04 İyul 2026 08:20
218
SİYASƏT
A- A+
"Avropa Komissiyası emosiyalar və saxta siyasi stereotiplərə deyil, strateji maraqlara üstünlük verir"

"Avropa Komissiyası emosiyalar və saxta siyasi stereotiplərə deyil, strateji maraqlara üstünlük verir"


Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayenin Bakıya səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər son illər müəyyən enişli-yoxuşlu mərhələlərdən keçən Azərbaycan-Avropa İttifaqı münasibətlərinin mahiyyətini anlamaq baxımından mühüm siyasi və geosiyasi əhəmiyyətə malikdir. Bakıda səsləndirilən fikirlər göstərdi ki, Cənubi Qafqazda formalaşmış yeni reallıqlar artıq Brüsselin siyasi qərarlarına və strateji yanaşmalarına da təsir göstərməkdədir.

Milli Məclisin deputatı Elçin MİRZƏBƏYLİ qəzetimizə açıqlamasında deyib ki, müasir beynəlxalq münasibətlər sistemində bir sıra subyektiv və görüntü xarakterli ideoloji yanaşmaların yerini getdikcə daha çox soyuq və qarşılıqlı faydalı maraqların yer aldığı praqmatizm tutur: "Ukrayna müharibəsi, enerji təhlükəsizliyi böhranı, qlobal nəqliyyat marşrutlarının transformasiyası, Yaxın Şərqdə və Qırmızı dəniz hövzəsində yaranmış yeni risklər Avropa İttifaqını tərəfdaş seçimində daha realist davranmağa məcbur edir. Bu kontekstdə Azərbaycanın əhəmiyyəti yalnız enerji ixracatçısı kimi deyil, Avrasiya məkanının əsas geosiyasi və geoiqtisadi qovşaqlarından biri kimi daha aydın görünür".

Deputat qeyd edib ki, Bakıda keçirilən görüşlər və mətbuata verilən bəyanatlar da məhz bu reallığın təsdiqi kimi qiymətləndirilə bilər: "Məlumdur ki, son illər Avropa İttifaqının bəzi institutlarında Azərbaycana münasibətdə müşahidə olunan qərəzli yanaşmalar, Avropa Parlamentinin qəbul etdiyi ədalətsiz qətnamələr və Ermənistanın maraqlarını əsassız və birtərəfli qaydada müdafiə edən bəzi siyasi qrupların fəaliyyəti Bakı ilə Brüssel arasında ikincinin subyektiv mülahizələri diqqətə alması, həmçinin kənardan stimullaşdırılan qərəzli və yayındırıcı davranışlara lazımi reaksiyanın verilməməsi müəyyən etimad problemlərinin meydana gəlməsinə zəmin yaratmışdır. Lakin Ursula fon der Lyayenin səfəri göstərdi ki, Avropa Komissiyası emosiyalar və saxta siyasi stereotiplərə deyil, strateji maraqlara üstünlük verir. Bu isə ilk növbədə ittifaqın maraqlarına uyğun mövqe kimi dəyərləndirilə bilər".

E.Mirzəbəyli vurğulayıb ki, bu gün Avropa İttifaqı üçün Azərbaycan alternativ deyil, mühüm və əvəzolunmaz strateji tərəfdaşdır. "Əgər bir neçə il əvvəl Avropanın siyasi dairələrində Azərbaycanla münasibətlərə daha çox təzyiq və siyasi manipulyasiyalardan ibarət qondarma "dəyərlər diplomatiyası" prizmasından yanaşılırdısa, hazırda vəziyyət reallıq dəyişdiyindən fərqlidir. Reallıq isə ondan ibarətdir ki, enerji təhlükəsizliyindən tutmuş nəqliyyat-kommunikasiya marşrutlarına qədər bir çox istiqamət üzrə Avropanın Azərbaycanla əməkdaşlığa böyük ehtiyacı var. Azərbaycanın müstəqil, qarşılıqlı hörmətə, etimada və obyektiv qiymətləndirməyə söykənən siyasəti, əslində, strateji tərəfdaşlıq üçün ən doğru və proqnozlaşdırılan seçimdir. Prezident İlham Əliyevin mətbuata bəyanatı zamanı səsləndirdiyi fikirlər də məhz bu baxımdan xüsusi diqqət çəkir.  Dövlətimizin başçısı Azərbaycanla Avropa Komissiyası arasında münasibətlərin qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulamaqla yanaşı, əməkdaşlığın enerji sektorundan daha geniş sahələri əhatə etməsi də Azərbaycanın uzun illərdir müdafiə etdiyi siyasi xəttin davamıdır", - deyə o əlavə edib.

