03 İyul 2026 17:03
152
SİYASƏT
A- A+
Azərbaycanda rəqəmsal inkişafın yeni mərhələsi başlayıb

Azərbaycanda rəqəmsal inkişafın yeni mərhələsi başlayıb


“Hazırda ölkəmizdə rəqəmsal inkişafın yeni mərhələsi başlayıb. Yeni dünya innovasiya məkanında öz layiqli yerini tutmaq üçün ölkəmiz mühüm dövlət konsepti olan “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nı təsdiq edib və sənədin icrası istiqamətində çoxistiqamətli tədbirlər həyata keçirilməkdədir. Strategiya rəqəmsal transformasiyanın strateji əhəmiyyətini nəzərə alaraq dövlət idarəetməsi, infrastruktur, innovasiya ekosistemi və kibertəhlükəsizlik sahələrində prioritet tədbirlər müəyyən edir”.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, iyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında vurğulandığı kimi qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən Yol xəritəsi müəyyən olunub və yeni yaradılan Şuranın əsas vəzifəsi bu istiqamətdə əlaqələndirici rol oynamaqdır. Şuranın vəzifəsi  müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir. “Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır”-deyə, Mehriban xanım Əliyeva iclasda vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün Azərbaycanda güclü rəqəmsal arxitektura mövcuddur. Son illər ərzində “Elektron hökumət”in formalaşması, dövlət orqanlarının informasiya sistemləri arasında xüsusi infrastruktur vasitəsilə informasiya mübadiləsinin aparılması, “Elektron hökumət”in fəaliyyəti üçün vacib əhəmiyyət kəsb edən dövlət informasiya sistemləri və ehtiyatlarının yaradılması istiqamətində mühüm işlər görülüb, müasir informasiya-kommunikasiya texnologiyalarının, telekommunikasiya qurğularının və innovasiyaların geniş tətbiqi nəticəsində qabaqcıl texnoloji infrastruktur qurulub. “Mygov” platformasının xidmət dairəsinin genişləndirilir, son üç ayda istifadəçilərin sayının 2,7 milyondan 3,5 milyona çatdırılıb. Eləcə də, dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi məqsədilə “Hökumət buludu” yaradılıb, dövlət informasiya sistemlərinin və elektron xidmətlərin vahid platforma üzərindən inteqrasiyası təmin edilib. Bu yanaşma dövlət idarəçiliyində xərclərin azaldılmasına, xidmətlərin optimallaşdırılmasına və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə şərait yaradıb. Ölkənin data mərkəzi, yəni “dövlət cloudu” (“Hökumət Buludu”) tam şəkildə qurulub. Ehtiyat və əsas olmaqla Bakı və Yevlax şəhərlərində biz prosesə başladıqda təxminən 50 dövlət müəssisəsi burada öz rəqəmsal ehtiyatlarını yerləşdirirdisə, artıq bu gün bu rəqəm 270-ə çatdırılıb. “SİMA” Biometrik İmzanın təqdim edilməsi ilə 4 milyon istifadəçi, nadir istifadəçi artıq son üç il ərzində bu imzadan istifadə edir. “SİMA”nın təqdim edilməsi dövlət xidmətləri ilə yanaşı, özəl şirkətlərin, xüsusilə də bankların işini bir xeyli asanlaşdırıb.

“Ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması məqsədilə ən qabaqcıl rəqəmsal şirkətlərlə təcrübə mübadilələri həyata keçirilir, rəqəmsal sənayeyə sərmayələr yatırılır. Bu prosesdə daha böyük nailiyyətlər əldə etmək üçün dövlət-özəl-elm üçbucağının qurulması olduqca vacibdir. Xüsusilə də, biznes cəmiyyəti bu proseslərin hərəkətverici qüvvəsi olmalıdır. Rəqəmsal iqtisadiyyatın inkişafına dair strategiya sənədində də əks olunduğu kimi bu prosesdə elm və iqtisadi blok arasında koordinasiyalı fəaliyyətin  gücləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə ali təhsil müəssisələrində rəqəmsal bacarıqlara və qlobal səviyyədə tanınan rəqəmsal yönümlü sertifikatlaşdırma standartlarına əsaslanan təhsil proqramlarının hazırlanması, İKT üzrə karyera quran kadrları həvəsləndirmək üçün illik İKT təqaüd proqramlarının təsis edilməsi, rəqəmsallaşma istiqaməti üzrə elmi tədqiqat işlərinin doktorantura səviyyəsində dəstəklənməsi üçün əhatəli tədbirlər həyata keçiriləcək”,-deyən Samir Vəliyev əlavə edib ki, süni intellekt (Sİ) sahəsində də fəaliyyətin gücləndirilməsi üçün infrastrukturun və insan resurslarının inkişafı nəzərdə tutulur. Məqsəd Sİ-nin bütün sahələrdə  tətbiqini genişləndirməkdir. Sİ layihələrinə dövlət investisiyasının stimullaşdırılması üçün vergi, gömrük və sosial sığorta güzəştləri tətbiq olunacaq.

“Beləliklə, Rəqəmsal İnkişaf Şurası rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi istiqamətində hədəf prinsiplərinə çatmaqda mühüm rol oynayacaq. Bütün bunlar ölkəmizin qlobal reytinqlərdə mövqeyinin daha da  yaxşılaşdırılmasına və beynəlxalq indekslərdə daha yüksək nəticələr əldə olunmasına əhəmiyyətli təsir göstərəcək”,-deyə deputat vurğulayıb.

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”



 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin sədri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib

20:17
03 İyul

Rəqəmsal transformasiya kompleks inkişaf modelidir  

20:01
03 İyul

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Bahadur Kamalov Kəlbəcərdə dəfn edilib

19:58
03 İyul

33 il əvvəl itkin düşən Mədinə Babayevanın qalıqları Kəlbəcər rayonunda torpağa tapşırılıb  

19:46
03 İyul

İnterpolun axtardığı şəxs Monteneqroda saxlanıldı — Azərbaycana ekstradisiya olunur

19:31
03 İyul

İyun ayında Bakı metrosundan 18 milyondan çox sərnişin istifadə edib

19:14
03 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb  

19:11
03 İyul

Azərbaycan Avrasiya məkanında yeni təhlükəsizlik və logistika arxitekturasının əsas aktorlarından biridir

19:07
03 İyul

Nazir: “Məşğulluğa Dəstək Layihəsi” özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstək olur  

18:56
03 İyul

Azərbaycanın rəqəmsal inkişafı yeni mərhələyə qədəm qoyur

18:13
03 İyul

“PlayStation”dakı yeni oyunlar yalnız rəqəmsal olacaq  

18:13
03 İyul

Samanyolunun yeni görüntüsü paylaşılıb  

18:01
03 İyul

Misir millisi Dünya Kuboku matçından əvvəl polislə toqquşma yaşayıb

17:55
03 İyul

Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir  

17:50
03 İyul

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

17:50
03 İyul

Bakıda test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq

17:49
03 İyul

Akademik: Təhsil sistemi süni intellekt dövrünün tələblərinə uyğun mütəxəssislər hazırlamalıdır  

17:36
03 İyul

Ədliyyə naziri Balakən rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:31
03 İyul

Vahid Hacıyev: “Yüksəliş” müsabiqəsi ölkənin insan kapitalının inkişafına mühüm töhfə verir  

17:18
03 İyul

Azərbaycan nəqliyyat infrastrukturuna yatırılan investisiyanın həcminə görə 32 ölkə arasında birinci olub  

17:14
03 İyul

Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

17:06
03 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!