03 Oktyabr 2025 08:20
1269
SİYASƏT
A- A+
Avropa İttifaqı Azərbaycanın regional və qlobal proseslərdəki rolunu düzgün qiymətləndirir

Avropa İttifaqı Azərbaycanın regional və qlobal proseslərdəki rolunu düzgün qiymətləndirir


Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirakı bunu təsdiqləyir


Danimarkanın paytaxtı Kopenhagen şəhərində "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı öz işinə başlayıb. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.  Oktyabrın 1-dən Danimarkada işgüzar səfərdə olan dövlətimizin başçısı Kopenhagendə bir sıra görüşlər keçirib, "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısının açılış mərasimində iştirak edib. 

"Avropa Siyasi Birliyi" (ASB) Avropa ölkələri arasında ən yüksək səviyyədə siyasi və strateji müzakirələr üçün yaradılmış əlaqələndirmə platformasıdır. Məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. ASB Avropa İttifaqının üzvləri ilə yanaşı, qonşu ölkələri də əhatə edərək, 40-dan artıq dövləti bir araya gətirir.

ASB-nin 7-ci Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edir. Plenar iclaslarda və ondan sonra keçiriləcək "dəyirmi masa"larda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhlükələr kimi mövzular müzakirə olunur.

Hazırda dünyada gedən proseslər və çoxqütblü dünya düzəninin formalaşmağa başladığı şəraitdə məhz orta güc dövlətlərinin mövqeləri və ümumi güc balansında rolu artmaqdadır. Artıq qlobal güclərlə yanaşı, öz regionlarında sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfələr verən, həmçinin qlobal gündəliyə təsir imkanına malik olan ölkələr də beynəlxalq münasibətlərin qurucularına çevrilirlər. Azərbaycan da bu yeni reallıqda özünü müstəqil siyasət yürüdən, güclü milli iradəyə və strateji baxışa malik regional və orta güc kimi təsdiqləyib. 

Bu baxımdan Prezident İlham Əliyevin ASB-nin zirvə toplantılarında iştirakı həmişə siyasi mərkəzlər, politoloqlar və KİV tərəfindən maraqla izlənilir. Dövlətimizin başçısı indiyə qədər bir neçə dəfə ASB-nin toplantılarında iştirak edib. 

Ümumiyyətlə, Prezident İlham Əliyev Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alır.  Sentyabrın 1-də Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak etmişdi. İndi isə Prezident İlham Əliyev Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın dəvəti ilə ASB-nin 7-ci Zirvə toplantısında iştirak edir. Bu da həm dövlətimizin başçısının, həm də respublikamızın beynəlxalq münasibətlər sistemində malik olduqları yüksək nüfuzun bariz göstəricisidir. 

Prezident İlham Əliyevin Kopenhagendə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen ilə görüşü göstərdi ki, Avropa İttifaqı Azərbaycanın regional və qlobal proseslərdəki rolunu düzgün qiymətləndirir.

Xatırladaq ki, "Avropa Siyasi Birliyi" 6-cı Zirvə toplantısı bu ilin may ayında Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmişdi və Prezident İlham Əliyev də tədbirdə iştirak etmişdi. 


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır  

10:23
07 Oktyabr

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

10:21
07 Oktyabr

Azərbaycan nefti 120,68 dollara satılır

10:21
07 Oktyabr

Nə gözəl sevgidi Vətən sevgisi

10:15
07 Oktyabr

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb  

10:10
07 Oktyabr

ABŞ-də zabit edam ediləcək

10:10
07 Oktyabr

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

10:09
07 Oktyabr

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına  

10:07
07 Oktyabr

Fizika üzrə Nobel mükafatına Frensis Haltsen layiq görülüb

10:05
07 Oktyabr

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

09:59
07 Oktyabr

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

09:58
07 Oktyabr

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb

09:54
07 Oktyabr

Kiyev raketlərlə vurulub, ölənlər var

09:50
07 Oktyabr

“Mənimlə fəxr edəcəksiz”

09:45
07 Oktyabr

İtməyən zəhmət

09:35
07 Oktyabr

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

09:33
07 Oktyabr

Yeni hədəflərə doğru

09:25
07 Oktyabr

Vətən çağıranda "kimdən əskiyəm" deyən oğul

09:15
07 Oktyabr

Vətən müharibəsinin ilk şəhidlərindən biri

09:10
07 Oktyabr

ZƏFƏR gündəliyi

09:05
07 Oktyabr

Azərbaycanın dəstəyi ilə "Şimal-Cənub" marşrutu qlobal logistik dəhlizə çevriləcək

09:00
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!