Deputat bildirib ki, Azərbaycan heç vaxt xarici siyasətində asılılıq münasibətlərini qəbul etməyib: "Rəsmi Bakı əməkdaşlığı diktə və təzyiq üzərində deyil, qarşılıqlı maraqlar üzərində qurmağa üstünlük verir. Məhz bu səbəbdən də Azərbaycanın beynəlxalq nüfuzu artdıqca onun tərəfdaşları ilə münasibətləri daha dayanıqlı xarakter alır".

Bakıda aparılan müzakirələrin mühüm istiqamətlərindən birinin enerji məsələsi olduğunu diqqətə çatdıran E.Mirzəbəyli əlavə edib ki, bu dəfə söhbət yalnız təbii qazdan getmirdi: "Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə kimi öz mövqeyini möhkəmləndirib. "Cənub qaz dəhlizi" vasitəsilə Avropa bazarlarına çatdırılan Azərbaycan qazı bir çox dövlətin enerji balansında mühüm yer tutur. Lakin yeni mərhələdə əməkdaşlığın əsas istiqamətlərindən biri "yaşıl enerji" sahəsi olacaq. Xəzər dənizinin nəhəng külək enerjisi potensialı, Qara dəniz enerji kabeli layihəsi və gələcəkdə "yaşıl hidrogen" ixracı imkanları ölkəmizin enerji xəritəsindəki mövqeyini daha da gücləndirir. Bu baxımdan Ursula fon der Lyayenin Azərbaycanı regionun təmiz enerji mərkəzlərindən biri kimi qiymətləndirməsi təsadüfi deyil. Bu, Avropa İttifaqının uzunmüddətli enerji strategiyasında Azərbaycanın roluna verilən siyasi qiymətdir".

Deputat deyib ki, səfərin digər mühüm nəticəsi nəqliyyat və logistika məsələləri ilə bağlıdır: "Dünyada geosiyasi gərginliklərin artdığı, ənənəvi ticarət marşrutlarının müxtəlif risklərlə üzləşdiyi bir dövrdə Orta dəhlizin əhəmiyyəti sürətlə artır. Azərbaycan isə bu marşrutun əsas halqasıdır. Bu gün Azərbaycan təkcə tranzit imkanları təqdim edən ölkə deyil. Azərbaycan həm də Avropa ilə Asiyanı birləşdirən yeni geoiqtisadi arxitekturanın formalaşmasında aktiv iştirak edən və açar rola malik olan dövlətə çevrilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin ərazisindən keçən yükdaşımaların həcmi bütün istiqamətlər üzrə artır. Bu isə Azərbaycanın nəqliyyat strategiyasının uğurunun göstəricisidir".

E.Mirzəbəyli Bakıda aparılan danışıqların mühüm aspektlərindən birinin də regional təhlükəsizlik və sülh gündəliyi ilə bağlı olduğunu söyləyib: "Diqqətçəkən məqamlardan biri Avropa Komissiyası prezidentinin çıxışında regional əməkdaşlıq, kommunikasiyaların açılması və davamlı sülh məsələlərinə xüsusi diqqət ayırmasıdır. Bu yanaşma Azərbaycanın uzun illərdir müdafiə etdiyi mövqeyə yaxındır. Çünki rəsmi Bakı hesab edir ki, Cənubi Qafqazın gələcəyi qarşıdurma, bloklaşma, süni maneələrlə deyil, əməkdaşlıq, inteqrasiya, açıq, şəffaf və dürüst kommunikasiyalarla qurulmalıdır. Əslində, Avropa İttifaqının da regiona münasibətində tədricən müşahidə olunan dəyişikliklər bu reallığın qəbul edilməsindən qaynaqlanır. Bugünkü Azərbaycan təkcə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət deyil, həm də regional təhlükəsizlik, enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlı proseslərin mühüm iştirakçısıdır. Avropa İttifaqı həm də bu səbəbdən Bakı ilə münasibətlərə daha strateji prizmadan yanaşmağa başlayır".

