11 Aprel 2025 12:36
430
CƏMİYYƏT
A- A+
Ali Məhkəmə cəza çəkməkdən azad edilmiş şəxsə təkrar müavinətin təyin olunması ilə bağlı qərar verib  

Ali Məhkəmə cəza çəkməkdən azad edilmiş şəxsə təkrar müavinətin təyin olunması ilə bağlı qərar verib  

Azərbaycan Respublikasının Ali Məhkəməsi cəza çəkməkdən azad edilmiş şəxsə təkrar müavinətin təyin olunması ilə bağlı qərar verib.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, işin hallarına görə, iddiaçı Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci və 69.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, 10.02.2021-ci il tarixdən 08.10.2021-ci il tarixədək cəza müddətini çəkərək Qaradağ Rayon Məhkəməsinin 08.10.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 ay 29 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunub. Bununla əlaqədar iddiaçı 15.10.2021-ci il tarixdə ərizə ilə birdəfəlik müavinətin təyini ilə bağlı müraciət edib və cavabdeh tərəfindən ona 1000 manat məbləğində birdəfəlik müavinət təyin olunub. Daha sonra iddiaçı yenidən Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, 26.03.2022-ci il tarixdən 04.08.2023-cü il tarixədək cəza müddətini çəkib Qaradağ Rayon Məhkəməsinin 04.08.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 ay 22 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunub. Azadlığa çıxdıqdan sonra iddiaçı yenidən birdəfəlik müavinətin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, ona müavinətin artıq bir dəfə verildiyi əsas gətirilərək imtina edilib.

Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ikinci dəfə azadlıqdan məhrum edilməsi ilə əlaqədar müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edib. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilib, iddiaçıya penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxs kimi sosial adaptasiyası məqsədilə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulub.

Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etsə də, şikayət təmin edilməyib. Bundan sonra cavabdeh kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin İnzibati kollegiyası cavabdehin şikayətini əsaslı hesab edərək iddianın rədd edilməsinə dair qərar çıxarıb.

Ali Məhkəmə özünün mövqeyini aşağıdakılarla əsaslandırıb.

Aşağı instansiya məhkəmələri iddia tələbini təmin edərkən ona istinad edib ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununda cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təkrar təyin olunmasından imtina edilməsi barədə heç bir hüquqi norma yoxdur. Qeyd edilən məsələ ilə əlaqədar qanunvericilikdə aşkar norma olmasa belə, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş vətəndaşların məsuliyyəti və vəzifələri ilə bağlı konstitusion normaları nəzərə alaraq, eləcə də adıçəkilən Qanunun sistematik təfsiri əsasında onun əsas məqsəd və prinsiplərini rəhbər tutaraq aşağı instansiya məhkəmələrinin hüquqi mövqeyi ilə razılaşmır. Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununda cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təkrar təyin olunmasından imtina edilməsi barədə aşkar normanın olmaması, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vətəndaşların vəzifələrinə dair tələblərin yerinə yetirilməməsi vəziyyətləri mövcud olduqda belə, birdəfəlik müavinət almaq hüququnun təmin olunması ilə nəticələnməməlidir. Çünki vətəndaşların vəzifələri onların hüquq və azadlıqları ilə bilavasitə bağlıdır, ona görə də haqlı olaraq onlardan Konstitusiya və qanunlarla müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi gözlənilir, eləcə də həmin vəzifələrin yerinə yetirilməməsi müvafiq məsuliyyət doğurur.

İşin hallarından müəyyən olunur ki, iş üzrə iddiaçıya 26.10.2021-ci il tarixində birdəfəlik müavinət təyin olunaraq ödənilmiş, sosial adaptasiyada olduğu 1 il müddətində onun tərəfindən qəsdən cinayət törədilərək yenidən azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qeyd olunan hal onu deməyə əsas verir ki, iş üzrə əvvəlki sosial adaptasiya tədbirinin həyata keçirilməsi ilə Qanunun güddüyü məqsədin reallaşması (sosial mühitə uyğunlaşmaq, şəxsə təsir göstərə bilən kriminogen amillərdən uzaqlaşmaq və yeni cinayətlərin törədilməməsi) faktı baş verməyib. Sosial adaptasiya tədbirlərinin güddüyü məqsədə nail olunmaması hazırkı halda birbaşa iddiaçının təqsirli hərəkətləri ilə bağlı olub. Belə ki, 1 illik sosial adaptasiya müddəti ərzində törədilmiş cinayət ehtiyatsızlıqdan deyil, qəsdən törədilmiş cinayət olub.

