29 Sentyabr 2026 08:10
183
CƏMİYYƏT
A- A+
Azərbaycan və Türkiyə arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin iclası keçirilib

Azərbaycan və Türkiyə arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin iclası keçirilib


Sentyabrın 28-də Göygöl rayonunda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin 6-cı iclası keçirilib.

İclasda Azərbaycan-Türkiyə gömrük orqanları arasında əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi sahəsində Türkiyə tərəfinin təcrübəsinin öyrənilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və sərhədkeçmə proseslərinin sürətləndirilməsi, o cümlədən TIR və e-TIR mexanizmlərinin tətbiqi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkənin sərhədində yerləşən buraxılış məntəqələrindən sürətli keçidin təmin olunması, yük nəqliyyat vasitələrinin buraxılış imkanlarının artırılması ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin tərəflər gömrük işinin müxtəlif istiqamətləri üzrə məlumat mübadiləsinin genişləndirilməsi, gömrük hüquqpozmalarına qarşı mübarizə, səlahiyyətli iqtisadi operator, güzgülü gömrük statistikası, risklərin idarəedilməsi sahəsində qabaqcıl təcrübələrin öyrənilməsinə dair fikir mübadiləsi aparıb, birgə əməliyyatların və təlimlərin keçirilməsi imkanlarını nəzərdən keçiriblər.

Görüşün yekununda müzakirə olunan məsələləri və əldə edilmiş razılaşmaları əks etdirən protokol imzalanıb.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sənət fədaisi

09:00
29 Sentyabr

Gündəmdə enerji, investisiya və yeni inkişaf imkanlarıdır

08:50
29 Sentyabr

Beynəlxalq tədbirlərin etibarlı ünvanı

08:40
29 Sentyabr

Şəhidlərimizə ehtiram əbədidir

08:30
29 Sentyabr

"Azərenerji" və "Azərişıq" rəhbərliyi şəhidlərin xatirəsini andı

08:20
29 Sentyabr

Azərbaycan və Türkiyə arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin iclası keçirilib

08:10
29 Sentyabr

Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirilib

08:00
29 Sentyabr

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında

03:04
29 Sentyabr

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında

03:03
29 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında

03:02
29 Sentyabr

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

03:02
29 Sentyabr

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

03:01
29 Sentyabr

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

03:01
29 Sentyabr

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib

21:51
28 Sentyabr

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

21:26
28 Sentyabr

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

21:23
28 Sentyabr

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir  

20:54
28 Sentyabr

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

20:53
28 Sentyabr

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib  

20:37
28 Sentyabr

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır  

19:47
28 Sentyabr

Beyni qocalmaqdan qoruyan vitamin məlum olub

19:11
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!