və təbii qaz tədarükü ilə məhdudlaşmır, qarşılıqlı maraqlara əsaslanan daha geniş və strateji əməkdaşlıq modelinə doğru inkişaf edir”. 

Bu sözləri “Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. O bildirib ki, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ən əsas tərəfdaşlardan biri kimi çıxış edir. Bu gün Avropa İttifaqının 10 üzv dövləti öz təbii qaz ehtiyacını məhz Azərbaycandan qarşılayır.

Onun sözlərinə görə, Azərbaycan yaşıl enerji sahəsində də olduqca nəhəng potensiala malikdir, bu istiqamətdə əməkdaşlığın genişlənməsi, gələcək illərdə tərəflər arasındakı iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfələr verəcək: “Prezident İlham Əliyevin mətbuata bəyanatla çıxışı zamanı diqqətə çatdırdığı kimi: "Avropa Komissiyası ilə münasibətlərimizin kifayət qədər yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır... Azərbaycanın Günəş, külək və su elektrik enerjisi potensialını, o cümlədən artıq mövcud ötürmə xətlərini və tikiləcək yeni xətləri geniş şəkildə müzakirə etdik. Bu baxımdan biz, həmçinin strateji tərəfdaş ola bilərik". Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana etdiyi səfər tərəflər arasındakı strateji tərəfdaşlığın dərinləşməsində mühüm bir mərhələdir. Xüsusilə 2022-ci ildə imzalanmış "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mövqeyini daha da möhkəmləndirib. Ursula Fon der Lyayenin 2026-cı il səfəri isə enerji sahəsindəki mövcud əməkdaşlığı nəqliyyat, rəqəmsal əlaqələr, yaşıl iqtisadiyyat və regional sülh təşəbbüsləri ilə zənginləşdirərək yeni bir tərəfdaşlıq mərhələsinin əsasını qoyur”. 

Deputat qeyd edib ki, bu gün münasibətlərin inkişaf dinamikası Aİ-nin Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından birinə çevrildiyini göstərir. Prezident İlham Əliyev və Ursula Fon der Lyayenin mətbuata birgə bəyanatlarında vurğulandığı kimi, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır.

Deputat diqqətə çatdırıb ki, ikitərəfli münasibətlərin daha bir mühüm istiqamətini nəqliyyat-logistika xidmətləri təşkil edir: “Xüsusilə nəqliyyat sahəsində Orta Dəhlizin inkişafı Azərbaycanın Avropa ilə Asiya arasında strateji bir qovşaq kimi rolunu getdikcə gücləndirir. Bu marşrut həm yükdaşımaların sürətlənməsinə, həm də regional iqtisadi inteqrasiyaya mühüm töhfə verməkdədir. Ursula Fon der Lyayenin səsləndirdiyi: "Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı–Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanmasını təklif edirik. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksək səviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır"  fikirləri də Azərbaycanın nəqliyyat-logistika imkanlarının Aİ üçün nə dərəcədə maraqlı və önəmli olduğunu bariz şəkildə göstərir”.

Avropa Komissiyasının Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin daha da genişləndirilməsi məqsədilə 200 milyon avro həcmində yeni maliyyə paketi elan etdiyini vurğulayan K.Bayramov sərhədyanı icmaların inkişafı, minatəmizləmə fəaliyyəti, səhiyyə və kiçik biznes layihələri üçün də əlavə maliyyə dəstəyinin ayrılmasının nəzərdə tutulduğunu da diqqətə çatdırıb. 

Deputat, həmçinin bildirib ki, bütün bunlar yaxın gələcəkdə Azərbaycan-Aİ münasibətlərinin daha sürətli inkişaf edəcəyinə böyük əminlik yaratdıb: “Eyni zamanda bu mühüm təşəbbüs sübut edir ki, Avropa İttifaqı Azərbaycanı artıq sadəcə etibarlı bir enerji ixracatçısı kimi deyil, həm də Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əvəzedilməz bir nəqliyyat-logistika qovşağı kimi qəbul edir. Aparılan müzakirələr və Bakıdan verilən rəsmi bəyanatlar tək bir reallığı təsdiq edir: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz siyasətində öz strateji tərəfdaşlıq statusunu daha da möhkəmləndirir”.

Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb

15:19
03 İyul

Türkiyənin vitse-prezidenti Tehranda İran Prezidenti ilə görüşüb

15:01
03 İyul

“YouTube” “TikTok”a daha çox bənzəməyə hazırlaşır

14:52
03 İyul

Yer kürəsini xilas edəcək plan

14:43
03 İyul

İngiltərə komandası Mexikoya uçuşunu mümkün casusluq səbəbindən təxirə salıb

14:33
03 İyul

Azərbaycanın Avropa ilə Asiya arasında strateji qovşaq rolu getdikcə güclənir  

14:25
03 İyul

ÜST: Ebola epidemiyasına qarşı müalicə üsullarının sınaqlarına başlanılıb

14:13
03 İyul

“Azərbaycan rəqəmsallaşmanı strateji inkişaf modeli kimi qəbul edir”  

14:03
03 İyul

Çində texnoloji inqilabın yeni peşələri

14:01
03 İyul

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Möysüm Əliyev Füzulidə torpağa tapşırılıb

13:56
03 İyul

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?

13:33
03 İyul

ABŞ Məhkəməsi: miqrantlar zaminlik məhkəməsi olmadan 90 gündən çox saxlanıla bilməz

13:28
03 İyul

Sabah bəzi yerlərdə hava yağıntılı olacaq

13:27
03 İyul

Birinci Qarabağ müharibəsi şəhidi Rauf Əhmədov Goranboyda dəfn olunub

13:21
03 İyul

Agentlik: 104 nəfər Azərbaycan vətəndaşı Macarıstanda təhsil almaq hüququ qazanıb

13:13
03 İyul

Hindistanın Baş naziri gələn həftə Yeni Zelandiyaya tarixi səfər edəcək

13:10
03 İyul

Azərbaycan Hava Yollarının ixrac gəlirləri açıqlanıb

13:09
03 İyul

İtkin şəhid Dəyanət Musayev Ucarda dəfn edilib

13:07
03 İyul

“Bilgəh” sularda xilasetmə məntəqəsinin açılışı və yeni alınan texnikaların təqdimatı olub

12:46
03 İyul

Alimlər Cənub qütbünün Şimaldan daha çox donmasının sirrini açırlar

12:39
03 İyul

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə indiyədək Türkiyəyə ixrac olunan təbii qazın həcmi açıqlanıb  

12:21
03 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!