26 Noyabr 2026 08:40
192
İQTİSADİYYAT
A- A+
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının yeni hədəfləri

Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının yeni hədəfləri


Beynəlxalq iqtisadi münasibətlərin inkişafı, dövlətlər arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi hər bir ölkənin iqtisadi inkişafında mühüm rol oynayır. Qloballaşan dünya iqtisadiyyatında ölkələr arasında ticarət, investisiya, enerji, nəqliyyat və sənaye sahələrində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan ilə İtaliya  arasında formalaşmış iqtisadi münasibətlər diqqətəlayiq nümunələrdəndir.

Azərbaycan-İtaliya münasibətləri sürətlə inkişaf edir. Gələn il bu münasibətlərin qurulmasının 35-ci ildönümü qeyd ediləcək. İki ölkə arasında iqtisadi əlaqələrin də bu münasibətlərdə özünəməxsus yeri var. İqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumunda da öz əksini tapıb. 250-dən çox şirkətin nümayəndələrinin iştirak etdiyi tədbirdə  ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, sənaye əməkdaşlığı, texnologiyaların tətbiqi və yeni birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Tədbir çərçivəsində Azərbaycan və İtaliyanın  dövlət qurumları,  şirkətləri arasında 7 əməkdaşlıq sənədi imzalanıb və mübadilə edilib.

Forum çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri  ticarət əlaqələrinin genişləndirilməsi olub. İqtisadiyyat naziri Mikayıl Cabbarovun bildirdiyinə görə, 2025-ci ildə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 12 milyard dollara yaxınlaşıb, 2026-cı ilin ilk doqquz ayında isə 9 milyard dolları ötüb. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı və əsas ixrac bazarı mövqeyini qoruyur. 

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq indi yeni perspektivlər vəd edir. Forumda Ələt Azad İqtisadi Zonasında hava limanının və müvafiq logistika infrastrukturunun yaradılması ilə bağlı əldə olunan razılaşma açıqlanıb. Layihə üçün 750 hektar ərazi ayrılıb. İlkin mərhələdə illik 500 min ton yükdaşıma qabiliyyətinə malik olacaq hava limanının gələcəkdə bu göstəricisinin 2 milyon tona çatdırılması nəzərdə tutulur. Layihənin Azərbaycanın beynəlxalq logistika və yükdaşıma imkanlarının genişlənməsinə töhfə verəcəyi gözlənilir.

Enerji sahəsində əməkdaşlıq Azərbaycan-İtaliya iqtisadi münasibətlərinin əsas sütunlarındandır. Azərbaycanın təbii qazının "Cənub qaz dəhlizi" vasitəsilə İtaliya bazarına çatdırılması bu tərəfdaşlığın strateji əhəmiyyətini bir qədər də  artırır. Azərbaycan qazının Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya və digər Avropa ölkələrinə nəqli bu əməkdaşlığın miqyasını və əhəmiyyətini xeyli artırır. 

Azərbaycan İtaliyanın mühüm neft və qaz təchizatçılarından biridir. Qısaca desək, Azərbaycan və İtaliya enerji sahəsində də etibarlı tərəfdaşdırlar.

Bakıda keçirilən biznes-forumda bu məsələyə toxunan İtaliyanın baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyindəki rolunu xüsusi vurğulayıb. O bildirib ki, Azərbaycan İtaliyanın ikinci ən böyük neft, üçüncü ən böyük təbii qaz təchizatçısıdır. Enerji əməkdaşlığının yeni mərhələsi SOCAR-ın İtaliya bazarında fəaliyyətinin genişlənməsi ilə də səciyyələnir. Antonio Tayani SOCAR-ın may ayında İtaliyanın "Italiana Petroli" şirkətində nəzarət payını əldə etməsindən sonra yanacaq bazarında atdığı addımlara da diqqət çəkib. Xüsusilə benzin və dizel qiymətlərinin müəyyən həddə saxlanılmasına yönələn tədbirlərin İtaliya istehlakçıları üçün daha əlverişli qiymət mühiti yaratdığını qeyd edib. Bu fakt Azərbaycan şirkətinin İtaliya bazarında yalnız investor kimi deyil, həm də ölkənin yanacaq sektorunun inkişafında iştirak edən mühüm iqtisadi tərəfdaş kimi mövqeyini göstərir.

