12 Aprel 2021 17:00
6797
CƏMİYYƏT
A- A+
Aprel döyüşlərinin əfsanəsi şəhid Pəncəli Teymurovun büstü açılıb

Aprel döyüşlərinin əfsanəsi şəhid Pəncəli Teymurovun büstü açılıb

 

Aprel döyüşlərinin əfsanəvi qəhrəmanlarından biri olan şəhid Pəncəli Teymurovun adı hər kəsə yaxşı tanışdır. Onu xüsusi təyinatlıların əfsanəsi də adlandırırlar. Elə bir qəhrəman idi ki, toy günündə hamı ona xoşbəxtlik diləyərkən, o, özünə Qarabağı azad etməyi və bu yolda şəhid olub üçrəngli bayrağımıza bükülərək dəfn edilməyi arzulayırdı. Pəncəli üç il sonra, ömrünün 35-ci baharında bu arzusuna çatır, Aprel döyüşlərində Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə düşmənə qan udduraraq şəhidlik zirvəsinə yüksəlir.

AZƏRTAC xəbər verir ki, Astarada Xüsusi Təyinatlı Qüvvələrin giziri Pəncəli Teymurovun xatirəsinə ucaldılmış büstün açılış mərasimi olub.

1981-ci il martın 24-də Astaranın Əzərud kəndində dünyaya göz açan Pəncəli Nurməmməd oğlu Teymurov hələ uşaq yaşlarında, Qanlı Yanvar və Xocalı soyqırımını televiziya vasitəsilə izləyərkən, hərbiçi olub mənfur düşməndən qisas alacağına söz verir. 1999-cu ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılan Pəncəli bu sözünü tutmaq üçün elə həmin ildən həyatını hərb sənətinə bağlayır. Ağdamda xidmət edən Pəncəli qısa zamanda hərbi hissənin ən mahir kəşfiyyatçılarından biri olur. Əsgərliyini bitirdikdən sonra könüllü olaraq yeni yaradılan Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçı-diversant taborunda xidmətə başlayır. Bir çox ölkələrdə hərbi təlimlərdə iştirak edir. Qardaş Türkiyədə xüsusi kəşfiyyat məktəbində təhsil alır. 17 il orduda Vətənə şərəflə xidmət edən Pəncəli Teymurov öz toyunda özünə arzuladığı arzu ilə hər kəsi təəccübləndirir.

Aprel döyüşlərinin qazisi Əliəhəd Mehdiyev deyir: “Pəncəli Teymurovu tanıyan, onunla xidmət edən bir yoldaş kimi deyə bilərəm ki, bizim üçün o, xüsusi təyinatların əfsanəsi idi. Pəncəli Vətənə, torpağa bağlı idi. Qardaşımızın öz toyunda özünə şəhidlik arzulaması onu göstərir ki, o, böyük vətənpərvər, igid, mərd, qorxmaz biri idi”.

Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən təxribat zamanı Tərtər istiqamətində döyüşə atılır, silahdaşları Murad Mirzəyev, Samid İmanov və Mühüd Orucovla birlikdə Talış yüksəkliyi uğrunda igidliklə vuruşur. Həmin istiqamətdə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən Pəncəli aprelin 3-də öz arzusuna çataraq, bu döyüşlərdə qəhrəmancasına şəhid olur. Aprelin 11-də şəhidin nəşi doğulduğu kənddə dəfn edilir.

Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunur.

Əzərud kəndində dəfn edilən şəhid Pəncəli Teymurovun məzarı şəhadətinin beşinci ildönümündə ziyarət olunaraq, ruhuna dualar oxundu. Onunla birlikdə Aprel döyüşlərində qəhrəmanlıqla vuruşan qazilər cəsur gizirlə bağlı xatirələrini bölüşdülər.

Aprel döyüşlərinin qazisi Əliəhəd Mehdiyev bildirib ki, Pəncəli Teymurov, Raquf Orucov, Samid İmanov, Murad Mirzəyev, Mühüd Orucov, Ravil Novruzov kimi igidlər tarixdə qalacaqlar. Çünki bu insanlar xalq qəhrəmanlarıdırlar. Baxmayaraq ki, Aprel döyüşlərindən 5 il ötür, yenə də xalqın onlara böyük sevgisini görürük. Belə qəhrəman qardaşlarımızın məzarları hər zaman ziyarət olunur. Nə qədər bu xalq var, bizim qəhrəmanlarımız da yaşayacaq".

Şəhid Pəncəli Teymurovun atası Nurməmməd Teymurov isə qeyd edib ki, Pəncəli kimi oğulların igidliyi sayəsində Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Füzuli və digər rayonlarımız işğaldan azad olundu. “Əsgərlərimizə, ordumuza və Ali Baş Komandana minnətdarlığımızı bildirirəm. Yaşasın Azərbaycan! Qarabağ bizimdir!”, - deyən şəhid atası oğlu ilə qürur duyduğunu vurğulayıb.

Daha sonra mərasim iştirakçıları şəhidin xatirəsinə əbədiləşdirilmiş ev-muzeyinin qarşısında büstünün açılışına qatılıblar. Açılış mərasimində Pəncəlinin ailə üzvləri, silahdaşları, Astara, Biləsuvar, Masallı, Cəlilabad və Lerikdən gələn təhsil işçiləri və kənd sakinləri iştirak ediblər. Mərasimdə çıxış edənlər Vətənə canı və qanı ilə bağlı olan Pəncəli Teymurov haqqında xatirələrini dilə gətirib, onun qəhrəmanlığından söz açıblar. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Şəhid Pəncəli Teymurovun anası Vahimə Teymurova deyib: “Aprel şəhidləri 44 günlük Vətən müharibəsində qələbənin təməlini qoydular. Mən fəxr edirəm ki, Pəncəli kimi oğlum olub. Pəncəli kimi bir yox, bir neçə oğullarım olub. Onların hər biri ilə fəxr edirəm. Qürur duyuram. Sevinirəm ki, torpağımız düşməndən azad edildi. Bizim şəhidlərin qanı yerdə qalmadı”.

2016-cı ilin aprel ayında 4 günlük müharibədə əldə olunan zəfər Rəşadətli Ordumuzun qüdrətini və xalqımızın sarsılmaz iradəsini göstərdi. Ordumuz 4 günlük döyüşdə məhz qanları və canları ilə adlarını tarixə yazan Pəncəli kimi qəhrəmanlarımız sayəsində xalqımıza qələbə sevinci yaşatdı və sonrakı tarixi zəfərimizin əsas müjdəçisi oldu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:23
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında

03:23
11 İyun

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında

03:22
11 İyun

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında

03:20
11 İyun

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında

03:19
11 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:16
11 İyun

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – MÜSAHİBƏ

23:38
10 İyun

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb  

23:37
10 İyun

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir 

23:37
10 İyun

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir

22:59
10 İyun

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub 

22:51
10 İyun

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir

22:43
10 İyun

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb 

22:09
10 İyun

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır 

22:02
10 İyun

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib  

21:38
10 İyun

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib  

21:17
10 İyun

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

20:22
10 İyun

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır  

19:37
10 İyun

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir  

19:28
10 İyun

2026-cı ildə dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

19:22
10 İyun

Sənaye istehsalı artıb

19:18
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!