26 Noyabr 2026 08:00
156
SİYASƏT
A- A+
MƏĞLUBİYYƏTİN ETİRAFI VƏ TƏSDİQİ

MƏĞLUBİYYƏTİN ETİRAFI VƏ TƏSDİQİ


Məğlub olmaq heç kimə xoş gəlmir və sevinc də gətirmir...

 İstər idman yarışları arenasında olsun, istərsə də döyüş meydanında.

 Adətən, məğlub tərəflər uduzmalarını nə iləsə izah etməyə, hansı üsullasa özlərinə bəraət qazandırmağa çalışırlar.

 Tək-tük idmançı özündə mərdlik taparaq rəqibinin daha güclü olduğunu bildirir, üstəlik, onu qələbə münasibətilə təbrik də edir. 

Müharibə isə başqa məsələdir... 

Burada qalib fəxri kürsüyə çıxarılaraq təltif olunmur. 

Hər kəs öz qələbəsini özü atəşfəşanlıqla qeyd edir!

Məğlub tərəfə isə qalib gələnin şərtləri əsasında tərtib olunan "təslim aktı" imzalatdırılır.

Bəzən də alçaldıcı şəraitdə!

Kapitulyasiya aktına qol çəkmiş məğlubun uduzmasına sonradan müxtəlif bəhanələrlə, uydurma "səbəblərlə" haqq qazandırmaq cəhdi də qeyri-adi hal sayılmır...

Gücləri ancaq buna çatır.

Bu gün Ermənistanda və dünyanın müxtəlif yerlərində yaşayan erməni bloqçular, şərhçilər, politoloqlar və daha kimlər özlərinə bəraət qazandırmaq və Zəfərimizi gözdən salmaq üçün hər bir hərzə-hədyan danışa, hər yalanı uydura bilərlər.

Erməni yalan deməsə, nəsə uydurmasa, erməni olmaz ki...

Amma məğlub ermənilərin, onların müdafiəçilərinin və havadarlarının nə deməsindən asılı olmayaraq, biz qarşı-qarşıya döyüşdə düşməni darmadağın edən qaliblərik! 

* Biz möhtəşəm Zəfərə nail olanlarıq!

* Biz döyüşərək öz torpaqlarımızı geriyə qaytaranlarıq! 

* Biz Qarabağ münaqişəsinə "dəmir yumruq"la əbədi son qoyanlarıq!

* Biz Qarabağı və Şərqi Zəngəzuru yenidən tikib quranlar, cənnətə çevirənlərik!

* Biz düşmənə öz məğlubiyyətini qəbul etdirənlərik!

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Zəfər Günü münasibətilə  Azərbaycan xalqına təbrikində dediyi kimi:

"44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Biz haqlı olaraq bu Zəfərlə fəxr edirik. Bütün Azərbaycan xalqı fəxr edir. Gələcək nəsillər də fəxr edəcəklər. Bu şanlı tarix bizim qəlbimizdə əbədi yaşayacaq".

Azərbaycanın bu möhtəşəm qələbəsi təkcə Ermənistan üzərində çalınan Zəfər qələbəsi deyil! 

Həm də ermənilərin müdafiəçiləri və havadarları üzərindəki qələbədir! 

* Dünya erməniliyi üzərində qələbədir!

* Erməni diasporları üzərində qələbədir! 

* İflic vəziyyətinə salınan beynəlxalq hüquq üzərində qələbədir!

* Azərbaycana qarşı ədalətsiz mövqe tutan beynəlxalq qurumlar üzərində qələbədir!

* Sonadək dişsiz, fərsiz və riyakar mövqedə dayanan ATƏT-in Minsk qrupu üzərində qazanılan qələbədir!

* Müstəqil dövlətin, qürurlu və qəhrəman xalqın forpost, satellat dövlət üzərində qazandığı qələbədir! 

Azərbaycanın Qarabağ münaqişəsinin uğurlu həllinə nail olmasını və torpaqlarını işğaldan azad etməsini istəməyənlər də vardı...

Belələri nəinki münaqişənin sülh yolu ilə çözümünü istəyirdilər, əksinə, ədalətin və beynəlxalq hüququn bərpasına müxtəlif üsul və vasitələrlə əngəl törədirdilər. 

