21 İyun 2015 02:06
121
İDMAN
A- A+
Avtobuslar yeni, xidmət mədəniyyəti yüksəkdir

Avtobuslar yeni, xidmət mədəniyyəti yüksəkdir

 

Yarışları izləməyə gedənlər yaradılan şəraitdən razılıq edirlər

 

Son illər Bakı şəhərində nəqliyyat-kommunikasiya sahəsində görülən böyük işlər nəticəsində bu sahədə mükəmməl sistem formalaşıb. Yollar genişləndirilib, yeni körpülər, tunellər və keçidlər inşa edilib. Bunun sayəsində avtomobillər və insanlar rahat hərəkət edə bilirlər. Şəhərə gələn xarici qonaqlar da Bakının müasir nəqliyyat infrastrukturuna heyran olduqlarını gizlətmirlər.
I Avropa Oyunlarının keçirildiyi ilk günlərdə görülən bu işlərin əhəmiyyəti özünü daha qabarıq büruzə verir. Uğurlu layihələrin nəticəsidir ki, bu gün şəhərdə böyük idman tədbiri keçirilsə də, küçələrdə tıxaclara demək olar ki, rast gəlinmir, sürücülər və sərnişinlər mənzil başına rahat gedib çatırlar.
I Avropa Oyunları ərəfəsində şəhərə yüksək komfortlu avtobuslar gətirildi. Bununla bərabər, Bakı Metropoliteni də dünya standartlarına cavab verən yeni qatarlar alıb xəttə buraxdı. Təbii ki, bu yeniliklər ilk növbədə yüksək səviyyədə rahatlıq deməkdir. Bu gün I Avropa Oyunlarının keçirildiyi arenalara gedən azarkeşlər həmin nəqliyyat vasitələrindən razılıqla istifadə edirlər. Xüsusi marşrutlar üzrə hərəkət edən avtobuslara güclü nəzarət var. Avtobuslar cədvəl üzrə dəqiq hərəkət etdiyindən azarkeşlər vaxtlarını itirmirlər. Sərnişin sıxlığından asılı olaraq avtobusların hərəkəti 5-10-15 dəqiqə arasında nizamlanır.
Elmlər Akademiyası bağından “Kristal Hall”a və Avropa Oyunları Parkına xüsusi marşrutlarla getmək mümkündür. Dispetçer Adil Əbdüləliyev deyir ki, bu marşrutlardan I Avropa Oyunlarına bileti olan Azərbaycan və xarici ölkə vətəndaşları istifadə edirlər: “Biz sərnişinlərin idman arenalarına rahat və vaxtında çatdırılmasına cavabdehik. Buna ciddi nəzarət var. Bu işdə bizə nəqliyyat sahəsində təcrübəsi olan könüllülər də kömək edirlər. Onlar bu işlə məşğul olmazdan əvvəl xüsusi kurslarda hazırlıq keçərək xarici vətəndaşlarla ünsiyyət qurmaq üçün əcnəbi dilləri öyrəniblər”.
Sürücü Zeynal Şahbazov yeni avtobusu idarə etməkdən zövq aldığını deyir. Bildirir ki, bu avtobusların idarə edilməsi olduqca rahatdır, salonda isə sərnişinlər üçün hər cür rahatlıq təmin edilib: “Hər gün avtobuslar parklarda yuyulub təmizlənərək xəttə buraxılır. Sərnişinlərlə ünsiyyətimiz çox yaxşıdır. Baxmayaraq ki, onların bir hissəsi xarici ölkə vətəndaşları olur, dil tapırıq. Sevindirici haldır ki, Bakı sakinləri əcnəbi vətəndaşlara münasibətdə çox həssas və mehribandır, lazım gələndə onlara istədikləri ünvanlara çatmaqda kömək edirlər. Bu mehriban rəftara görə həm biz sürücülərə, həm də paytaxt sakinlərinə əcnəbilər tez-tez “okey” və bəziləri də doğma dilimizdə “çox sağ olun” deyə təşəkkürlərini bildirirlər. Bu bizi qürurlandırır”.
Cavid Məmmədov çimərlik voleyboluna tamaşa etmək üçün gedir. Bu vaxta kimi isə o, karate, boks, güləş idman növləri üzrə yarışlarda milli komandamıza azarkeşlik edib. Deyir ki, yarışlara getməkdə məqsədi bir Azərbaycan gənci olaraq ölkəmizdə keçirilən I Avropa Oyunlarına dəstək verməkdir: “İndiki halda mən bu yarışlara azarkeşlik etməklə öz vətəndaşlıq borcumu yerinə yetirirəm. Nəqliyyatın işindən isə çox razıyam. I Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsində qürur duyuram və bu sevinci bizə bəxş etdiyi üçün Prezident İlham Əliyevə və Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm”.
Protokol qrupunun üzvü, könüllü Zibeydə İsmayılzadə də Bakıda idman arenalarına sərnişinlərin daşınmasında göstərilən xidməti yüksək qiymətləndirdi. Bildirdi ki, bu işdə səliqə-sahman, ən başlıcası isə, dəqiq hərəkət cədvəli var. Həmçinin vurğuladı ki, yarışlar ərəfəsində paytaxtda nəqliyyat infrastrukturu istər şəhər sakinlərinə, istərsə də xaricdən gələn qonaqlara idman arenalarına, mədəni-kütləvi tədbirlərdə iştirak etmək üçün müxtəlif ünvanlara gedənlərə nümunəvi xidmət göstərir.
Sürücü Şirzad Seyidməmmədov da bildirdi ki, bu xidmət sahəsində sürücü-sərnişin münasibətləri çox yüksək səviyyədədir: “Avtobuslar çox rahatdır, hər cür şəraiti var. Yayın bu istisində sərnişinlər kondisionerli avtobuslarda özlərini çox rahat hiss edirlər. Onlar cədvəl üzrə nəzərdə tutulduğu kimi 5-10-15 dəqiqə ərzində hərəkət edərək istədikləri idman arenalarına çatdırılır. Xarici vətəndaşlarla ünsiyyət qurmaq üçün ingilis dili kurslarından keçdiyimiz üçün çətinlik çəkmirik. Bu işdə əcnəbi dili bilən Azərbaycan vətəndaşları da onlara yardımçı olurlar”.
Hacı Süleymanov Nəqliyyat Nazirliyi dövlət avtomobil nəqliyyat xidmətinin məsləhətçisidir. Deyir ki, “Gənclik” metrostansiyasından Heydər Əliyev adına İdman Sarayına hərəkət edən sərnişin avtobuslarına nəzarəti həyata keçirirlər: “Buradan həmin arenaya doğru 11 avtobus hərəkət edir. Bütün avtobusların hərəkət cədvəlinə ciddi diqqət yetirilir. Bu sahədə heç bir gecikməyə yol verilmir. Sürücülərimiz də xüsusi kurslar keçərək ingilis dili ilə bərabər, sərnişinlərlə davranış qaydalarını da öyrəniblər. Bu günə qədər biz sərnişin-sürücü arasında heç bir problemlə rastlaşmamışıq”.
Hüseyn Şıxızadə bacısı oğlu Üzeyirlə Heydər Əliyev adına İdman Sarayında sərbəst güləş yarışlarını izləməyə gedir. 5 yaşlı Üzeyir deyir ki, güləşə baxmağa getsə də, boksçu olmaq istəyir: “Yarışlarda qalib gəlib çempion olacağam. İstəyirəm ki, mən də gələcəkdə Azərbaycan bayrağını qaldırıb himnimizi səsləndirim”.
Bu adı yaxşı yadda saxlayın. Dünyanın işini bilmək olmaz. Bir də gördünüz ki, dünyanın hansısa bir yerində Üzeyir adında Azərbaycan idmançısı çempion olaraq, özünün dediyi kimi, bayrağımızı qaldırıb himnimizi oxutdurdu.
“I Avropa Oyunları neçə-neçə Azərbaycan gəncinin ürəyində çempion olmaq arzusunu oyadacaq”. Bu sözləri isə Prezident İlham Əliyev deyib və həqiqiliyinə balaca Üzeyirin dediklərinə qulaq asanda bu daha əmin olursan. Həqiqətən, I Avropa Oyunları Azərbaycanda neçə-neçə uşağın, gəncin ürəyində çempion olmaq arzusu oyadır və onları bu ad uğrunda mübarizəyə sövq edir.
Avtobusdan düşüb Heydər Əliyev adına İdman Sarayının qarşısına gəlirik. Bizi könüllü Fərid Həsənov “Siz Heydər Əliyev adına İdman Sarayına xoş gəlmisiniz!” sözləri ilə qarşılayır. Öyrəndik ki, Fərid Hüseynov İqtisad Universitetinin IV kurs tələbəsidir. I Avropa Oyunlarına dəstək vermək üçün yay istirahətindən imtina edərək könüllü kimi fəaliyyət göstərir. Deyir ki, yarışların dövlətimiz və xalqımız üçün böyük əhəmiyyəti olduğunu bildiyi üçün bu işlərə qoşulub: “Bununla da fəxr edirəm. Fəxr edirəm ki, I Avropa Oyunlarına az da olsa mən də töhfə vermişəm. Bu, hər bir Azərbaycan gənci üçün şərəfli bir missiyadır və mən də onu şərəflə daşıyan gənclərdən biri kimi qürur duyuram”.

