05 Mart 2026 08:15
871
İQTİSADİYYAT
A- A+
Ölkəmizin enerji sahəsində hədəfləri böyükdür

Ölkəmizin enerji sahəsində hədəfləri böyükdür


Elə bir mərhələyə qədəm qoymuşuq ki, dünyada enerji böhranı daha da artıb. Müharibələr fonunda enerji təhlükəsizliyi ilə bağlı risklər indi ön plana çıxır. Eyni zamanda dünya dördüncü enerji keçidini yaşayır ki, bu da həm enerji resurslarının təchizatçısı, həm də istehlakçısı olan ölkələr tərəfindən yeni yanaşmaları, bütövlükdə bir çox amili özündə ehtiva edən fundamental enerji təhlükəsizliyi konsepsiyasının hazırlanmasını tələb edir.

Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, hər bir dövlət enerji, iqtisadiyyat və geosiyasətdə eyni vaxtda artan böhranların yaratdığı müasir çağırışları nəzərə alaraq enerji təhlükəsizliyinin əsas prinsiplərini müəyyənləşdirməlidir: "Bu, xüsusən də "yaşıl keçid" kontekstində yaranan yeni təhdidlərin neytrallaşdırılması üçün həll yollarını müəyyən etməyə imkan verər. Köklü şəkildə dəyişən sistem, böhranların dərinləşməsi və müxtəlif təbiətli təhdidlərin güclənməsi enerji təhlükəsizliyinin idarə edilməsini daha da çətinləşdirir. Lakin düşünülmüş addımlar, sadəcə, bir ölkənin deyil, regionun enerji təhlükəsizliyinin sabit təmin edilməsinə, gözlənilməz dalğalanmalara rəğmən yanacaq-enerji resurslarına tələbatının ödənilməsinə imkan verir. Bu gün dövlətlər həm qazıntı yanacaqlarından asılılığın azaldılması, həm də bərpaolunan enerji mənbələri ilə bağlı yeni çətinlikləri nəzərə alaraq enerji təhlükəsizliyinin daha da artırılması üzərində ciddi iş aparırlar. Gərgin qlobal mühitdə enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş planların və konkret tədbirlərin hazırlanması, praktik addımların zaman itirilmədən atılması vacibdir".

Deputat martın 3-də Bakı Konqres Mərkəzində "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları zamanı Prezident İlham Əliyevin məzmunlu çıxışının həm dünyada gedən proseslərə, həm bu günün reallıqlarına, həm də gələcəyə dair atılmalı olan addımlara işıq tutduğunu vurğulayıb. Qeyd edilib ki, Məşvərət Şurası həm də hər il görülmüş işlərin hesabatını verir. Eyni zamanda tərəflər dayanıqlı enerji təchizatı və enerji təhlükəsizliyi sahələrində əməkdaşlığın və tərəfdaşlığın gücləndirilməsi ilə bağlı gələcək birgə addımları planlaşdırırlar. Ötən 12 il ərzində və bu gün gəlinən nəticə ondan xəbər verir ki, qarşıda dayanan çağırışlara birlikdə cavab vermək olduqca vacibdir. Burada məsələlər müzakirə yolu ilə həllini tapır. "Yaranan çətinliklərə, mürəkkəb kombinasiyalara, regionumuzda yaşanan son dərəcə ağır mərhələyə baxmayaraq, Azərbaycan yenə də qazandığı imici qoruyub saxlayır. Enerji ixracı və siyasəti, sadəcə, resursun mövcudluğu ilə deyil, həm də tutulan yol, üstünlük verilən yanaşma, sərgilənən mövqe ilə birbaşa bağlıdır. Məhz elə bu amilin nəticəsidir ki, Azərbaycan qaz təchizatının coğrafiyasını genişləndirmiş və təbii qazını istehlak edən ölkələrin sayı 16-ya çatmışdır. Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdə dayanır. Önəmli amillərdən biri ondan ibarətdir ki, Azərbaycanın enerji əməkdaşlığı deyiləndə yada düşən Avropa olurdusa, yürüdülən mükəmməl siyasətin nəticəsidir ki, bu gün Azərbaycan qazı Suriya xalqının kəskin ehtiyac duyduğu elektrik enerjisi qıtlığının qarşısının alınmasına da töhfə verir. Azərbaycan Suriyaya 1,5 milyard kubmetr həcmində qaz istehsal edir. Bu həcm, sadəcə, məişətdə istifadə məqsədilə deyil, həm də biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verir", - deyə o əlavə edib. 