Üstəlik, aşkar və gizli şəkildə, müxtəlif formada Ermənistana dəstək də verirdilər. 

Məqsədləri əlverişli geosiyasi mövqeyə və zəngin təbii sərvətlərə malik Azərbaycana təsir imkanlarını qoruyub saxlamaq idi.

Münaqişənin dondurulmuş vəziyyətdə, yaxud Ermənistanın ərazi iddialarının təmini əsasında həllini istəyənlər də çox idi.

Ən əvvəl Rusiya Cənubi Qafqazda üstünlüyü qoruyub saxlamaq üçün münaqişədə birtərəfli, ermənipərəst mövqe tuturdu. 

Hətta SSRİ-nin birinci və sonuncu prezidenti M.Qorbaçov Qarabağı ermənilərə hədiyyə edəcəyinə söz də vermişdi.

Rusiyanın sonrakı dövlət başçıları da dəfələrlə Ermənistana dəyəri bir milyard dollardan artıq olan silah-sursat bağışladılar.

Sözdə münaqişəni sülh danışıqları yolu ilə həll edəcəyini bildirən və məxsusi bu məqsədlə yaradılan ATƏT-in Minsk qrupunun əsl məqsədi isə danışıqları acı bağırsaq kimi uzatmaqla işğalı əbədiliyə çevirmək idi.

Hər cür hərbi, siyasi və diplomatik imkanlara malik ATƏT-in həmsədr dövlətləri isə daha çox ermənilərə kömək barədə düşünürdülər. 

ABŞ işğalçıya deyil, işğala məruz qalana qarşı ədalətsiz 907-ci düzəlişi qəbul etdi. 

* Fransa daim parlamentində haylara dəstək verən qərar və qətnamələr çıxarırdı.

* Rusiya sonadək Ermənistanı hərbi cəhətdən gücləndirərək bizə qarşı silahlandırır, 102-ci hərbi bazası vasitəsilə haylara yardım göstərir, müxtəlif əməliyyatlarda əsgər və zabitlərilə iştirak edirdi.

* BMT-nin Təhlükəsizlik Şurası dörd qətnaməsini axıradək icra etmədi.

* Beynəlxalq qurum və təşkilatlar isə daima ikili standartlara üstünlük verirdilər.

Əsas şüarlarını durmadan təkrarlayırdılar:

"Qarabağ münaqişəsinin hərbi yolla həlli variantı yoxdur".

Dildə bunu söyləyərək əməldə Ermənistanı müdafiə etmək isə ən böyük riyakarlıq idi!

"Sülh danışıqları"nda hayların müdafiəsi müxtəlif təkliflər formasında özünü büruzə verirdi:

*Qarabağdakı ermənilərin hüquqlarını təmin etmək;

*"dqr"ə müstəqillik vermək;

* "dqr"i danışıqlarda tərəfə çevirmək;

* "ümumi dövlət" prinsipi ilə razılaşmaq;

* yeddi rayondan yalnız beşini qaytarmaq;

* Ermənistanla əməkdaşlığa başlamaq.

Bütün bunlar Azərbaycanın zərərinə olan təkliflər idi.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin mövqeyi və iradəsi isə tamamilə fərqlənirdi:

* Azərbaycan heç bir zaman işğalla barışmayacaqdır!

* Azərbaycan heç zaman öz ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir!

* Azərbaycan bir qarış torpağını belə, kimsəyə güzəştə getməyəcəkdir!

* Azərbaycan lazım gəlsə, hərbi vasitələrlə münaqişənin həllinə nail olacaqdır!

8 noyabr 2026-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqına təbrik nitqində yenidən həmin dövrdə baş verənləri xatırladaraq dedi:

 "Mən dəfələrlə bildirirdim ki, biz heç vaxt işğalla barışmayacağıq, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz hərbi yolla ərazi bütövlüyümüzü bərpa edəcəyik".

