06 May 2026 19:39
384
İQTİSADİYYAT
A- A+
Azərbaycanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun İllik Sammiti işə başlayıb  

Azərbaycanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun İllik Sammiti işə başlayıb  

Bu gün Almaniyanın Leyptsiq şəhərində Azərbaycanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun (ITF) İllik Sammiti işə başlayıb.

AZƏRTAC xəbər verir ki, sammitin həsr olunduğu “Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi” mövzusu iqlim dəyişikliyi, urbanizasiya və texnoloji yeniliklər fonunda böyük əhəmiyyət daşıyır.

Sammitin açılışı ilə bağlı mətbuat konfransında çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu il 20 illiyini qeyd edən ITF-in sadiq tərəfdaşlığa və tədbirin mükəmməl təşkilinə görə minnətdarlığını bildirib. Həmçinin bütün üzv ölkələrə və tərəfdaşlara fəal iştiraklarına və ortaq nəqliyyat gündəliyinin inkişafına göstərdikləri dəstəyə görə təşəkkür edən nazir vurğulayıb ki, Azərbaycan ITF-ə sədrliyi tərəfdaşlıq ruhunda həyata keçirərək təşkilatın daha güclü və inklüziv platformaya çevrilməsi istiqamətində fəaliyyət göstərib.

R.Nəbiyev qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə təşkilatın institusional fəaliyyətinin səmərəliliyinin artırılmasına da xüsusi diqqət yetirilib, üzv ölkələrlə konstruktiv əməkdaşlıq nəticəsində İş Proqramı üzrə razılıq əldə olunub. Nazir ölkəmizin ITF çərçivəsində konstruktiv və nəticəyönümlü əməkdaşlığa sadiq qaldığını vurğulayıb, Azərbaycanın sədrlik gündəliyini beş əsas prioritet üzrə formalaşdırdığını və bu sammitdə həmin istiqamətlər üzrə konkret nəticələrin təqdim olunduğunu diqqətə çatdırıb.

ITF-in Baş katibi Yanq Tae Kim Azərbaycanın ITF-ə sədrliyi dövründə forumun fəaliyyətinə böyük töhfələr verdiyini qeyd edərək bildirib, bunun fərqli təcrübələrin öyrənilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb. Foruma uğurlu sədrlikdən məmnunluğunu ifadə edən Yanq Tae Kim ölkəmizlə təşkilat arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini, ITF-in Azərbaycan hökuməti tərəfindən fəal şəkildə dəstəkləndiyini qeyd edib.

Qeyd edək ki, bu tədbir dünyada nəqliyyat nazirlərinin ən böyük toplantısı olmaqla yanaşı, nəqliyyat siyasətinin formalaşdırılması üçün aparıcı qlobal platforma hesab olunur. Bu il Dünya Nəqliyyat Forumu Azərbaycannın sədrliyi ilə təşkil edilir.

ITF-ə üzv olan 69 ölkənin nazirləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament üzvləri, həmçinin biznes və elm sahələrinin aparıcı nümayəndələri 2008-ci ildən etibarən hər il Leypsiqdə bir araya gələrək nəqliyyatın gələcəyini müzakirə edirlər. İştirakçıların sayı artıq 69 üzv ölkə ilə məhdudlaşmır və 80-dən çox ölkədən 1200-dən artıq nümayəndəni əhatə edir. Bu da tədbirə marağın ildən-ilə artdığını və Forumun daha çox biznes sektorunun diqqətini cəlb etdiyini göstərir. Belə ki, şirkətlərin rəhbərləri yüksəksəviyyəli müzakirələrdə iştirak edir, müəssisələr isə Sammit çərçivəsində keçirilən sərgidə öz fəaliyyətlərini təqdim edirlər.

2026-cı ildə sammit nəqliyyatda dayanıqlılıq mövzusuna həsr olunmuş 2025-2027-ci illər ITF sammitləri trilogiyasının ikinci hissəsidir. Builki Sammit nəqliyyat sistemlərinin dayanıqlılığının gücləndirilməsi yollarını araşdıracaq və bunun vasitəsilə uzunmüddətli perspektivdə nəqliyyat infrastrukturunun və əməliyyatlarının daha yaxşı əlaqələndirilməsi, səmərəliliyi və etibarlılığına nail olunması məqsədini daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstan mediası Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündəki çıxışına geniş yer ayırıb  

22:25
10 May

Prezident İlham Əliyevin sosial media hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb

22:19
10 May

Premyer Liqa: "Neftçi"dən asan qələbə

21:46
10 May

Nikol Paşinyan: Qarabağ bizim deyildi  

21:18
10 May

Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı  

20:19
10 May

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər

20:03
10 May

Premyer Liqa: “Karvan-Yevlax”ın I Liqaya düşməsi dəqiqləşib

19:48
10 May

Kişineuda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib  

18:43
10 May

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

18:29
10 May

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım edib

17:55
10 May

Azərbaycan Ordusunun gənc əsgərləri and içiblər

16:51
10 May

Misir-Azərbaycan Dostluq Parkında Ulu Öndərin xatirəsi anılıb

16:48
10 May

Prokurorluq əməkdaşları Fəxri Xiyabanı ziyarət edib

16:37
10 May

Maliyyə Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

16:22
10 May

“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb

16:14
10 May

Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

16:12
10 May

Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

16:01
10 May

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

15:57
10 May

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək

15:54
10 May

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası

15:49
10 May

Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub

15:47
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!