01 Mart 2026 19:20
171
SİYASƏT
A- A+
Azərbaycan XİN: Ceyhun Bayramov və Baxtiyor Saidov regiondakı gərginliyi müzakirə ediblər

Azərbaycan XİN: Ceyhun Bayramov və Baxtiyor Saidov regiondakı gərginliyi müzakirə ediblər

Martın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı, regionda gərgin təhlükəsizlik vəziyyəti və davam edən hərbi eskalasiya müzakirə olunub. Bölgədə sülh və təhlükəsizliyə ciddi təsir edən vəziyyət ilə bağlı dərin narahatlıq ifadə olunub. Münaqişə tərəflərinin təmkinli olmaları, hərbi qarşıdurmanın genişlənməsinin qarşısının alınması və gərginliyin azaldılması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd olunub.

Ziddiyyətlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, siyasi dialoq və diplomatik vasitələrlə həll edilməsinin vacibliyi vurğulanıb.

Telefon danışığı çərçivəsində, həmçinin Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, yüksəksəviyyəli təmasların davam etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran Xarici İşlər Nazirliyi beynəlxalq birliyə çağırış edib

19:22
01 Mart

Azərbaycan XİN: Ceyhun Bayramov və Baxtiyor Saidov regiondakı gərginliyi müzakirə ediblər

19:20
01 Mart

Ukrayna ordusu Rusiyanın hərbi hədəflərinə kütləvi hava zərbələri endirib

19:19
01 Mart

Məsud Pezeşkian: İran Xameneinin öldürülməsinin intiqamını özünün vəzifəsi və qanuni hüququ kimi görür

19:17
01 Mart

İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məsud Pezeşkiana

15:47
01 Mart

Ceyhun Bayramov Ayətullah Xameneinin ölümü ilə bağlı iranlı həmkarına başsağlığı verib

15:46
01 Mart

Volodimir Zelenski: Rusiya ordusu qış aylarında Ukraynaya 738 raket atıb

15:43
01 Mart

TÜRKPA Baş katibi Vilnüsda Azərbaycan və Türkiyə səfirləri ilə görüşüb

15:02
01 Mart

Sabahın hava proqnozu açıqlanıb

14:47
01 Mart

Ayxan Hacızadə: İndiyə qədər 30 vətəndaşımız Azərbaycan sərhəddindən keçid edib

12:56
01 Mart

MEDİA: Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa səsləyirik

11:57
01 Mart

Tarixi ədalətin təntənəsi, milli ləyaqətin bərpası və dövlət gücünün nümayişi  

11:22
01 Mart

Dünya birjalarında neftin bahalaşması davam edir

10:58
01 Mart

İranda məktəbə endirilən aviazərbə nəticəsində ölənlərin sayı 148-ə çatıb  

10:24
01 Mart

Bazar gününə Yaxın Şərqə nəzərdə tutulmuş 716 uçuş ləğv edilib  

09:26
01 Mart

Şamaxıda zəlzələ olub

23:46
28 Fevral

İran prezidenti məktəbə hava zərbəsinə münasibət bildirib

23:18
28 Fevral

Ərdoğan: Diplomatiyaya imkan yaradılmazsa bölgəmiz alov halqasına dönmək riski ilə üz-üzə qalacaq  

22:57
28 Fevral

İran XİN BMT-yə müraciət edib

22:42
28 Fevral

Türkiyənin Xarici İşlər Nazirliyi tərəfləri hücumlara dərhal son qoymağa çağırıb

22:11
28 Fevral

Azərbaycanın Xarici İşlər Nazirliyi regional hərbi eskalasiyaya dair bəyanat yayıb  

21:36
28 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!