08 Noyabr 2025 09:20
448
CƏMİYYƏT
A- A+
Artıq 5 ildir mən Şuşalıyam 

Artıq 5 ildir mən Şuşalıyam 


Şuşalıyam. Təəssüf ki, məlum səbəbdən ömrümün 30 ilini Şuşaya həsrət qaldım. O üzdən xalqımızın və dövlətimizin tarixinə qızıl hərflərlə yazılan şanlı Qələbəmizdən sonra doğma Şuşanı tez-tez ziyarət edirəm. Bu yerlərin hər cığırında  izlərim var. Şuşanın adi daşına, divarına sığal çəkməkdən rahatlıq duyuram. 

Cıdır düzünün kənarında dayanıb sıldırım qayaları, gen dərələri, sıx meşələri, qartallar süzən zəngin səmanı seyr etdikcə, sanki ana təbiətin ovsununa düşürəm. İçimə hüzur dolur, azad Şuşanın xoşbəxt övladı kimi qürurlanıram. Bu sonsuz sevinci bizə yaşadan qəhrəman Azərbaycan əsgərinin dünyanı heyrətə gətirən hünərinə alqış deyirəm. 

Qələbə qurbansız olmur, deyirlər. Vətən sevdalı neçə igid balamız sinəsini düşmən gülləsinə sipər edib şəhid oldu, əbədiyyətə qovuşdu. Bu müqəddəs savaşda neçə ər oğlumuz yaralandı, sağlamlığını itirib qazi statusunu qazandı. Bu gün qədirbilən xalqımız da, qüdrətli dövlərimiz də şəhidlərin xatirəsini uca tutur, şəhid ailələrinə, qazilərə, veteranlara qayğı və diqqətini əsirgəmir.

Şuşaya hər səfərimdə bir yenilik görürəm. Andı, qibləsi vətən olan oğulların hünəriylə Şuşa canlanır, nazlı gəlin kimi cilvələnir. Doğma əllər Şuşanın gözəlliyinə hər gün, hər ay yeni naxışlar vurur. Bu gün Şuşa gözəlliyi ilə göz qamaşdırır, hər gələn qonağı heyran edir. 

30 il faşist xislətli Ermənistan silahlı qüvvələrinin işğalı altında inləyən, intizar gözləri yol çəkən Şuşa Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrəti, qəhrəman Azərbaycan əsgərinin hünəriylə azadlığa qovuşdu. 30 il qəfəsdə çırpınan  nəğməkar bülbül beş ildir ki, azaddır. 5 ildir ki, həsrətdən buz bağlamış ürəklərin donu açılıb. Şuşa yenə çal-çağırlı, bayram ovqatlı günlərinə qovuşub. 

30 il vətəndə qürbət nisgili yaşayan,  məcburi köçkün kimi ölkənin yaxın-uzaq bölgələrinə səpələnən şuşalılarda, qohum-qardaşda, dost-tanışla Şuşada  tez-tez qarşılaşıram. Qucaqlaşırıq, bir-birimizə sıxılıb sevinclə döyünən ürəklərimizin çırpıntılarını eşidirik. Xatirələr vərəqlənir, kövrək duyğulardan təsirlənirik. Hər belə görüşün dəyişməyən nəqarəti şükranlıq olur. Müzəffər Ali Baş Komandan  İlham Əliyevə sonsuz minnətdarlıq ünvanlayır, xoş arzular diləyirik. Xalqımıza həyat firavanlığı, dövlətimizə yenilməz qüdrət istəyini dönə-dönə dilə gətiririk.

Mən şuşalıyam. Bir zamanlar bu cənnətməkanda evimiz, həyətimiz olub. İndi Bərdədə yaşayıram. Burada çoxlu dostum, yoldaşım var. Amma etiraf edim ki Şuşanın cazibəsindən çıxmaq mümkün deyil. Axı mən 5 ildir Şuşasız şuşalı deyiləm.


Aydın SƏFƏROV,

Bərdə şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tarix yazılıb, nöqtə qoyulub, geri dönüş yoxdur

08:15
03 Mart

Azərbaycanın sabitlik və sülh modeli

08:10
03 Mart

Azəbaycanın BMT zirvəsi

08:05
03 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
03 Mart

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!