23 Yanvar 2026 08:15
423
SİYASƏT
A- A+
Azərbaycan yeni siyasi reallıqlara uyğun praqmatik və çevik diplomatiya həyata keçirir

Azərbaycan yeni siyasi reallıqlara uyğun praqmatik və çevik diplomatiya həyata keçirir


Davos İqtisadi Forumu 1971-ci ildə əsası qoyulduğu vaxtdan etibarən iqtisadi və maliyyə məsələlərinin dominantlıq təşkil etdiyi platforma olsa da, son illərdə, xüsusilə də bu il siyasi mövzularla daha çox gündəmdədir. Ayrı-ayrı regionlarda münaqişələrin artması, qeyri-sabitlik, tarif siyasətindən doğan təlatümlər və ümumi geosiyasi gərginlik fonunda bu mövzular Davos Forumunun müxtəlif sessiyalarında əsas müzakirə predmetinə çevrilib.

Xüsusilə forum ərəfəsində keçirilən sorğuda respondentlərin böyük hissəsi növbəti onillikdə dünyanı ən çox narahat edəcək iki əsas risk faktoru kimi, geoiqtisadi çəkişmələri və bunun yaratdığı qeyri-müəyyənlikləri və dövlətlərarası münaqişələri və onların mümkün fəsadlarını göstərib. Bu da onu deməyə əsas verir ki, Davos artıq təkcə iqtisadi platforma deyil, eyni zamanda qlobal siyasi risklərin müzakirə edildiyi mühüm beynəlxalq məkandır. Məhz bu mövzuların da əhatə olunduğu "Avrasiyanın kimliyi" mövzusuna həsr edilən sessiyada cənab Prezident İlham Əliyev "Euronews" televiziya kanalının müxbirinin moderatorluğu ilə keçirilən sessiyada çıxış edib, eyni zamanda "Euronews" kanalına müsahibə verib. 

"Euronews"la müsahibədə ünvanlanan əsas suallardan biri regionda risklərlə potensial arasında tarazlığın yaradılması məsələsi ilə bağlı olub. Cənab Prezidentin verdiyi cavab bir daha göstərdi ki, Azərbaycan dövləti təkcə riskləri idarə etmək bacarığını nümayiş etdirməyib, eyni zamanda riskləri resursa çevirməyi də bacarıb. Buna nümunə kimi, 30 il işğalçı siyasət yürütmüş və bütün parametrlər üzrə ciddi risk mənbəyi olan Ermənistanın bu gün regional sabitlik və əməkdaşlıq müstəvisində tərəfdaşlığa cəlb edilməsi istiqamətində aparılan siyasəti göstərmək olar. Belə ki, Azərbaycan işğal faktorunun regionda yaratdığı riskləri aradan qaldırmaqla yanaşı, sülh gündəliyi vasitəsilə regional sabitliyi, iqtisadi əməkdaşlığı və inteqrasiyanı təmin etməyə çalışır. Bu kontekstdə Ermənistan Azərbaycanın irəli sürdüyü sülh və əməkdaşlıq gündəliyi çərçivəsində əməkdaşlıq modelinə cəlb olunub. 30 il regional təhlükəsizliyə və əməkdaşlığa təhdid olan Ermənistan Azərbaycanın ardıcıl və mərhələli sülh təşəbbüsləri sahəsində tərəfdaş olmaq yolunda addımlayır, iki tərəfli münasibətlər mərhələli şəkildə əməkdaşlıq istiqamətində irəliləyir. Beləliklə, Azərbaycan Ermənistanın işğalına son qoymaqla həm də riski idarə etmək və onu resursa çevirmək imkanlarını sübut etdi. 

Təbii ki, bu yanaşma Azərbaycan Respublikasının sülh gündəliyinin müxtəlif beynəlxalq platformalarda təqdir olunmasına səbəb olur. Azərbaycan Prezidentinin 2025-ci il ərzində Yaxın Şərq Sülh Sammitində iştirakı, Avropa Siyasi Birliyinin Kopenhagen və Tirana Zirvə görüşlərində bu məsələlərə göstərilən diqqət də bunu təsdiqləyən məqamlardandır. Eyni zamanda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılması təklif edilən "Sülh Şurası"na Azərbaycanın təsisçi dövlət kimi dəvət olunması da ölkəmizin malik olduğu sülh gündəliyinə verilən yüksək dəyərin göstəricisi hesab oluna bilər. 

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə "Sülh Şurası" adlı beynəlxalq təşkilatın yaradılması və Azərbaycanın bu quruma təsisçi üzv dövlət qismində dəvət olunması Prezident İlham Əliyevin prinsipial və ardıcıl sülh gündəliyinin beynəlxalq səviyyədə qəbul olunduğunu təsdiqləyən mühüm siyasi hadisədir. Bu dəvət təsadüfi deyil, şanli zəfərimizdən sonra Azərbaycanın regional miqyasda  formalaşmış yeni siyasi reallıqlarda konstruktiv, məsuliyyətli və etibarlı aktor kimi çıxış etməsinin nəticəsidir.