"Ermənistan tərəfi o qədər azğınlaşmışdı ki, hətta bizi daim hədələyirdi. Yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdi, "Qarabağ Ermənistandır və nöqtə" sözləri ilə bizim ləyaqətimizi alçaltmağa çalışırdı. Biz isə buna döyüş meydanında cavab verdik və döyüş meydanında kimin kim olduğunu hər kəs əyani şəkildə gördü. Bir nəfər belə olsun Azərbaycan Ordusundan qaçan, fərarilik edən olmayıb. Halbuki Ermənistan rəhbərliyinin etirafına görə, Ermənistan ordusunda 12 minə yaxın fərari olmuşdur. Bax, fərq bundan ibarətdir". 

"Azərbaycan döyüş meydanında tam üstünlüyü təmin edərək 8 noyabr günündə - Zəfər bayramını qeyd etdiyimiz gündə Şuşanın azad edilməsi faktiki olaraq İkinci Qarabağ müharibəsinin taleyini həll etdi. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atdı".

"O vaxt Ermənistan rəhbərliyinin yersiz açıqlamalarına biz də açıqlamalar vermişdik. Mən bildirmişdim ki, "Qarabağ Azərbaycandır və nida". O nida işarəsini biz 2023-cü il sentyabrın 20-də bax, burada - Xankəndidə qoyduq. Birgünlük antiterror əməliyyatı Ermənistanın işğalçı ordusunun 15 minlik işğalçı korpusunu tamamilə iflic vəziyyətə salmışdır, çox dəqiq və peşəkarcasına aparılmış hərbi əməliyyat nəticəsində Ermənistan məcburən ikinci dəfə təslim olmuşdur".

Bəli, "dəmir yumruq" işə düşdü, havadarlarına və müdafiəçilərinə güvənərək sülhə gəlmək istəməyən Ermənistan qarşımızda diz çökdü!

Yalvara-yalvara onun-bunun daba-nını yalayan Ermənistana yalnız cənab İlham Əliyevin şərtlərini yerinə yetirdikdən sonra kapitulyasiya aktına qol çəkmək imkanı verildi.

* Sonradan haylar KTMT haraylarına çatmadığına, onun tərəfindən Azərbaycana qarşı döyüşmədiyinə görə Moskvadan incidilər...

* ABŞ ilə birgə hərbi təlimlər keçirildi...

* Fransa prezidenti Makronu ərazisinə qonaq çağıraraq bir qədər hərbi yardım da aldılar...

* Avropa İttifaqının casus şəbəkəsini Azərbaycanla sərhəddə yerləşdirdilər...

Xeyli atılıb-düşdülər!

Çifayda!

Sonda öz məğlubiyyətlərini qəbul və etiraf etməyə məcbur oldular!

* Bir vaxtlar Xankəndidə sərxoş vəziyyətdə "Qarabağ Ermənistandır - nöqtə" söyləyən N.Paşinyan "Qarabağ Azərbaycandır!" dedi!

* Dörd kəndimizi dinməz-söyləməz geri qaytardı!

* Delimitasiya və demarkasiya prosesinə başladı!

Lakin İlham Əliyevin irəli sürdüyü əsas şərt - Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılması hələ qalır.

Bunu da edəcəklər!

Başqa yolları yoxdur!

ÇÜNKİ...

8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti D.Trampın iştirakı və şahidliyi ilə bir sıra mühüm razılıqlar əldə olunmuşdur:

Həmin görüşdə:

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş" layihəsi paraflandı.

* ATƏT-in Minsk qrupunun ləğvi məqsədilə iki ölkənin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti imzalandı və çox keçmədən bu faydasız qurum tarixin arxivinə verildi.

* Təsiri dayandırılmış 907-ci düzəlişi də eyni aqibət gözləyir!

* Ən əsası, Zəngəzur dəhlizinin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" adı ilə açılması barədə də razılıq əldə edildi.

*** 

Ermənistan Rusiyaya və dünya erməniliyinə arxalanaraq bizə qarşı illərlə düşmənçilik etdi.

* Ərazilərimizi işğalda saxlayaraq təbii sərvətlərimizi çapıb taladı.

* Torpaqlarımızı - Qarabağımızı Ermənistana birləşdirməkdən ötrü "miatsum" hərəkatına başladı, öz parlamentində bu barədə qərar çıxardı.

