26 İyun 2025 03:27
1520
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 199-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 199-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 199-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 214.4-1-ci maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;

1.2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinin birinci cümləsində və 54.2-1-ci (hər iki halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.3. həmin Məcəllənin 54.2-ci maddəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 54.2-1-ci maddəsində hər iki halda "orqan (qurum)" dedikdə  Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın açılması və aparılması qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 199-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610 (Cild I); 2024, №1, maddələr 24, 33, № 4, maddə 387, № 8, maddə 945; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 aprel tarixli 373 nömrəli Fərmanı) 2-ci hissəsinin on beşinci abzasında "və 214.2.3-cü maddəsində (hər iki halda)" sözləri ", 214.2.3-cü (hər iki halda) və 214.4-1-ci (hər iki halda) maddələrində" sözləri ilə əvəz edilsin.

4. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127, № 3, maddə 231; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 aprel tarixli 358 nömrəli,17 aprel tarixli 371nömrəli, 30 may tarixli 401 nömrəli və 4 iyun tarixli 403 nömrəli fərmanları) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1.  4.1-ci bənddə "43.3" rəqəmləri "43.3-cü maddələrində, 54.2-ci maddəsinin birinci cümləsində, 54.2-1-ci (hər iki halda) maddəsində" sözləri ilə əvəz edilsin;

4.2. 4.4-cü bənddən ", 99.3-1-ci" sözləri çıxarılsın;

4.3. aşağıdakı məzmunda 4.4-1-ci, 4.4-2-ci və 4.13-1-ci bəndlər əlavə edilsin:

"4.4-1. həmin Məcəllənin 54.2-ci maddəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur;

4.4-2. həmin Məcəllənin 54.2-1-ci maddəsində (hər iki halda) "orqan (qurum)" dedikdə  Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzərdə tutulur;";

"4.13-1. həmin Məcəllənin 99.3-1-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur;".

5. "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127, № 3, maddə 232; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 aprel tarixli 358 nömrəli, 30 may tarixli 401 nömrəli və 4 iyun tarixli 403 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

5.1. adına və 1-ci hissəyə "məhkəmələrinin" sözündən sonra "və hərbi məhkəmələrin" sözləri əlavə edilsin;

5.2. həmin Fərmanla təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı" üzrə:

5.2.1. adına "məhkəmələrinin" sözündən sonra "və hərbi məhkəmələrin" sözləri əlavə edilsin;

5.2.2. birinci abzasa "məhkəmələrinin" sözündən sonra ", həmçinin bu Siyahının 78-ci hissəsində nəzərdə tutulmuş halda hərbi məhkəmələrin" sözləri əlavə edilsin;

5.2.3. 55-2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"55-2.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyi adından - müdafiə naziri, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, digər nazir müavinləri, Nazirliyin Aparatının baş idarə (idarə) rəisləri, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları (rəisləri), qarnizon rəisləri, qarnizon hərbi polisinin rəisləri (qarnizonun hərbi komendantları), Nazirliyin hərbi hissə komandirləri və təhqiqatçıları;";

5.2.4. aşağıdakı məzmunda 78-ci hissə əlavə edilsin:

"78. Məcəllənin 610-618-ci maddələrində (həmin əməllərin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları tərəfindən törədilməsi hallarına münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Müdafiə Nazirliyi adından - bu Siyahının 55-2.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 25 iyun 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaşdır  

20:00
02 İyun

Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub

19:59
02 İyun

31-ci Bakı Enerji Forumu başa çatıb

19:57
02 İyun

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb

19:53
02 İyun

Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axunddan

19:52
02 İyun

CECECO: Təmiz enerji sahəsində innovasiyaların genişləndirilməsi maliyyə resurslarına çıxış və güclü regional tərəfdaşlıq tələb edir  

19:51
02 İyun

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

19:50
02 İyun

SOCAR ilə SLB arasında hasilat əməliyyatlarının optimallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb

19:49
02 İyun

Azərbaycan-Aİ strateji enerji tərəfdaşlığı nəzərdən keçirilib

19:48
02 İyun

SOCAR ilə BCG şirkəti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

19:47
02 İyun

Sahibə Qafarova qlobal konfransda Azərbaycanın gender bərabərliyi sahəsində təcrübəsini təqdim edib  

19:47
02 İyun

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

19:46
02 İyun

ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib  

19:45
02 İyun

Azərbaycan və IRENA arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib

19:44
02 İyun

Azərbaycanın Ukraynaya göstərdiyi dəstək yüksək qiymətləndirilib

19:44
02 İyun

İqtisadiyyat naziri: ABŞ ilə əməkdaşlıq Orta Dəhlizdən süni intellektə qədər geniş sahələri əhatə edir  

19:43
02 İyun

Beynəlxalq Siqh Federasiyasının nümayəndələri Milli Məclisdə olublar

19:35
02 İyun

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddindən

19:34
02 İyun

ABŞ süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqinin genişləndirilməsini dəstəkləyir

19:34
02 İyun

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahadan

19:33
02 İyun

Nazir: Kritik minerallar sahəsi Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının yeni istiqamətidir

19:32
02 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!