Azərbaycan və İtaliya arasında nəqliyyat, logistika və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi də bu gün  diqqət mərkəzindədir. Milli Məclisin deputatı Rövşən Muradovun  qənaəti belədir ki, Orta dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanları və Ələt Azad İqtisadi Zonasının fəaliyyəti Azərbaycan-İtaliya əməkdaşlığına yeni iqtisadi məzmun qazandıra bilər. Təbii ki,  tranzit potensialının real iqtisadi gəlirə çevrilməsi təkcə yükdaşımaların həcminin artırılmasından ibarət olmamalıdır: "Burada logistika xərclərinin optimallaşdırılması, gömrük prosedurlarının rəqəmsallaşdırılması, yükdaşımaların proqnozlaşdırıla bilməsi və marşrut boyunca koordinasiyanın gücləndirilməsi  əsas şərtlərdir. İtaliya müəssisələrinin Azərbaycanda istehsal və logistika mərkəzləri yaratması ölkəmizin yalnız tranzit ərazi kimi deyil, regional istehsal və paylama platforması kimi mövqeyini də gücləndirə bilər. Beləliklə, nəqliyyat infrastrukturu sənaye investisiyalarını stimullaşdıran, sənaye investisiyaları isə nəqliyyat dəhlizlərinin iqtisadi səmərəliliyini artıran qarşılıqlı inkişaf mexanizminə çevrilə bilər".

Qarabağ və Şərqi Zəngəzurun bərpası çərçivəsində həyata keçirilən "yaşıl enerji", "ağıllı şəhər" və müasir infrastruktur layihələri İtaliya şirkətlərinin mühəndislik və texnoloji imkanlarından istifadə üçün əlavə iqtisadi əməkdaşlıq istiqamətləri yaradır. Xüsusilə bərpaolunan enerji mənbələrinin inkişafı, elektrik şəbəkələrinin qurulması, sənaye və nəqliyyat infrastrukturunun yenilənməsi sahələrində İtaliya şirkətlərinin iştirakı üçün geniş imkanlar mövcuddur. Eyni zamanda yaşayış məntəqələrinin müasir şəhərsalma prinsipləri əsasında qurulması, enerji səmərəliliyinin artırılması və ekoloji standartların tətbiqi də əməkdaşlığın perspektivli istiqamətləri sırasındadır.

Bu layihələrdə İtaliya şirkətlərinin iştirakı yalnız maliyyə və investisiya qoyuluşları ilə məhdudlaşmamalı, həm də qabaqcıl texnologiyaların Azərbaycana gətirilməsini, yerli mütəxəssislərin hazırlanmasını və istehsal potensialının genişləndirilməsini əhatə etməlidir. Belə mövqe Azərbaycanın regionların iqtisadi reinteqrasiyası və dayanıqlı inkişafı məqsədlərinə töhfə verməklə yanaşı, İtaliya şirkətləri üçün də yeni fəaliyyət və investisiya imkanları aça bilər.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Masallıda xeyriyyəçilik ənənələri yaşadılır

09:00
26 Noyabr

Piyada keçid körpüsü təmir edildi

08:55
26 Noyabr

Şahmat turniri

08:50
26 Noyabr

Qazi kimi mənə olan diqqətdən razıyam

08:45
26 Noyabr

Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının yeni hədəfləri

08:40
26 Noyabr

Regionun əsas logistika mərkəzi

08:35
26 Noyabr

Azərbaycan-ABŞ əlaqələri ən yüksək səviyyədədir

08:30
26 Noyabr

Regionda dayanıqlı sülhün bərqərar olması üçün atılan mühüm siyasi-hüquqi addım

08:25
26 Noyabr

"Vətən Müharibəsi Qəhrəmanı" - şücaətin və fədakarlığın ali təcəssümü

08:20
26 Noyabr

Güclü dövlət, ədalətli hüquq sistemi, fəal vətəndaş cəmiyyəti milli inkişaf strategiyasının əsas istiqamətləridir

08:15
26 Noyabr

Azərbaycanın Avropa üçün artan əhəmiyyəti Cənubi Qafqazda yeni iqtisadi perspektivlər yaradır 

08:10
26 Noyabr

"Sabit neft hasilatı təmin edilməlidir"

08:05
26 Noyabr

MƏĞLUBİYYƏTİN ETİRAFI VƏ TƏSDİQİ

08:00
26 Noyabr

İxracda hesablaşmaların tənzimlənməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında

02:49
26 Noyabr

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi"nin yaradılması haqqında

02:47
26 Noyabr

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”nın və “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:45
26 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 18 yanvar tarixli 8 nömrəli və “Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 5 yanvar tarixli 2 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

02:44
26 Noyabr

Qaradağ rayonunda palçıq vulkanı püskürüb

23:51
25 Noyabr

Çempionlar Liqası: “Sabah” Bakıda “Barselona”ya məğlub olub

23:34
25 Noyabr

Milli Məclis və Özbəkistan Ali Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının birinci iclası keçirilib  

21:51
25 Noyabr

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi olub  

21:36
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!