Cəza çəkməkdən azad edilmiş şəxs qeyd olunan Qanunun verdiyi hüquqlardan yararlanarkən, həm də Qanunun 9.3-cü maddəsində təsbit edilmiş üzərinə düşən vəzifə və öhdəliklərə də əməl etməlidir. Qanunun 9.3-cü maddəsi sosial adaptasiya müddətində cəza çəkməkdən azad edilmiş şəxsə öz vəzifələrinə əməl edilməsi və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına riayət edilməsi tələblərini nəzərdə tutur. Başqa sözlə, sosial adaptasiya tədbirləri yalnız dövlət tərəfindən birtərəfli həyata keçirilməli tədbirləri deyil, məhz qarşılıqlı öhdəliklərin mövcud olduğu tədbirlər sistemini nəzərdə tutur. Həmin qarşılıqlı öhdəliklər çərçivəsində barəsində sosial adaptasiya tədbirləri tətbiq edilən şəxsdən də müvafiq qaydada davranış gözlənilir. Legitim olan həmin gözlənti minimal davranış qaydalarını da ehtiva edir. Ən azından sosial adaptasiya müddəti ərzində qəsdən yeni cinayətin törədilməməsi belə minimal davranışla əhatə olunur.

Bu mənada, iddiaçı Qanunun verdiyi bu birdəfəlik müavinət hüququndan yararlandıqdan sonra sosial adaptasiyada olduğu 1 il müddətində yenidən qəsdən cinayət törətdiyi üçün üzərinə düşən vəzifə və öhdəliklərə əməl etməyib, Konstitusiyanın və Qanunun tələblərini pozub. Beləliklə, cavabdeh inzibati orqanın imtinası qanunauyğun olub, kifayət qədər əsaslandırılmış və iddiaçının hüquqlarına qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmayıb.

Kollegiya onu da qeyd etməyi zəruri hesab edib ki, iş üzrə gəlinmiş nəticə mübahisə predmeti ilə əlaqəli şəkildə işin xüsusi halları nəzərə alınmaqla hazırkı halda iddiaçıya münasibətdə sosial adaptasiya tədbirlərindən biri kimi məhz birdəfəlik müavinətin ödənilməsindən imtinanın yolverilənliyinə qiymət verilməsi ilə bağlıdır. Bu mənada, sosial adaptasiya dövrü ərzində yenidən cinayətin törədilməsi faktının mövcudluğu, ümumiyyətlə bu kateqoriyaya aid şəxslərə münasibətdə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunda nəzərdə tutulmuş digər bütün sosial adaptasiya tədbirlərinin tətbiq edilməsindən imtina üçün də əsas yaradan hal kimi qiymətləndirilə bilməz. Əks yanaşma, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsini mümkünsüz edər, Qanunun əsas məqsədi ilə ziddiyyət yaratmış olardı.

Bununla yanaşı, gələcək oxşar işlərdə məhkəmələr hər dəfə konkret hansı sosial adaptasiya tədbirinin tətbiqi ilə bağlı mübahisə yarandığını, eləcə də hər bir işin xüsusi hallarını və yuxarıda qeyd olunmuş hüquqi mövqeləri nəzərə almaqla konkret sosial adaptasiya tədbirinin tətbiqindən imtina üçün əsasın mövcud olub-olmadığına qiymət verməlidirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

22:06
13 İyun

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

21:17
13 İyun

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

20:34
13 İyun

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

20:24
13 İyun

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

20:09
13 İyun

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb  

19:51
13 İyun

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

19:15
13 İyun

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub 

18:36
13 İyun

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

17:56
13 İyun

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”  

17:39
13 İyun

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

17:26
13 İyun

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

17:03
13 İyun

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

16:58
13 İyun

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır  

16:47
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

16:36
13 İyun

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO  

15:59
13 İyun

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

15:48
13 İyun

Şuşa Bəyannaməsi inteqrasiyanı təşviq edən strateji baxış sənədidir  

15:36
13 İyun

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti hər il daha da artır   

15:22
13 İyun

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

15:21
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub  

15:20
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!