03 İyul 2026 14:03
161
SİYASƏT
A- A+
“Azərbaycan rəqəmsallaşmanı strateji inkişaf modeli kimi qəbul edir”  

“Azərbaycan rəqəmsallaşmanı strateji inkişaf modeli kimi qəbul edir”  

Azərbaycan rəqəmsal transformasiya sahəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional islahatlar, qəbul edilən strateji sənədlər və yaradılan yeni idarəetmə mexanizmləri göstərir ki, ölkədə rəqəmsal inkişaf dövlət idarəçiliyinin, iqtisadiyyatın, təhsilin və milli təhlükəsizliyin əsas istiqamətlərindən birinə çevrilib. 

Məlumatların mühafizəsi, şəxsi məlumatların emalı, süni intellektdən etik istifadə, kibertəhlükəsizlik, rəqəmsal identifikasiya və elektron xidmətlərin hüquqi əsaslarının beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi vacibdir. Güclü qanunvericilik həm vətəndaşların hüquqlarını qoruyur, həm də innovasiyalara investisiya cəlb edilməsinə əlverişli şərait yaradır.

Milli Məclisin deputatı Nigar MƏMMƏDOVA qəzetimizə açıqlamasında xatırladıb ki, bu ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahəsində qarşıya qoyulan yeni vəzifələr müəyyənləşdirilib. Bu qərarların davamı olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması dövlət siyasətinin vahid mərkəzdən koordinasiya olunmasına, dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinə və innovasiya əsaslı iqtisadi inkişaf modelinə keçidin sürətləndirilməsinə xidmət edir. Dövlət başçısının söylədiyi kimi, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir. Bizim bir çox üstünlüklərimiz var. Onlardan biri bizim coğrafi vəziyyətimizdir.

Deputat qeyd edib ki, əsas hüquqi bazanı Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı” təşkil edir: “Sənəd ölkənin qarşıdakı 3 il ərzində rəqəmsal transformasiyasını təmin edəcək strateji yol xəritəsidir. Fəaliyyət Planı dövlət idarəetməsinin optimallaşdırılması, beynəlxalq rəqəmsal reytinqlərdə Azərbaycanın mövqeyinin yüksəldilməsi və rəqəmsal iqtisadiyyatın ÜDM-də payının artırılması kimi mühüm hədəfləri özündə birləşdirir. Sənəd İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyası, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılıb. Beləliklə, rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik üzrə həyata keçirilən tədbirlər ilk dəfə vahid strateji idarəetmə modeli çərçivəsində əlaqələndirilir. Bu məqsədlə bütün dövlət qurumlarında rəqəmsallaşma proseslərinə rəhbər müavini səviyyəsində məsul şəxslər təyin olunub ki, bu da islahatların icrasına vahid yanaşmanı təmin edir”.

N.Məmmədova bildirib ki, iyunun 29-da Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası, qanunvericilik islahatları və təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər geniş müzakirə edilib. “Mehriban Əliyeva çıxışında bildirdi ki, Fəaliyyət Planının icrası Şuranın əsas fəaliyyət istiqamətidir və dövlət idarəçiliyində rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi, innovasiya ekosisteminin inkişafı, investisiyaların və startapların dəstəklənməsi əsas prioritetlər sırasındadır. Birinci vitse-prezident süni intellekt texnologiyalarının inkişafında Azərbaycanın milli maraqlarının hər zaman əsas götürüləcəyini xüsusi qeyd etdi. Beləliklə, Fəaliyyət Planının icrası çərçivəsində Milli Məlumat Hövzəsinin yaradılması, dövlət informasiya sistemlərinin Hökumət Buluduna köçürülməsi, “mygov” platformasının genişləndirilməsi, süni intellekt həllərinin tətbiqi və milli kibertəhlükəsizlik infrastrukturunun formalaşdırılması istiqamətində işlər davam etdirilir. Paralel olaraq, innovasiya və rəqəmsal iqtisadiyyatın inkişafını dəstəkləyəcək geniş qanunvericilik islahatları da hazırlanır. Həmçinin təhsil sistemində də həyata keçirilən rəqəmsal transformasiyalar ölkədə insan kapitalının inkişafına mühüm töhfələr verir”. 

