17 Yanvar 2026 18:27
134
İQTİSADİYYAT
A- A+
Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  


Almaniyanın bir sıra aparıcı nəşrlərində, o cümlədən “Spiegel”, “Handelsblatt” və “Berliner Zeitung” qəzetlərində Azərbaycanın ilk dəfə Almaniya və Avstriyaya təbii qaz tədarükünə başlamasına dair məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, xəbərlərdə bu addım Avropanın enerji təhlükəsizliyi baxımından mühüm hadisə kimi qiymətləndirilir, Avropanın Rusiyadan enerji asılılığının azaldılması strategiyasına töhfə olduğu vurğulanır.

Alman nəşrləri bildirir ki, Rusiyanın Ukraynaya hücumundan sonra 2022-ci ilin yayında Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri zamanı Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünün artırılması barədə razılığın əldə edilməsi Avropanın Rusiyadan asılılığının azaldılması baxımından mühüm addım oldu.

Qeyd edilib ki, Azərbaycandan Almaniyaya və Avstriyaya qazın tədarükü Cənub Qaz Dəhlizi və Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə həyata keçirilir. Qaz Yunanıstan və Albaniya ərazisindən keçərək Cənubi İtaliyaya çatdırılır, oradan isə Avstriya və Almaniyaya ötürülür. Bu iki yeni bazarın əlavə olunması ilə Azərbaycan qazını idxal edən ölkələrin sayı 16-ya çatıb.

“Spiegel” qəzetində yayımlanan məqalədə əsas diqqət uzunmüddətli enerji əməkdaşlığına və sabit tədarük həcminə yönəlib və Almaniya bazarında Azərbaycan qazının strateji rolu xüsusi vurğulanır. Belə ki, Almaniya qaz tədarükünün ticarət və uzunmüddətli müqavilələr baxımından əhəmiyyəti qeyd edilib, SOCAR ilə SEFE arasında illik 1,5 milyard kubmetr qazın tədarükünü nəzərdə tutan onillik müqavilənin imzalandığı xatırlanıb. Nəşr, həmçinin vurğulayıb ki, Azərbaycanın Avropaya qaz ixracının ümumi həcminin 2025-ci ildə 12,8 milyard kubmetr təşkil etməsi bu ölkənin Avropa bazarında güclü mövqeyini göstərir. Eyni zamanda, vurğulanıb ki, ixracın daha da artırılması investisiyalardan və boru kəmərlərinin ötürmə qabiliyyətinin genişləndirilməsindən asılıdır.

Almaniyada iqtisadiyyat sahəsində ən mühüm nəşr kimi tanınan “Handelsblatt” qəzeti bu məsələyə enerji siyasəti prizmasından yanaşaraq, Azərbaycan qazının Avropanın təbii qaz idxalının şaxələndirilməsi strategiyasında əhəmiyyətli rol oynadığını qeyd edib. Almaniya hökumətinin Rusiyadan asılılığı azaltmaq strategiyası çərçivəsində Azərbaycan qazının idxalına başlanmasının önəmi vurğulanıb. Nəşr bildirib ki, Azərbaycan qazının Avropada mövqeyinin güclənməsi həm Almaniya, həm də ümumilikdə Avropa üçün enerji təhlükəsizliyinin təminatına xidmət edir.

“Berliner Zeitung” qəzetində yayımlanan məqalədə isə Azərbaycan qazının Avropa infrastrukturu ilə inteqrasiyasına və TAP-ın strateji roluna diqqət çəkir. Qəzet xatırladır ki, Almaniya bazarına rəsmi çıxış ilk dəfədir həyata keçirilir və TAP-ın Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi üçün strateji xətt rolunu oynayır. Qaz mövcud ötürücü şəbəkə vasitəsilə çevik şəkildə müxtəlif bazarlara yönləndirilir, bu da enerji təchizatının etibarlılığını artırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlanıb  

12:07
17 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb  

11:39
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!