Deputat diqqətə çatdırıb ki, digər istiqamətimiz "yaşıl enerji" ilə bağlıdır: "Bu, müasir dünyanın reallığı və tələbidir, çünki "yaşıl enerji" ətraf mühitə minimal təsir göstərən təbii mənbələrdən əldə edilən enerjiyə aiddir. Bu enerji növü davamlı inkişaf üçün zəruridir, çünki istixana qazı tullantılarının azaldılmasına və iqlim dəyişikliyi ilə mübarizəyə kömək edir. "Yaşıl enerji"nin əsas mənbələrinə günəş işığını günəş panelləri vasitəsilə istifadə edən günəş enerjisi, külək enerjisini elektrik enerjisinə çevirmək üçün külək turbinlərindən istifadə edən külək enerjisi, axan və ya düşən sudan enerji istehsal edən su-elektrik stansiyası daxildir. Habelə bitkilər və tullantılar kimi üzvi materiallardan əldə edilən biokütlə enerjisi və Yer kürəsinin daxili istiliyinə təsir edən geotermal enerji də "yaşıl enerji"yə əhəmiyyətli töhfələr verir. "Yaşıl enerji" davamlılığı ilə xarakterizə olunur, çünki bu resurslar təbii olaraq bərpa olunur və zamanla tükənmir. Zərərli çirkləndiricilər buraxan və qlobal istiləşməyə töhfə verən fosil yanacaqlardan fərqli olaraq, "yaşıl enerji" mənbələri ətraf mühitin sağlamlığını təşviq edən daha təmiz alternativ təmin edir. "Yaşıl enerji" həllərinə investisiya qoymaqla və onlara keçid etməklə, cəmiyyətlər daha davamlı gələcəyə doğru irəliləyə, karbon izlərini azalda və enerji müstəqilliyini inkişaf etdirə bilərlər. Bu dəyişiklik ətraf mühitlə bağlı narahatlıqları həll edir və böyüyən "yaşıl texnologiya" sektorunda iqtisadi imkanlar yaradır. Bu faydalar barədə məlumatlılıq artdıqca, "yaşıl enerji" qlobal enerji siyasətində vacib hala gəlir". 

Deputat bildirib ki, Prezident İlham Əliyev çıxış etdiyi hər bir platformada "yaşıl enerji" barədə məlumatlılığı artırır. Bu, həm də bəşəriyyətə xidmət deməkdir. 

"Azərbaycan "yaşıl enerji" gündəliyinin Məşvərət Şurası çərçivəsində də müzakirə olunan məsələlərin bir hissəsi olması işində qətiyyət göstərir, önəmli töhfələr verir. 2023-cü ildə BƏƏ-nin nüfuzlu enerji şirkəti olan "Masdar" ölkəmizdə 230 meqavat gücündə günəş-elektrik stansiyası inşa edib. Cari ilin yanvarında isə 240 meqavat gücündə regionda indiyədək ən böyük külək-elektrik stansiyasının Səudiyyə Ərəbistanının enerji, xüsusilə bərpaolunan enerji sektorunda aparıcı şirkətlərindən olan "ACWA Power" tərəfindən maliyyələşdirilən və həyata keçirilən layihənin açılışı olub. Azərbaycan bu işə kompleks yanaşır. Məhz bunun nəticəsidir ki, birincisi, Azərbaycanın yerli şirkətləri ilə xarici sərmayədarlar arasında müsbət kombinasiya var. İkincisi isə "yaşıl enerji"yə maraq, ona yatırılan investisiya, sadəcə, dövlət neft şirkətimiz olan  SOCAR-la məhdudlaşmır, özəl şirkətlər tərəfindən də alternativ enerji mənbələrinə investisiya yatırılmağa başlanıb. Bu, həm də Azərbaycan dövlətinin məqsədyönlü siyasətindən, biznes və investisiya mühitində inam və etimad formalaşdıra bilməsindən xəbər verir", - deyə o bildirib.