Deputat vurğulayıb ki, rəqəmsallaşma istiqamətində həyata keçirilən ən mühüm layihələrdən biri “mygov” platformasının vahid dövlət xidmətləri ekosisteminə çevrilməsidir: “Məqsəd vətəndaşların müxtəlif dövlət qurumlarının ayrı-ayrı mobil tətbiqlərindən istifadə etməsinə ehtiyac qalmadan bütün elektron xidmətləri bir platformadan əldə etməsidir. Dövlət xidmətlərinin proaktiv təqdim edilməsi də islahatların əsas istiqamətlərindəndir. Artıq yaşa görə əmək pensiyası vətəndaş müraciəti olmadan təyin edilir. Yaxın dövrdə uşağın doğulmasına görə birdəfəlik müavinətin də avtomatik təyin olunması planlaşdırılır. Şəxsiyyət vəsiqəsi, pasport və sürücülük vəsiqəsinin etibarlıq müddətinin başa çatması barədə vətəndaşlar əvvəlcədən məlumatlandırılacaq, hərbi tibbi müayinəyə çağırışlar isə tam rəqəmsal qaydada həyata keçiriləcək. Təsadüfi deyil ki, son üç ay ərzində “mygov” platformasının istifadəçilərinin sayı 2,7 milyondan 3,5 milyona yüksəlib ki, bu da təxminən 30 faizlik artım deməkdir”.

N.Məmmədova deyib ki, Fəaliyyət Planında süni intellekt ayrıca strateji istiqamət kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Eyni zamanda rəqəmsal transformasiyanın ayrılmaz hissəsi kibertəhlükəsizliyin gücləndirilməsidir. Bu məqsədlə yaradılan Milli Kibertəhlükəsizlik Agentliyinin fəaliyyəti nəticəsində sistem kibertəhdidlərin operativ aşkarlanmasını, insidentlərə çevik reaksiyanı və kritik informasiya infrastrukturunun etibarlı mühafizəsini təmin edəcək. “Həyata keçirilən islahatlar göstərir ki, Azərbaycan artıq rəqəmsallaşmanı milli təhlükəsizliyin möhkəmləndirilməsi üçün strateji inkişaf modeli kimi qəbul edir. 2026-2028-ci illəri əhatə edən Fəaliyyət Planının uğurla icrası nəticəsində dövlət xidmətlərinin keyfiyyətinin yüksəlməsi, vətəndaş məmnuniyyətinin artması, süni intellekt texnologiyalarının geniş tətbiqi və Azərbaycanın regionun aparıcı rəqəmsal mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin formalaşacaq”, - deyə yekunda deputat bildirib.

Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“YouTube” “TikTok”a daha çox bənzəməyə hazırlaşır

14:52
03 İyul

Yer kürəsini xilas edəcək plan

14:43
03 İyul

İngiltərə komandası Mexikoya uçuşunu mümkün casusluq səbəbindən təxirə salıb

14:33
03 İyul

Azərbaycanın Avropa ilə Asiya arasında strateji qovşaq rolu getdikcə güclənir  

14:25
03 İyul

ÜST: Ebola epidemiyasına qarşı müalicə üsullarının sınaqlarına başlanılıb

14:13
03 İyul

“Azərbaycan rəqəmsallaşmanı strateji inkişaf modeli kimi qəbul edir”  

14:03
03 İyul

Çində texnoloji inqilabın yeni peşələri

14:01
03 İyul

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Möysüm Əliyev Füzulidə torpağa tapşırılıb

13:56
03 İyul

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?

13:33
03 İyul

ABŞ Məhkəməsi: miqrantlar zaminlik məhkəməsi olmadan 90 gündən çox saxlanıla bilməz

13:28
03 İyul

Sabah bəzi yerlərdə hava yağıntılı olacaq

13:27
03 İyul

Birinci Qarabağ müharibəsi şəhidi Rauf Əhmədov Goranboyda dəfn olunub

13:21
03 İyul

Agentlik: 104 nəfər Azərbaycan vətəndaşı Macarıstanda təhsil almaq hüququ qazanıb

13:13
03 İyul

Hindistanın Baş naziri gələn həftə Yeni Zelandiyaya tarixi səfər edəcək

13:10
03 İyul

Azərbaycan Hava Yollarının ixrac gəlirləri açıqlanıb

13:09
03 İyul

İtkin şəhid Dəyanət Musayev Ucarda dəfn edilib

13:07
03 İyul

“Bilgəh” sularda xilasetmə məntəqəsinin açılışı və yeni alınan texnikaların təqdimatı olub

12:46
03 İyul

Alimlər Cənub qütbünün Şimaldan daha çox donmasının sirrini açırlar

12:39
03 İyul

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə indiyədək Türkiyəyə ixrac olunan təbii qazın həcmi açıqlanıb  

12:21
03 İyul

Pakistanda yol qəzasında 40 nəfər həlak olub

12:18
03 İyul

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib 

12:09
03 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!