Rüstəm KAMAL,
Fərman BAĞIROV (foto),
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanada Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır

21:04
02 İyun

Senator: TRIPP Ermənistan və Azərbaycan üçün deyil, həm də bir çox qonşu ölkələr üçün xeyir vəd edir  

21:04
02 İyun

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaşdır  

20:00
02 İyun

Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub

19:59
02 İyun

31-ci Bakı Enerji Forumu başa çatıb

19:57
02 İyun

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb

19:53
02 İyun

Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axunddan

19:52
02 İyun

CECECO: Təmiz enerji sahəsində innovasiyaların genişləndirilməsi maliyyə resurslarına çıxış və güclü regional tərəfdaşlıq tələb edir  

19:51
02 İyun

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

19:50
02 İyun

SOCAR ilə SLB arasında hasilat əməliyyatlarının optimallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb

19:49
02 İyun

Azərbaycan-Aİ strateji enerji tərəfdaşlığı nəzərdən keçirilib

19:48
02 İyun

SOCAR ilə BCG şirkəti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

19:47
02 İyun

Sahibə Qafarova qlobal konfransda Azərbaycanın gender bərabərliyi sahəsində təcrübəsini təqdim edib  

19:47
02 İyun

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

19:46
02 İyun

ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib  

19:45
02 İyun

Azərbaycan və IRENA arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib

19:44
02 İyun

Azərbaycanın Ukraynaya göstərdiyi dəstək yüksək qiymətləndirilib

19:44
02 İyun

İqtisadiyyat naziri: ABŞ ilə əməkdaşlıq Orta Dəhlizdən süni intellektə qədər geniş sahələri əhatə edir  

19:43
02 İyun

Beynəlxalq Siqh Federasiyasının nümayəndələri Milli Məclisdə olublar

19:35
02 İyun

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddindən

19:34
02 İyun

ABŞ süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqinin genişləndirilməsini dəstəkləyir

19:34
02 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!