A.Badamov xatırladıb ki, Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birlikdə işləmək zərurəti üzərində də dayanıb və bildirib ki, hər ikisi ilə bağlı müqavilə imzalanıb və bir layihədə iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir. Azərbaycan sağlam, dayanıqlı əsaslarla iş görür. Bu baxımdan deyə bilərik ki, alternativ enerji ilə bağlı planlar artıq imzalanmış müqavilələrə əsaslanır. Bu isə o deməkdir ki, tərəflərin konkret müqavilə öhdəlikləri mövcuddur. 

Azərbaycanın konkret hədəfləri olduğunu deyən deputat əlavə edib ki, dünyanın ən qüdrətli dövləti Amerika Birləşmiş Ştatları strateji tərəfdaşımız olduğundan hədəf və məqsədlərimizin gerçəkləşməsi də tamamilə real görünür: "Azərbaycan həm də faydalı qazıntı yanacaq növlərini nəzərə alaraq, aydın vizyon təqdim edir. Cənab Prezident İlham Əliyev hər bir çıxışında hər kəsi ədalətin hökm sürməsinə, planetin təhlükəsiz və təmiz olmasına səsləyir. İqlim dəyişikliyi təəssüflər olsun ki, regionumuzun da qapısını döyüb, ümumi sərvətimiz olan Xəzər dənizinin ildən-ilə dayazlaşması bizdən situativ reaksiyalar, ideoloji yanaşmalar deyil, praqmatik, nəticəyönümlü addımlar tələb edir. Azərbaycan Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edir, məhz bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək üçün lazımi infrastruktura malikik. Azərbaycan lideri yürütdüyü siyasətlə bu infrastrukturu qura bilib, uzlaşma siyasətini uğurla icra etdiyi üçün bu nəticəyə nail olub. Bütün bunlardan aydın olur ki, Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə "Cənub qaz dəhlizi" ilə, Cənubi Qafqaz, Avropa regionu ilə məhdudlaşmır. Azərbaycanın hədəfləri genişdir. Prezident İlham Əliyev enerji siyasətinin son dərəcə çətin yürüdüldüyü bir zamanda bu siyasətin öhdəsindən məharətlə gəlir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:26
22 Aprel

“Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:23
22 Aprel

“Qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi və “Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 215 nömrəli Qərarının ləğv edilməsi barədə

01:21
22 Aprel

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 oktyabr tarixli 433 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların öhdəlik daşıyan şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:20
22 Aprel

“Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarında dəyişiklik edilməsi və çağrı mərkəzi mövcud olmayan dövlət orqanlarında (qurumlarında) çağrı xidmətlərinin təşkili barədə

01:17
22 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" (Bakı, Sumqayıt və Abşeron rayonu istisna olmaqla respublikanın şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir

01:16
22 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi" (Respublikanın şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir

01:15
22 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Ahıllar üçün günərzi qayğı mərkəzlərinin fəaliyyətinin təşkili" (Respublikanın şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir

01:15
22 Aprel

Bahar Muradova: Sosial şəbəkələrin zərərlərinin aradan qaldırılması üçün səyləri birləşdirməliyik

23:09
21 Aprel

“Zirə” Azərbaycan Kubokunda finala yüksəlib

22:36
21 Aprel

Kollegiya iclasında xəzinədarlıq və maliyyə nəzarəti sahəsində görülən işlər müzakirə olunub  

22:19
21 Aprel

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında gümüş medal qazanıb  

21:29
21 Aprel

Xocalı soyqırımının beynəlxalq arenada tanıdılması məqsədilə yeni tərəfdaşlıq sənədi imzalanıb

21:16
21 Aprel

Dünyada neft qiymətlərində azalma müşahidə olunub

21:14
21 Aprel

Avstraliyada qaz vergisi ilə bağlı müzakirələr genişlənir

21:01
21 Aprel

“PlayStation”da yaş məhdudiyyəti

20:52
21 Aprel

Xarici işlər nazirləri ABŞ və İran arasındakı danışıqları müzakirə ediblər

20:43
21 Aprel

“Titanik”in yadigarı xilasedici jilet rekord qiymətə satılıb

20:31
21 Aprel

Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfərə gəlib

20:24
21 Aprel

Muxtar respublikanın Baş naziri: Naxçıvanda iqtisadi aktivlik və sosial sabitlik qorunub saxlanılıb  

20:01
21 Aprel

Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində olublar

19:49
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!