Deputat vurğulayıb ki, Ursula fon der Lyayenin Bakıya səfərinin mahiyyəti, verilən bəyanatlar, Azərbaycanın bölgədəki rolunun düzgün qiymətləndirilməsi Avropa İttifaqının Cənubi Qafqazın yeni reallıqlarını nəzərə almağa başladığını və regional liderlik rolunu praktik siyasətdə qəbul etdiyini göstərir. "Bu səfər göstərdi ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin gələcəyi qarşılıqlı maraqlar üzərində qurulacaq. Enerji, "yaşıl transformasiya", nəqliyyat-kommunikasiya layihələri, rəqəmsal bağlantılar və regional təhlükəsizlik məsələləri əməkdaşlığın əsas istiqamətlərini təşkil edəcək. Səfər sübuta yetirdi ki, bu gün Avropa İttifaqı Azərbaycanla münasibətlərə ehtiyac duyur. Azərbaycan isə bu münasibətləri öz milli maraqları, suverenliyi və müstəqil siyasəti əsasında formalaşdırır. Məhz buna görə də Ursula fon der Lyayenin Bakıya səfəri dəyişən geosiyasi balansın, formalaşan yeni tərəfdaşlıq modelinin və Azərbaycanın beynəlxalq sistemdə artan rolunun növbəti təsdiqi kimi qiymətləndirilə bilər", - deyə E.Mirzəbəyli əlavə edib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya çempionatı: Argentina millisi Kabo Verdeni məğlub edərək 1/8 finala vəsiqə qazanıb  

09:32
04 İyul

Dünya çempionatı: Misir millisi 1/8 finala vəsiqə qazanıb

09:31
04 İyul

Azərbaycanın rəqəmsal transformasiya mərhələsinin strateji yol xəritəsi  

09:29
04 İyul

Bilmək istəyirəm

08:55
04 İyul

Yayın sevimli ləzzəti nə vaxt təhlükəyə çevrilir

08:50
04 İyul

Uşaqlar və yeniyetmələr sosial şəbəkələrin təhlükəsindən kənarda qalmalıdırlar

08:45
04 İyul

UNEC Zaqatala filialı: 10 il regionun inkişafına xidmət edən ali təhsil ocağı  

08:40
04 İyul

Orta dəhlizə yalnız iqtisadi dividend gətirən deyil, həm də siyasi zəmanət qazandıran layihə kimi yanaşmaq lazımdır

08:35
04 İyul

BTC-nin tarixində növbəti mühüm hadisə

08:30
04 İyul

NATO-nun Ankara sammitindən nələr gözlənilir

08:25
04 İyul

"Avropa Komissiyası emosiyalar və saxta siyasi stereotiplərə deyil, strateji maraqlara üstünlük verir"

08:20
04 İyul

Dövləti gücləndirən, həyatı asanlaşdıran rəqəmsal idarəetmə modeli

08:15
04 İyul

Tarixi xidmətlərə və gələcəyə yönəlmiş aydın baxış

08:10
04 İyul

"Türk Dünyası Həftəsi"nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər

08:05
04 İyul

ALTERNATİVSİZ LİDER

08:00
04 İyul

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Tənzimlənən qiymətlər haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:05
04 İyul

"Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:04
04 İyul

"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:03
04 İyul

Azercell abunəçilərinin nəzərinə

01:02
04 İyul

Çempionlar Liqası: “Sabah” iştirak ərizəsini UEFA-ya təqdim edib

22:36
03 İyul

Dünya Bankı Azərbaycanın yol sektorunda institusional islahatlara dəstəyə hazırdır

20:56
03 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!