25 Noyabr 2026 12:51
93
İQTİSADİYYAT
A- A+
Nazir: Qlobal enerji sisteminin gələcəyi etibarlı transsərhəd bağlantılardan və uzunmüddətli tərəfdaşlıqlardan asılıdır  

Nazir: Qlobal enerji sisteminin gələcəyi etibarlı transsərhəd bağlantılardan və uzunmüddətli tərəfdaşlıqlardan asılıdır  


Azərbaycanın energetika naziri Pərviz Şahbazov Çinin Çindao şəhərində keçirilən “Kəmər və Yol” Enerji Tərəfdaşlığının (BREP) İdarə Heyətinin birinci plenar iclasında iştirak edərək çıxış edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Çin Milli Enerji Administrasiyasının rəhbəri Wang Hongzhinin sədrliyi ilə keçirilən iclasda “Kəmər və Yol” Enerji Tərəfdaşlığının İdarə Heyətinin təsis planı, energetika nazirlərinin IV konfransının gündəliyi və Tərəfdaşlığın 2027-ci il üzrə İş Planı və konfransın yekun sənədləri nəzərdən keçirilib və üzv ölkələr arasında fikir mübadiləsi aparılıb.

Nazir Pərviz Şahbazov bildirib ki, enerji təhlükəsizliyi risklərinin artdığı və yeni texnologiyaların enerji tələbatını dəyişdirdiyi bir dövrdə qlobal enerji sisteminin gələcəyi etibarlı transsərhəd bağlantılardan və uzunmüddətli tərəfdaşlıqlardan asılıdır. Onun sözlərinə görə, heç bir ölkə bu çağırışlara təkbaşına cavab verə bilməz və məhz buna görə BREP Avrasiyanın gələcək enerji arxitekturasında strateji əhəmiyyət kəsb edir. Qeyd olunub ki, BREP enerji resurslarını, texnologiyaları və maliyyə imkanlarını vahid platformada birləşdirərək istehsalçıları, tranzit ölkələri və istehlakçıları bərabər əsaslarla bir araya gətirir. Azərbaycanın zəngin enerji resursları, strateji coğrafi mövqeyi, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri boyunca etibarlı tərəfdaş kimi təcrübəsi ilə bu əməkdaşlığa töhfə verməyə hazır olduğu bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmişin yaralarını sağaldan, gələcəyə ümid bəxş edən “Ümid Yeri”  

12:58
25 Noyabr

Nazir: Qlobal enerji sisteminin gələcəyi etibarlı transsərhəd bağlantılardan və uzunmüddətli tərəfdaşlıqlardan asılıdır  

12:51
25 Noyabr

Rusiyanın Samara vilayətinə dron hücumu zamanı bir nəfər ölüb

12:47
25 Noyabr

Kəlbəcərdəki quruculuq “Böyük Qayıdış”ın uğurla reallaşmasından xəbər verir  

12:42
25 Noyabr

Sahibə Qafarova: Azərbaycan-Özbəkistan münasibətləri sistemində parlament ölçüsü mühüm yer tutur  

12:41
25 Noyabr

Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib  

12:34
25 Noyabr

Özbəkistan parlament nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

12:27
25 Noyabr

Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

12:24
25 Noyabr

Özbəkistan parlament nümayəndə heyəti Zəfər parkını ziyarət edib

12:19
25 Noyabr

Astronomlar Günəşdən 500 trilyon dəfədən çox parlaq kvazar aşkar ediblər

12:13
25 Noyabr

“ASAN xidmət”in Pakistanda tətbiqi coğrafiyası genişləndirilir

12:06
25 Noyabr

Azərbaycan və Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb  

12:01
25 Noyabr

Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçirilir

11:44
25 Noyabr

Özbəkistan Ali Məclisi Senatının nümayəndə heyəti Azərbaycana səfərə gəlib

11:34
25 Noyabr

Litvanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

11:27
25 Noyabr

Dörd yüz tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfər məsuliyyətə cəlb olunub

10:51
25 Noyabr

Ombudsman: Qadınlara və qızlara qarşı zorakılığın heç bir formasına bəraət qazandırıla bilməz  

10:47
25 Noyabr

Kəlbəcər Şəhəri Günü: tarixi Zəfər və yeni inkişaf mərhələsi  

10:43
25 Noyabr

Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunur

10:42
25 Noyabr

Azərbaycan Rusiya ilə ticarət sahələrində əməkdaşlıq imkanlarını dəyərləndirib

10:21
25 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:20
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!