26 Noyabr 2026 02:47
210
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi"nin yaradılması haqqında

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi"nin yaradılması haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında meşə təsərrüfatının və tingçiliyin inkişaf etdirilməsi, meşə ehtiyatlarının dayanıqlı idarə olunması və meşəçilik sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" (bundan sonra - Mərkəz) yaradılsın.

2. Müəyyən edilsin ki, Mərkəz meşəçilik sahəsində təlimlərin təşkili və keçirilməsi, meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə edilməsi,  toxum nümunələrinin qorunub saxlanılması, habelə meşə bitkiləri tinglərinin yetişdirilməsi ilə məşğul olan büdcə təşkilatıdır.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. iki ay müddətində:

3.1.1. "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndi nəzərə alınmaqla, Mərkəzin işçilərinin say həddini və vəzifə maaşlarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.2. Mərkəzin maddi-texniki təminatı ilə bağlı tədbirlər görülməsini təmin etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

4.1. Mərkəzin nizamnaməsini və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla strukturunu iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Mərkəzin fəaliyyətinin maliyyələşdirilməsini dövlət büdcəsinin vəsaiti hesabına  təmin etsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 25 noyabr 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İxracda hesablaşmaların tənzimlənməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında

02:49
26 Noyabr

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi"nin yaradılması haqqında

02:47
26 Noyabr

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”nın və “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:45
26 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 18 yanvar tarixli 8 nömrəli və “Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 5 yanvar tarixli 2 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

02:44
26 Noyabr

Qaradağ rayonunda palçıq vulkanı püskürüb

23:51
25 Noyabr

Çempionlar Liqası: “Sabah” Bakıda “Barselona”ya məğlub olub

23:34
25 Noyabr

Milli Məclis və Özbəkistan Ali Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının birinci iclası keçirilib  

21:51
25 Noyabr

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi olub  

21:36
25 Noyabr

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun panel müzakirələri keçirilib  

21:17
25 Noyabr

Bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:39
25 Noyabr

Xalq artisti Elmira Şabanova vəfat edib

19:16
25 Noyabr

Nazir Məcnun Məmmədov Culfada vətəndaşlarla görüşüb  

19:03
25 Noyabr

ABŞ iqtisadiyyatı 4,3 faiz böyüyüb  

18:48
25 Noyabr

Azərbaycan-Özbəkistan parlamentlərarası komissiyasının fəaliyyəti strateji tərəfdaşlığı gücləndirəcək 

18:34
25 Noyabr

Nazir: Sosial ödənişlərdə artım dinamikası gələn il də davam edəcək  

18:16
25 Noyabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin dekabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:09
25 Noyabr

Bakı Bəyannaməsi qəbul edilib

18:02
25 Noyabr

“Gazprom” Çinə qaz nəqli üçün obyektlərin tikintisini yekunlaşdırır

17:59
25 Noyabr

Uşaqlıqda az şəkər yeyənlər daha gec qocalır

17:42
25 Noyabr

UEFA “Sabah” – “Barselona” oyunu ilə bağlı paylaşım edib

17:39
25 Noyabr

Yaponiya bir neçə ehtiyat paytaxt yaratmağı planlaşdırır

17:33
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!