* Separatizmi gücləndirdi, qondarma respublika yaratdı, saxta "prezident" və "parlament" seçkiləri keçirdi.

* Terrorçu dəstəsi yaradaraq yaşayış məntəqələrinə hücumlar etdi, dinc əhalini el-obasından didərgin salaraq məcburi köçkünə çevirdi.

* Mülki əhalini girov götürərək olmazın işgəncələrini verdi, qocaya, qadına və uşağa rəhm etməyərək qətlə yetirdi, kütləvi məzarların yerini demədi.

 * Xocalı, Qaradağlı, Ballıca, Başlıbel, Bağanis-Ayrım soyqırımlarını törətdi.

* Qəbiristanlıqlarımızı yerlə yeksan etdi, ölənlərin qızıl dişlərini çıxardı, başdaşlarını oğurlayıb apardı.

* Şəhər və kəndlərimizi dağıdıb evlərin tikinti materiallarını fars qardaşları ilə şərikinə İran bazarlarında sataraq pula çevirdi.

* Mədəni, tarixi, dini abidələrimizi dağıdaraq viran qoydu.

* Məscidlərimizdə inək, donuz saxlayaraq dinimizi, bütün islam dünyasını təhqir etdi.

* Şəhər, kənd və qəsəbələrimizdə daş üstə daş qoymadılar, Ağdamı ruhlar şəhərinə çevirdi.

* Ərazilərimizdə ekosid, urbisid həyata keçirdi.

* Torpaqlarımızda milyonlarla minalar basdıraraq onları zərərsizləşdirməkdən ötrü həqiqi xəritələri vermədi.

* 20 mindən çox vətən övladının şəhid getməsinə səbəb oldu!

Qazancı nə oldu?!

* 44 günlük müharibədə şərəfsizcəsinə məğlub oldu!

* Qarabağda yaşayanlar separatçılığa qurşandıqlarına, terrorçu dəstələrində Azərbaycan vətəndaşlarına qarşı qırğınlar törətdiklərinə görə ərazilərimizi könüllü tərk etdilər.

* Minlərlə erməni sonu məğlubiyyət və rüsvayçılıqla bitən müharibədə ölüb getdi.

* "Böyük Ermənistan" xülyası ilə yaşayanlar Ermənistanı da itirmək həddinə çatdılar.

* Alçaldıcı sülh şərtləri ilə barışmaq məcburiyyətində qaldılar, Ermənistana qayıdanlar isə ömürlərinin sonunadək "ikinci sort erməni" kimi yaşamalı olacaqlar.

* Bu münaqişə və müharibədə qazanan yalnız Ter-Petrosyan, Koçaryan və Sərkis-yan kimi avantürist rəhbərlər oldular, xalqdan oğurlayaraq milyarderlərə çevrildilər.

* Erməni analarının "qazanc"ı isə Erabruldakı məzarlardır.

Onların da başdaşları oğurluqdur!

***

Bir vaxtlar ATƏT-in Minsk qrupu və həmsədr dövlətlər bizə Ermənistanla əməkdaşlığa başlamağı, sonra isə Qarabağ münaqişəsini danışıqlar vasitəsilə həll etməyi məsləhət görürdülər.

Amma bu tövsiyələrində səmimi deyildilər.

Çünki bizi bu yolla işğalla barışmağa, "işğal faktı"nı qəbul etdirməyə çalışırdılar.

İlham Əliyev dəmir iradəsi ilə öz mövqeyindən, dediklərindən bir addım belə dala durmadı!

Qüdrətli ordu yaratdı, onu ən yeni texnologiyaya əsaslanan silah-sursatla təmin etdi, dördgünlük Aprel müharibəsində uğurla sınaqdan çıxardı, 44 günlük Zəfər müharibəsində isə "dəmir yumruq"la düşmənin başını əzərək qarşısında diz çökdürdü!

Ermənistan kapitulyasiya aktının bir neçə mühüm bəndinə əməl etmək istəmədikdə "dəmir yumruğ"unu yenidən işə saldı, bütün şərtlərinin yerinə yetirilməsinə nail oldu!

Bu gün Azərbaycanla Ermənistan əməkdaşlığa başlayıblar!

