29 Mart 2024 02:13
2592
Fərmanlar
A- A+

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1.    Müəyyən edilsin ki:
1.1.    "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (hər üç halda) və ikinci (hər iki halda) cümlələrində, 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda) və yeddinci (hər iki halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2.    həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində (birinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3.    həmin Qanunun 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (birinci halda) və ikinci (ikinci halda) cümlələrində, 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda) və yeddinci (birinci halda) hissələrində,    19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 
1.4. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;
1.5. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (üçüncü halda) və 19-2-ci maddəsinin yeddinci hissəsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 166 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə "19-2-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində və yeddinci hissəsində (ikinci halda)" sözləri "19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (hər üç halda) və ikinci (hər iki halda) cümlələrində, 19-2-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci cümləsində, altıncı (hər iki halda) və yeddinci (hər iki halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda)" sözləri ilə əvəz edilsin;
3.2. 2.2-ci bəndə "Qanunun" sözündən sonra "19-1-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində (birinci halda) və" sözləri, "orqan" sözündən sonra "(qurum)" sözü əlavə edilsin;
3.3. 2.3-cü bənddən "19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində və üçüncü hissəsində (birinci halda), 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda), yeddinci (birinci halda), 19-3-cü maddəsinin altıncı (hər iki halda), 19-4-cü maddəsinin üçüncü (hər iki halda)," sözləri çıxarılsın;
3.4. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:
"2.3-1. həmin Qanunun 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (birinci halda) və ikinci (ikinci halda) cümlələrində, 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda) və yeddinci (birinci halda) hissələrində,    19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;";
3.5.  2.12-ci bənd aşağıdakı redaksiyada verilsin:
"2.12. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;";
3.6.  2.13-cü bənddən "və yeddinci hissəsində" sözləri çıxarılsın;
3.7. aşağıdakı məzmunda 2.13-2-ci bənd əlavə edilsin:
"2.13-2. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (üçüncü halda) və 19-2-ci maddəsinin yeddinci hissəsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur;".

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 mart  2024-cü il
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video