23 Yanvar 2026 17:20
735
İQTİSADİYYAT
A- A+
Azərbaycan Dünya İqtisadi Forumunun “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub  

Azərbaycan Dünya İqtisadi Forumunun “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub  


İqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması, sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və innovasiya əsaslı inkişafın təşviqi məqsədilə qəbul edilən “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” çərçivəsində işlər davam etdirilir.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, strategiyanın əsas prioritetlərinə uyğun olaraq sənaye klasterlərinin formalaşdırılması, beynəlxalq təşəbbüslərə inteqrasiya və yaşıl iqtisadiyyatın inkişafı istiqamətlərinə uyğun olaraq, Azərbaycanın DİF-in “Sənaye Klasterlərinə Keçid” qlobal təşəbbüsünə qoşulmasına dair Niyyət Məktubu imzalanıb.

Sənəd Prezident İlham Əliyevin Davos İqtisadi Forumunun (DİF) illik toplantısında iştirakı çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Anar Axundov və SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən imzalanıb.

Bu tərəfdaşlıq ölkəmizdə sənaye klasterlərinin yaradılmasına, biznes fəaliyyətinin səmərəli istehsal modellərinə adaptasiyasına, qabaqcıl rəqəmsal texnologiyaların istifadəsinə və karbon emissiyalarının azaldılmasına təkan verəcək. Bu çərçivədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “SOCAR Polymer” və “SOCAR Karbamid” müəssisələri arasında əməkdaşlıq çərçivəsində Sumqayıt Sənaye Parkında formalaşdırılan “NextGen” sənaye klasteri istehsal xərclərinin optimallaşdırılması, rəqabətqabiliyyətli məhsul istehsalı və ixrac potensialının yüksəldilməsini hədəfləyir.

DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü eyni bölgədə yerləşən və dəyər zənciri baxımından bir-biri ilə bağlı olan sənaye müəssisələrinin karbonsuzlaşma, rəqəmsal transformasiya və dayanıqlı inkişaf məqsədilə koordinasiyalı fəaliyyətini nəzərdə tutan müasir sənaye modelidir. Hazırda təşəbbüs müxtəlif ölkələrdən onlarla sənaye klasterini əhatə edən qlobal əməkdaşlıq şəbəkəsi kimi fəaliyyət göstərir və yaşıl transformasiya sahəsində qabaqcıl təcrübələrin mübadiləsi üçün mühüm platforma rolunu oynayır.

Dünya İqtisadi Forumu tərəfindən 2021-ci ildən həyata keçirilən bu təşəbbüsə indiyədək 19 ölkədən 39 sənaye klasteri qoşulub. Azərbaycan bu təşəbbüsə qoşulan 20-ci ölkədir. Təşəbbüsə qoşulmuş klasterlər 877 milyon ton karbon dioksid ekvivalentinin azaldılmasına imkan yaradır, 508 milyard ABŞ dolları həcmində qlobal ÜDM-ə töhfə verir və 4,6 milyon iş yerini dəstəkləyir. Bu göstəricilər təşəbbüsün qlobal enerji keçidi və sənaye transformasiyasında strateji rolunu nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycanın DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulması İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) koordinasiyası ilə həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan səfiri etimadnaməsini İƏT Baş katibinə təqdim edib

22:32
16 Fevral

BƏƏ şirkət rəhbəri: Ümid edirəm ki, Azərbaycandan daha çox kənd təsərrüfatı məhsulları idxal edə biləcəyik

20:39
16 Fevral

Britaniyada kiçik qayıqla ölkəyə gələn miqrantlara 210 min funt kompensasiya ödənilib  

20:01
16 Fevral

Ötən ay ərzində 31 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb  

19:53
16 Fevral

Azərbaycandan polietilen ixracı 1,5 dəfə artıb  

19:46
16 Fevral

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib  

19:33
16 Fevral

İrəvan Qazılığının tarixi ilə bağlı kitab çap olunacaq

19:26
16 Fevral

Ramin Məmmədov: Dövlət Komitəsinin 2026-cı il prioritetləri sırasında rəqəmsal transformasiya və süni intellekt həlləri yer alır  

19:02
16 Fevral

Premyer Liqa: “Sabah” səfərdə “Qəbələ”ni məğlub edib  

18:58
16 Fevral

Rəsədxana: Sabah Günəş tutulması baş verəcək

18:57
16 Fevral

Yanvarda ixrac edilən xam neft və neft məhsullarının həcmi 2 milyon tonu ötüb

18:34
16 Fevral

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib  

18:11
16 Fevral

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb  

18:03
16 Fevral

Ermənişünas-alim: Konstitusiya dəyişikliyi Ermənistan üçün əsas imtahandır  

17:56
16 Fevral

Almaniya uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıra bilər  

17:43
16 Fevral

Mərkəzi Asiya ölkələri Astanada Əfqanıstanla qarşılıqlı fəaliyyəti müzakirə ediblər  

17:33
16 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:23
16 Fevral

Azərbaycan və Serbiya dost ölkələrdir  

17:09
16 Fevral

Bakı ilə Belqrad arasında münasibətlər əməkdaşlıq üçün yeni platformadır  

17:00
16 Fevral

Premyer Liqa: “Şamaxı” - “Turan Tovuz” oyununda qapılara qol vurulmayıb

16:42
16 Fevral

Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

16:21
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!