Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin
I hissəsinin 1-ci və 17-ci bəndlərini rəhbər tutaraq, "Gənclər siyasəti haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının
2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara
alır:
Maddə
1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612; 2011,
№ 12, maddə 1108; 2012, № 6, maddə 501; 2017, № 5, maddə 732, № 7, maddə 1298,
№ 11, maddə 2190; 2019, № 1, maddə 14, № 3, maddə 368, № 5, maddə 814, № 8, maddə
1375) 48.1-ci maddəsinə "vətəndaşlara” sözündən sonra ", o cümlədən sosial müdafiəyə
ehtiyacı olan aztəminatlı gənclərə” sözləri əlavə edilsin.
Maddə 2. Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr
631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr
1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786,
1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr
139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749,
754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, №
11, maddələr 1964, 1966, 1969, 1979, №
12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266;
2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401,
404, № 4, maddə 646, № 5, maddələr 857,
860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435,
1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12
(I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4,
6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389; 2019, № 4, maddələr 579, 581, 587,
595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddə
1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr
1883, 1900; Azərbaycan Respublikasının 2020-ci il 17 mart tarixli 27-VIQD nömrəli
və 30 mart tarixli 41-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 401-ci
maddənin adı aşağıdakı redaksiyada verilsin:
"Lotereyaların
və idman mərc oyunlarının təşkili və ya keçirilməsi qaydalarının pozulması”;
2.2. aşağıdakı
məzmunda 401.3-cü maddə əlavə edilsin:
"401.3. İdman
mərc oyunlarının satıcı
sı tərəfindən
yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına
yol verilməsinə görə -
beş yüz manat
məbləğində cərimə edilir.”;
2.3. 455-ci
maddənin adına və 455.2-ci maddəyə "alkoqollu” sözündən sonra "və energetik” sözləri
əlavə edilsin.
Maddə 3.
"Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, № 8, maddə 484; 2001, № 3, maddə 143, № 11, maddələr
676, 687, № 12, maddə 731; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2004, № 2, maddə
57, № 3, maddə 133, № 7, maddə 507; 2006, № 2, maddə 75; 2007, № 6, maddə 560;
2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 4, maddə 275; 2013, № 11, maddə
1317; 2015, № 5, maddə 484; 2016, № 6, maddə 968; 2017, № 7, maddə 1263; 2019,
№ 1, maddə 9, № 11, maddə 1684, № 12, maddələr 1881, 1908) aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 9-cu
maddənin üçüncü hissəsində "Alkoqol və” sözləri
"Alkoqollu və energetik içkilərin, habelə” sözləri ilə, "spirtli” sözü "alkoqollu
və energetik” sözləri ilə əvəz edilsin;
3.2.
11-1.1.8-ci maddəyə hər iki halda "alkoqollu” sözündən sonra "və energetik” sözləri
əlavə edilsin;
3.3. 20-ci
maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
"Sosial müdafiəyə
ehtiyacı olan aztəminatlı gənclərə aid olan uşaqlara Azərbaycan Respublikasının
Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış
sahələri verilir.”.
Maddə 4.
"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, № 8, maddə 477; 2001, № 11, maddə 687, № 12, maddələr 731, 736;
2002, № 5, maddə 241, № 6, maddə 328; 2006, № 2, maddə 75; 2007, № 6, maddə
561, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2010, № 4, maddə 275; 2013, № 5, maddə
477; 2016, № 11, maddə 1765; 2018, № 5, maddə 872, № 12 (I kitab), maddə 2505;
2019, № 8, maddə 1382, № 12, maddə 1908) 7-ci maddəsinə aşağıdakı məzmunda üçüncü
hissə əlavə edilsin:
"Sosial müdafiəyə
ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş
qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir.”.
Maddə 5.
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2000, № 10, maddə 710; 2001, № 9, maddə 576, № 11, maddə 675; 2003, № 1, maddə
16; 2005, № 4, maddə 278, № 8, maddə 684, № 10, maddə 908; 2007, № 11, maddələr
1049, 1053; 2008, № 8, maddə 699; 2009, № 7, maddə 517, № 8, maddə 611; 2010, №
4, maddə 265; 2013, № 3, maddə 216; 2014, № 2, maddə 79, № 11, maddə 1359; 2018, № 6, maddə 1160, № 7
(I kitab), maddə 1405) 13.1-ci maddəsinə "şərtləri və qaydası,” sözlərindən sonra
"o cümlədən gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblər,” sözləri əlavə
edilsin.
Maddə
6. "Gənclər siyasəti haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002, № 5, maddə 231; 2007, № 8, maddə 746; 2010, № 3, maddə 171; 2019, № 4, maddə
582, № 8, maddə 1382, № 11, maddə 1684) 5.7.3-cü maddəsində "içkilərin və” sözləri
"və energetik içkilərin, habelə” sözləri ilə əvəz edilsin.
Maddə 7.
"Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası
haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007, № 7, maddə 710; 2011, № 12, maddə 1088; 2018, № 7 (I kitab), maddə
1382; 2019, № 3, maddə 379) 13.1-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
"Cəza çəkməkdən
azad edilmiş gənclərin əlavə təhsil alması ilə bağlı "Gənclər siyasəti haqqında”
Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş tədbirlər həyata
keçirilir.”.
Maddə
8. "Könüllü fəaliyyət haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009, № 7, maddə 504; 2013, № 3, maddə 224; 2018, № 5, maddə 868) aşağıdakı dəyişikliklər
edilsin:
8.1. 3.0.12-ci maddəyə "çətin” sözündən əvvəl "Sosial
xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri əlavə
edilsin;
8.2.
7.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və aşağıdakı məzmunda 7.1.9-cu maddə əlavə edilsin:
"7.1.9. "Gənclər
siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 5.6.5-ci maddəsinə uyğun olaraq təşkil edilmiş
qarşılıqlı yardım qruplarında iştirak etmək.”.
Maddə 9.
"Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə
489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, №
5, maddə 507; 2016, № 3, maddə 420, № 12, maddə 2021; 2017, № 1, maddə 11, № 7,
maddə 1272; 2018, № 7 (I kitab), maddələr 1393, 1412, № 10, maddə 1966; 2019, №
5, maddə 797) aşağıdakı məzmunda 53-1.9-cu maddə əlavə edilsin:
"53-1.9. Yetkinlik
yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol
verilmir. Bu maddənin tələbinin pozulmasına görə idman mərc oyunlarının satıcısı
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə
cəlb olunur.”.
Maddə 10.
"Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812; 2016, № 11, maddə 1755, № 12, maddə
1996; 2017, № 3, maddə 334, № 5, maddələr 675, 748, № 6, maddə 1029, № 7, maddə
1307, № 12 (I kitab), maddə 2230; 2019, № 1, maddə 29, № 3, maddə 390, № 4, maddə
578, № 8, maddə 1384, № 12, maddə 1881) 12.1.7-ci maddəsinin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin Qanuna aşağıdakı məzmunda
12.1.8-ci maddə əlavə edilsin:
"12.1.8. energetik
içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi,
uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsi.”.
Maddə 11.
"Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə
2220) aşağıdakı dəyişikliklər edilsin:
11.1. 1.0.12-ci maddədə "içkilərdən və” sözləri "və
energetik içkilərdən, habelə” sözləri ilə əvəz edilsin;
11.2. 3.0.3-cü maddədə "içkilərin və” sözləri "və energetik
içkilərin, habelə” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2020-ci il