№ 393
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 8 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 52 (Cild I) 1-ci və 2-ci hissələri ləğv edilsin.
2. “Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 5 yanvar tarixli 2 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 1, maddə 48 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adında və 1-ci hissədə “Ölkə” sözü “Respublika” sözü ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Bu Qərarın icrası ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.”;
2.3. həmin Qərarla təsdiq edilmiş “Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları” yeni redaksiyada verilsin (əlavə olunur).
3. Bu Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 25 ” “ noyabr ” 2026-cı il