16 Avqust 2022 09:51
7813
CƏMİYYƏT
A- A+
Azərbaycanda ən yüksəklikdə yerləşən kənd

Azərbaycanda ən yüksəklikdə yerləşən kənd

Azərbaycanda ən yüksəklikdə yerləşən yaşayış məntəqəsi - Qusar rayonunun Yerği Kek kəndidir. Şahdağın ətəyində yerləşən bu kənddə insanlar dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yaşayır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yerğ Kek kəndinə Qusarın rayon mərkəzindən iki istiqamətdə yol var. Birincisi hələ sovet dövründən istifadə olunan Sudur kəndindən keçən, ikincisi isə Ləzə kəndindən yeni açılan yoldur. Qusarın mərkəzindən Sudura kimi 65, Ləzə kəndinə isə 38 kilometr məsafə var. Bu yaşayış məntəqələrinə yol asfaltdır. Amma bu kəndlərin hər birindən Yerği Kekə getmək üçün çox çətin keçilən 9-10 kilometrlik dağ yollarını aşmaq lazımdır.

Biz Yerğ Kekə Ləzə istiqamətindən yollandıq. Bu yolu ancaq xüsusi avtomobillərlə qət etmək mümkündür. Daha çox “Niva”, və UAZ markalı avtomobillərdən istifadə olunur. Cəmi on kilometr məsafə olsa Ləzədən Yergi Kekə sürücülər sifarişlə 50 manata aparırlar.

Yerği Kekə getdiyimiz “Niva”nın sürücüsü Samir Pirəliyev bildirir ki, Ləzədən Yerği Kekə yol sakinlərin təşəbbüsü ilə 6-7 il əvvəl çəkilib.

“Əvvəllər Yerği Kekə gedənlər daha çox Sudur yolundan istifadə edirdilər. İndi həmin yolda hərəkət lap çətinləşib. Bu yol da asan deyil. Çox təhlükəli və risklidir. Dağda yaşayanlar, yaylaqda sürüləri olanlar və zirvələrə çıxmaq istəyən turistlər bu yoldan istifadə edir. Yerği Kekə gedib-gələndən sonra mütləq avtomobilin hansısa mexanizmi xarab olur. Hansı maşın olur olsun, təcrübəsi olmayanlara, ərazini tanımayanlara bu yolla hərəkət etmək heç məsləhət deyil. ”,-deyə sürücü S. Pirəliyev söyləyir.

Yolboyu bir-birindən gözəl dağ mənzərələri ilə rastlaşırıq. Amma təhlükəli dağ yolunda həyəcan bir an da olsa insanı tərk etmir. Sıldırım qayaların kənarı ilə enişli-yoxuşlu yolumuz bir saat davam edir. Nəhayət çəmənliklərlə əhatə olunmuş nisbətən düzən sahəyə çatırıq və təpəliklərin arxasında Yergi Kek kəndi görünür.

Yergi Kek kəndi Sudur inzibati ərazi dairəsinə aiddir. Kəndin əhalisi ləzgilərdən ibarətdir. Kənddəki 11 evin 7-də yaşayış var. Hazırda Yerğki Kekdə 40-a yaxın sakin yaşayır. Əhali heyvandarlıq və tərəvəzçiliklə məşğuldur. Hər bir həyətdə iribuynuzlu heyvan və qoyun-quzu saxlanılır, təsərrüfatlarda kartof becərilir.

Kənddə gecələmək üçün qonaq evi və ya hostel yoxdur. Amma bəzi sakinlər cəmi 40 manat müqabilində evinin bir otağını turistlərə sutkalıq kirayə verir. Bu ödənişin əvəzində qonaqlara isti və təmiz yataqla yanaşı, təzə kənd məhsullarından (süd, pendir, bal, kərə yağı, ləzgi çörəyi) ibarət səhər yeməyi də təqdim olunur.

Kənd sakini Rahim Şahverdiyev bildirir ki, rayon mərkəzindən ucqarda yerləşən Yerği Kekdə qış çox sərt keçir. Qışda kəndə 40-50 santimetr qar yağır, temperatur isə mənfi 20 dərəcəyədək aşağı düşür. Bir çox hallarda rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilir. Buna görə də kənddə cəmi 4-5 evdə daimi yaşayan var. Bir neçə ailə isə yay aylarında kəndə gəlib təsərrüfatla məşğul olur, havalar soyuyanda isə yenidən rayon mərkəzinə yaxın kəndlərər qayıdırlar.

“Bizim kənddə ilk ev təxminən 150-170 il əvvəl tikilib. O vaxtlar buralar yaylaq olub. Sadir adlı bir nəfər burada bulağın yaxınlığında özünə ev tikib. Məhz həmin vaxtdan kəndin əsası qoyulub. İndi dövr müasirləşib. Kənddə yaşamaq istəyənlər azalıb. Amma şərait də çətindir. Dağın dibidir. Qış çox sərt keçir. Buralarda ağac bitmir. Ona görə də yanacaq sarıdan da çətinliyimiz var. Ən əsas narahatçılıq isə yolla bağlıdır. Bura yaxşı yol olsa bizim kənd geniş turizm imkanlarına malikdir. Çox gözəl təbiəti var. Dağlara çıxan səyyahların bir çoxu yolunu bizim kənddən salır”,-deyə R.Şahverdiyev bildirir.

Yerği Kek kəndinin adı ləzgi dilindən tərcümədə uzun taxta mənasını verir. Hər tərəf qayalıqlarla əhatə olunsa da, kəndin yerləşdiyi ərazi dəmyə tərəvəzçiliyə imkan verən nisbətən düzən yaylalarla əhatə olunub.

Hazırda kənddəki biçənəklərdən ot tədarükünün ən qızğın çağıdır. Sakinlər bütün işlərini təxirə salıb ot biçinini həyata keçirirlər. Burada yağıntısız, isti yay günlərinin ömrü uzun olmadığından otu vaxtında biçmək lazımdır. Sentyabr ayında isə kartof sahələrindən məhsul yığımı başlayacaq.

Kənddə məktəb, tibb məntəqəsi və başqa sosial obyektlər fəaliyyət göstərmir. Yaşayış məntəqəsi elektrik enerjisi ilə təmin olunur. Mobil telefonlarla da rahat danışmaq mümkündür. Qışda yanacaq kimi daha çox qurudulmuş mal təzəyindən istifadə olunur.

Qusar Rayon İcra Hakimiyyəti başçısının Sudur inzibati ərazi dairəsi üzrə nümayəndəsi İkram Əsədov bildirir ki, Yerği Kek kəndində 12 təsərrüfat və 88 nəfər sakin qeydiyyatdadır. Kəndin ərazisi 469 hektardır. Bunun 434 hektarı əkinə yararlıdır.

Kəndi seyr etmək üçün yaxınlıqdakı Qulan təpəyə çıxırıq. Buradan Böyük Qafqaz dağlarının başı qarlı zirvələrini, Qusarın on kilometrlərlə uzaqlıqdakı kəndlərini, Xəzərə doğru uzanan Qusarçayı, hətta Samur çayını və qonşu Dağıstan Respublikasının ərazisini də seyr etmək mümkündür.

Kəndin ətrafında göz işlədikcə yaylaqlarda otlayan qoyun sürüləri görünür. Burada yaylağa gələn çobanlar havalar soyuyunca sürülərini aran rayonlarına köçürəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!