Amma bu, Azərbaycanın möhtəşəm qələbəsindən, ərazi bütövlüyünün bərpasından, Dövlət Suverenliyinin və Konstitusiya əsaslarının təmin edilməsindən, Rusiya Sülhməramlı Kontingentinin ərazimizdən çıxarılmasından sonra baş tutan əməkdaşlıqdır.

Ərazisində bir nəfər separatçı və erməni terrorçusu yaşamayan Azərbaycan məğlub Ermənistanla əməkdaşlıq edir!

* Həm də onun referendum yolu ilə Azərbaycanın tələb etdiyi Konstitusiya dəyişikliyini reallaşdıracağı şərti ilə!

* Həm də onun Zəngəzur dəhlizi ilə Naxçıvana sərbəst gediş-gəlişimizi təmin etməsi şərti ilə!

Bəli, bu gün qalib Azərbaycanla məğlubiyyətini etiraf etmiş Ermənistan əməkdaşlığa başlayaraq dinc dövrə qədəm qoymuşlar!

Əbədi müharibə yoxdur!

Əbədi qonşuluq isə tale qismətidir!

Tale bizə həm qalib dövlət şərəfini yaşamağı, düşməndən hərb meydanında qisasımızı almağı da nəsib etmişdir!

İlham Əliyevin Zəfər Günündə söylədiyi nitqindən iki iqtibasla sözümüzü sona yetiririk:

"Bu gün biz azad Qarabağda qurub-yaradırıq. Bu gün biz - bu torpaqların sahibləri bütün dünyaya göstəririk ki, bura bizim torpağımızdır. Çünki biz qurub-yaradan xalqıq".

"Bu gün Azərbaycan güclü dövlətdir, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərindən heç kimdən asılı olmayan dövlətdir, müstəqil siyasət aparan dövlətdir və ləyaqətli dövlətdir".



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Regionda dayanıqlı sülhün bərqərar olması üçün atılan mühüm siyasi-hüquqi addım

08:25
26 Noyabr

"Vətən Müharibəsi Qəhrəmanı" - şücaətin və fədakarlığın ali təcəssümü

08:20
26 Noyabr

Güclü dövlət, ədalətli hüquq sistemi, fəal vətəndaş cəmiyyəti milli inkişaf strategiyasının əsas istiqamətləridir

08:15
26 Noyabr

Azərbaycanın Avropa üçün artan əhəmiyyəti Cənubi Qafqazda yeni iqtisadi perspektivlər yaradır 

08:10
26 Noyabr

"Sabit neft hasilatı təmin edilməlidir"

08:05
26 Noyabr

MƏĞLUBİYYƏTİN ETİRAFI VƏ TƏSDİQİ

08:00
26 Noyabr

İxracda hesablaşmaların tənzimlənməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında

02:49
26 Noyabr

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi"nin yaradılması haqqında

02:47
26 Noyabr

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”nın və “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:45
26 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 18 yanvar tarixli 8 nömrəli və “Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 5 yanvar tarixli 2 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

02:44
26 Noyabr

Qaradağ rayonunda palçıq vulkanı püskürüb

23:51
25 Noyabr

Çempionlar Liqası: “Sabah” Bakıda “Barselona”ya məğlub olub

23:34
25 Noyabr

Milli Məclis və Özbəkistan Ali Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının birinci iclası keçirilib  

21:51
25 Noyabr

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi olub  

21:36
25 Noyabr

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun panel müzakirələri keçirilib  

21:17
25 Noyabr

Bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:39
25 Noyabr

Xalq artisti Elmira Şabanova vəfat edib

19:16
25 Noyabr

Nazir Məcnun Məmmədov Culfada vətəndaşlarla görüşüb  

19:03
25 Noyabr

ABŞ iqtisadiyyatı 4,3 faiz böyüyüb  

18:48
25 Noyabr

Azərbaycan-Özbəkistan parlamentlərarası komissiyasının fəaliyyəti strateji tərəfdaşlığı gücləndirəcək 

18:34
25 Noyabr

Nazir: Sosial ödənişlərdə artım dinamikası gələn il də davam edəcək  

18:16
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!