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa ünvanladığı məktub Azərbaycanın beynəlxalq sülh gündəliyində tutduğu mövqenin və yeni formalaşmaqda olan qlobal siyasi arxitekturada oynamaq istədiyi rolun aydın ifadəsidir. Məktub həmçinin Azərbaycanın prinsipial, balanslı və məsuliyyətli xarici siyasət xəttini əks etdirir. Eyni zamanda məktubda ABŞ Prezidentinin Sülh Şurasının sədri kimi təqdim olunması və onun liderliyinə verilən yüksək qiymət Azərbaycanın yeni siyasi reallıqlarda praqmatik və çevik diplomatiya yürütmək qabiliyyətini göstərir. Bu, Azərbaycanın qlobal güc mərkəzləri ilə əməkdaşlıq və dialoq xəttini seçdiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin bu məktubu Azərbaycanın sülhü  institusional və beynəlxalq mexanizmlər vasitəsilə dəstəkləmək niyyətində olduğunu göstərən mühüm siyasi mesajdır. Bu addım həm də Azərbaycanın yeni dünya nizamında sülh, sabitlik və əməkdaşlıq gündəliyinin formalaşmasına töhfə vermək, tərəfdaş olmaq niyyətinin təzahürüdür.

Yeni beynəlxalq siyasi şəraitdə - klassik təhlükəsizlik institutlarının effektivliyinin zəiflədiyi, regional münaqişələrin qlobal təsirlərə çevrildiyi bir dövrdə - alternativ sülh mexanizmlərinə ehtiyac açıq şəkildə hiss olunur. Bu kontekstdə Azərbaycanın Sülh Şurasının təsisçiləri sırasında yer alması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan çəkisini və normayaratma proseslərində iştirak imkanlarını genişləndirir.

Prezident İlham Əliyevin sülh gündəliyi regional kommunikasiyaların açılması, suverenliyin və ərazi bütövlüyünün tanınması, beynəlxalq hüquqa əsaslanan münasibətlər modeli üzərində qurulub. Azərbaycan bu yanaşmanı yalnız bəyanat səviyyəsində deyil, real siyasi və diplomatik addımlarla nümayiş etdirir. Sülh Şurasında təmsilçilik də məhz bu strateji xəttin davamına xidmət etmiş olar.

Azərbaycanın beynəlxalq sülh təşəbbüslərində iştirakı ölkəmizin yeni dünya nizamında passiv müşahidəçi deyil, proseslərə təsir göstərən fəal tərəf olduğunu bir daha təsdiqləyir. Bu addım Prezident Əliyevin liderliyinin beynəlxalq etimad qazandığını, həm də Azərbaycanın sülh, sabitlik və əməkdaşlıq platformalarında milli maraqlarımıza uyğun məsuliyyət götürmək  potensialına malik olduğunu göstərir.


Rizvan NƏBİYEV,

Milli Məclisin deputatı,  siyasi elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ankara ilə Afina arasında əməkdaşlığın inkişafı müzakirə ediləcək

15:34
10 Fevral

Tədqiqat: İnfeksion xəstəliklərdən ölüm hallarının 10 faizi piylənmə ilə bağlıdır  

15:33
10 Fevral

Yağıntılı və küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA

15:32
10 Fevral

Fərid Cəfərov: “Kinematoqrafiya haqqında” yeni qanunun qəbulu bu sahənin inkişafına böyük təkan verəcək  

15:31
10 Fevral

BVF-nin missiyası ilə pensiya islahatları və əmək bazarındakı yeniliklər müzakirə olunub

15:07
10 Fevral

Lamiyə Vəliyeva yeni ölkə rekordu müəyyənləşdirib

14:57
10 Fevral

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

14:56
10 Fevral

Azərbaycan və ABŞ arasında süni intellekt sahəsində əməkdaşlıq müzakirə olunub  

14:53
10 Fevral

Sabah hava yağıntılı olacaq, bəzi yollar buz bağlayacaq 

14:49
10 Fevral

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqləyib 

14:48
10 Fevral

“Yol hərəkəti” və “Avtomobil yolları” haqqında qanunlara dəyişikliklər müzakirə olunur 

14:42
10 Fevral

"İnvestisiya fəaliyyəti haqqında" Qanunda dəyişiklik layihəsi plenar iclasa tövsiyə edilib  

14:35
10 Fevral

"Kinematoqrafiya haqqında” Qanun dəyişir

14:23
10 Fevral

Donald Tramp ABŞ və Kanada arasında körpünün açılışını əngəlləyə bilər

14:21
10 Fevral

Azərbaycan və ABŞ arasında ticarət və strateji əməkdaşlıq müzakirə edilib  

14:15
10 Fevral

Nazirlik: Pensiya təminatı üçün ayrılan illik vəsait bu il 7 milyard 993 milyon manata çatıb  

14:13
10 Fevral

Dövlət Agentliyi ötən ilin hesabatını açıqlayıb

13:46
10 Fevral

“Təhsil haqqında” Qanuna dəyişiklik edilir

13:37
10 Fevral

Azərbaycan-Meksika dostluq əlaqələri müzakirə olunub

13:33
10 Fevral

Milli Məclis “Patent haqqında” Qanuna dəyişiklikləri təsdiqlədi

13:18
10 Fevral

AQTA-nın “Sağlam məktəbli” layihəsi Ağalıda

13:14
10 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!