12 May 2025 17:30
715
İQTİSADİYYAT
A- A+
Azərbaycan ilə Somali arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan ilə Somali arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Somali Federativ Respublikasının kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazir Məcnun Məmmədov, ölkədə aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə qeyri-neft sektoruna göstərdiyi yüksək diqqət nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının inkişafını hədəfləyir və bu məqsədlə dövlət tərəfindən geniş dəstək tədbirləri həyata keçirilir.

Nazir qeyd edib ki, Prezident İlham Əliyev Afrika ölkələri, o cümlədən Somali ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir. Vurğulayıb ki, kənd təsərrüfatı gələcək əməkdaşlıq üçün ən perspektivli sahələrdən biridir. O, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu qeyd edib. Bu baxımdan, hər iki ölkənin biznes subyektləri arasında birbaşa əlaqələrin qurulması və ixrac potensialı yüksək olan məhsullar barədə informasiya mübadiləsinin aparılması mühüm əhəmiyyət daşıyır.

Məcnun Məmmədov Somali tərəfini Qafqazın ən böyük kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”nun 2026-cı ildə keçiriləcək sərgisində fəal iştirak etməyə və milli pavilyonla təmsil olunmağa dəvət edib. Görüş zamanı Azərbaycanın kənd təsərrüfatı sektorunda tətbiq edilən ən son texnologiyalar və təcrübələrin Somali tərəfi ilə paylaşılmağa hazır olduğu vurğulanıb. Eyni zamanda, Somalidən olan tələbələr Azərbaycan Dövlət Aqrar Universitetində təqaüd proqramları çərçivəsində təhsil almağa dəvət olunub.

Somali Federativ Respublikasının kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayir öz növbəsində ölkəsinin Azərbaycanla bütün sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Nazir kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş potensialın mövcudluğunu vurğulayıb. Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.

İkitərəfli görüş zamanı Azərbaycan və Somali arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Somalinin kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayir imzalayıblar.

Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması, kənd təsərrüfatı sahəsində qarşılıqlı maraq doğuran prioritet istiqamətlər üzrə birgə investisiya layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsi, ticarət dövriyyəsinin artırılması məqsədilə ixrac potensiallı kənd təsərrüfatı məhsulları barədə məlumat mübadiləsi, kənd təsərrüfatı sahəsində rəqəmsallaşdırma, aqrar sığorta sahəsində təcrübənin paylaşılması, suvarma suyunun idarə edilməsində qabaqcıl təcrübələrin inkişafı və mübadiləsi, kənd təsərrüfatı sahəsində elmi və texnoloji yeniliklərin mübadiləsi, aqrar sahədə təlim və seminarların təşkili, aqrar tədqiqat, kənd təsərrüfatı infrastrukturunun inkişafı, ticarət missiyalarının təşkili, özəl sektorun işgüzar tədbirlərə cəlb olunmasının təşviqi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Növbəti Beynəlxalq Xalça Festivalı mayda keçiriləcək

09:05
05 Mart

Bənzərsiz memarlıq abidəsi 

09:00
05 Mart

Özü xalqın xatirəsində, adı zamanın yaddaşında yaşayır

08:55
05 Mart

"Şəhid ismi yazılaydı soyadım..."

08:50
05 Mart

Lənkəranda sənət hadisəsi - "Gəlinlik paltarı"nın səhnə təntənəsi

08:45
05 Mart

250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim olunub

08:40
05 Mart

Azərbaycan nəqliyyat sektorunda yeni dönəm - daha sürətli, daha rahat, daha səmərəli

08:35
05 Mart

Gücümüz birliyimizdədir

08:30
05 Mart

Azərbaycan Avropanın enerji xəritəsini yenidən cızır

08:25
05 Mart

Regional sabitlikdən beynəlxalq həmrəyliyə 

08:20
05 Mart

Ölkəmizin enerji sahəsində hədəfləri böyükdür

08:15
05 Mart

Azərbaycanın dayanıqlı gələcəyə aparan enerji strategiyası

08:10
05 Mart

Heydər Əliyev ideologiyası: dövlətçiliyin mükəmməl fəaliyyət əsası

08:05
05 Mart

Azərbaycanın sərhəd tanımayan enerji siyasəti

08:00
05 Mart

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında

01:55
05 Mart

Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında

01:55
05 Mart

"Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar"ın təsdiq edilməsi haqqında

01:54
05 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:52
05 Mart

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 84-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 yanvar tarixli 295 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:52
05 Mart

Azercell abunəçilərinin nəzərinə

01:50
05 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan taxta materiallarının satın alınması məqsədilə açıq tender elan edir

01:49
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!