05 Avqust 2026 15:20
616
SİYASƏT
A- A+
Azərbaycan Zəngəzur dəhlizinin reallaşacağını artıq zərurətə çevirib

Azərbaycan Zəngəzur dəhlizinin reallaşacağını artıq zərurətə çevirib

Zəngəzur dəhlizinə daxil olan, Azərbaycanın İran və Ermənistanla sərhədinin qovşağına qədər uzanan dəmir yolu xəttinin tikintisi artıq başa çatmaq üzrədir və bir ildən az müddətdə tam hazır olacaq. Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesində əhəmiyyətli rol oynayacaq dəhlizin formalaşmasının əleyhinə çıxan İranın əsas məqsədi Asiya ilə Avropanı birləşdirən yolların öz ərazisindən keçməsini təmin etməkdən ibarətdir. Lakin Yaxın Şərqdəki qeyri-sabit vəziyyət həm Asiya, həm də Avropa dövlətlərinin və korporativ şirkətlərin marağını Orta Dəhliz və onun əsas seqmenti olan Zəngəzur dəhlizinə yönəldib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.

O bildirib ki, hazırda Avrasiya məkanında davam edən müharibələr Çin ilə Avropa arasındakı ticarət əlaqələrinin məhz Orta Dəhliz üzərindən aparılmasını zərurətə çevirib. Rusiya-Ukrayna müharibəsi şimaldan, İran-ABŞ müharibəsi isə cənubdan Avropaya gedən yolları təhlükəli vəziyyətə salıb. Orta Dəhlizdə iştirak edən Mərkəzi Asiya respublikaları və Azərbaycanın yükdaşıma həcminin 2030-cu ilə kimi 11 milyon tona çatdırmaq planları təsadüfi xarakter daşımır. Avropa İttifaqının (Aİ) “Global Gateway” təşəbbüsü çərçivəsində dəhlizin inkişafını dəstəklənir.

“Fransanın “Expertise France” və Almaniyanın GIZ şirkətləri Orta Dəhlizin inkişafına fəal şəkildə kömək edir, logistikanın rəqəmsallaşdırılmasına və yüklərin tranzit müddətinin azaldılmasına xüsusi diqqət yetirir. “Expertise France”ın direktoru Jeremi Pellenin bildirib ki, iş iki əsas istiqamətdə aparılır. Birinci infrastrukturun maliyyələşdirilməsi, ikincisi isə malların tranziti üçün effektiv kommunikasiyaların təmin edilməsidir. Bununla yanaşı, 2023-cü ilin oktyabrında Azərbaycan, Gürcüstan və Qazaxıstan tranzit daşımalarının səmərəliliyinin artırılması üçün “Middle Corridor Multimodal Ltd.” birgə dəmir yolu şirkətinin yaradılması haqqında saziş imzalayıb ki, bu da yükdaşımanın həcmini 62 faiz artırıb”, - deyə ekspert əlavə edib.

O qeyd edib ki, “Almaniyanın “Rhenus Logistics”, Avropada tanınmış “MALBI-trans” və “Carpatica Feroviar” logistika şirkətləri də Orta Dəhlizin təqdim etdiyi xidmətlərdən istifadə edir. Zəngəzur dəhlizi istismara verildikdən sonra isə adı yuxarıda göstərilən şirkətlərlə yanaşı, Çinin də Avropa ilə ticarət aparan biznes strukturları Zəngəzuru seçəcək. Çünki bu, həm yaxın, həm də az nəqliyyat xərci tələb edən yoldur: “İranın narazılığına gəldikdə isə qeyd etmək lazımdır ki, əvvəla İran da bu dəhlizdən istifadə edə bilər. Digər tərəfdən isə şimalda və cənubda müharibələr zamanı gəldikdə başa çatacaq. Dağıdılan yollar, nəqliyyat və tranzit infrastrukturunun bərpası isə illərlə davam etməklə bərabər maliyyə vəsaiti tələb edir ki, müharibədən çıxan dövlətlərin də buna imkanı çatmır. Beləliklə etirazlara baxmayaraq. Zəngəzur dəhlizi mütləq həyata vəsiqə alacaq. Azərbaycan iradəsini ortaya qoyaraq bu layihəyə başlayıb, ABŞ, Avropa və Çindən dəstək alıb ki, bu dəhlizin reallaşacağını artıq zərurətə çevirib”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq  

20:08
15 Avqust

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb  

20:06
15 Avqust

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub  

20:04
15 Avqust

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH  

18:13
15 Avqust

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub  

17:43
15 Avqust

Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu  

17:06
15 Avqust

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür  

16:53
15 Avqust

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir  

16:03
15 Avqust

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır 

16:01
15 Avqust

Xankəndi və Baia Mare qardaşlaşır 

15:35
15 Avqust

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır  

15:30
15 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:25
15 Avqust

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb  

15:20
15 Avqust

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər  

15:17
15 Avqust

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb  

14:38
15 Avqust

Amerikalı basketbolçu "Neftçi"də  

13:20
15 Avqust

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək  

13:18
15 Avqust

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib  

13:16
15 Avqust

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib  

13:14
15 Avqust

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  

13:12
15 Avqust

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır  

13:09
15 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!