31 May 2026 18:47
525
İDMAN
A- A+
İçərişəhərdə yeni idman meydançasının açılışı olub

İçərişəhərdə yeni idman meydançasının açılışı olub


“Sabah” Futbol Klubu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə İçərişəhərdə yeni istifadəyə verilən idman meydançasının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmudov yeni meydançanın uşaqların asudə vaxtının səmərəli təşkili və sağlam böyüməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, İçərişəhərdə yaşayan uşaqlar indiyədək futbol oynamaq üçün uyğun məkan tapmaqda çətinlik çəkirdilər. “Uşaqlar bundan sonra öz meydançalarında rahat şəkildə idmanla məşğul ola biləcəklər. İnanıram ki, bu məkan həm uşaqların, həm də böyüklərin istifadəsində olacaq. Gənc nəslin sağlam böyüməsi gələcəyimiz üçün çox önəmlidir”, - deyə R.Mahmudov vurğulayıb.

“Sabah” Futbol Akademiyasının koordinatoru, gürcüstanlı mütəxəssis Giorgi Minaşvili layihənin əhəmiyyətindən danışaraq, təşəbbüsə qoşulmaqdan məmnunluq duyduqlarını bildirib. “Bu layihə gənc uşaqlara yeni imkanlar yaratmaq məqsədi daşıyır. Burada onlar sağlam həyat tərzi sürmək, futbol məşqləri keçmək və öz bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər. Ola bilər ki, gələcəkdə bu meydançada məşq edən uşaqlardan bəziləri böyük klublarda çıxış etsinlər”, - deyə o qeyd edib.

G.Minaşvili bu cür təşəbbüslərin gələcəkdə Bakının digər ərazilərində də həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

“İçərişəhər” Ağsaqqallar Şurasının sədri Əliheydər Dadaşov isə yeni idman meydançasının istifadəyə verilməsini sakinlər üçün əlamətdar hadisə kimi qiymətləndirib. O, layihənin reallaşdırılmasına görə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə təşəkkürünü çatdırıb.

Ə.Dadaşov bildirib ki, bir neçə il əvvəl meydançanın gələcəyi ilə bağlı aparılan müzakirələr artıq öz nəticəsini verib və bu gün İçərişəhər sakinlərinin istifadəsinə müasir idman məkanı təqdim olunub.

Sonda uşaqlar yeni meydançada futbol oynayaraq ilk məşqlərini keçiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici investisiyalarda artım: enerji sektoru ön planda

21:28
16 İyun

Nadir dəri xəstəliyinin genetik səbəbi tapılıb

21:19
16 İyun

Qlobal elektrikli avtomobil satışı may ayında 1,8 milyona çatdı

21:09
16 İyun

Qlobal tərəfdaşlıq Bakıda bir araya gəlir

21:03
16 İyun

Günəş şüalarını ölçən ağıllı boyunbağı təqdim edilib  

20:53
16 İyun

Sənaye və texnologiya parkları üçün yeni güzəştlər təsdiqlənib

20:41
16 İyun

 “Motorola”nın yenilənmiş smartfonu təqdim edilib  

20:36
16 İyun

 Erve Renar Tunis milli komandasının baş məşqçisi oldu

20:28
16 İyun

 Gilyermo Oçoa Dünya Kubokundan sonra futboldan ayrılacaq

20:23
16 İyun

İnstaqramdan növbəti yenilik

20:17
16 İyun

“Logitech”in qatlanan cihazı təqdim edilib

20:01
16 İyun

Neymar Haiti ilə matçı da buraxacaq

19:58
16 İyun

Saxta IMEI kodlarla qeydiyyata qarşı mübarizə gücləndirilir

19:54
16 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib  

19:29
16 İyun

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

19:01
16 İyun

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

18:57
16 İyun

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir  

18:48
16 İyun

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:39
16 İyun

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək 

18:31
16 İyun

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək  

18:23
16 İyun

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür  

18:13
16 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!