20 İyun 2025 09:25
903
Mədəniyyət
A- A+
Aktrisalığı tale yazısı hesab edirdi

Aktrisalığı tale yazısı hesab edirdi


Teatrda, kinoda böyüklüyündən, kiçikliyindən, xarakterindən asılı olmayaraq ifa etdiyi hər rolla tamaşaçıların dərhal diqqətini cəlb edir və yaddaşlarda qalırdı...   

Səksən il öncə - 1945-ci il iyunun 15-də Gəncə şəhərində dünyaya gələn Amaliya Pənahova ömrünün ilk çağlarından aktrisalıq sənətinin sehrinə düşmüşdü. O, uşaqlıq illərindən teatra, səhnəyə maraq göstərirdi. İllər sonra həmin günləri xatırlayır, sanki özü-özünə yaradıcılıq hesabatı verirdi: "Mən aktrisa olmaq üçün dünyaya gəldim. İllər keçdikcə buna daha çox əmin oluram. Hərdən özümə sual verirəm: ola bilərdimi başqa sahədə işləyim? İnanın, bunu təsəvvürə gətirmək qeyri-mümkündür. Görünür, hər bir adamın taleyi, eləcə də sənəti hələ dünyaya gəlməzdən əvvəl müəyyən olunur. Gəncədə, bizim qonşuluğumuzda bir bina vardı. Orada Gəncə Teatrının işçiləri, onların ailələri yaşayırdılar. Səhər açılandan axşam düşənə qədər bizim həyətdən uşaqların səs-küyü əskik olmazdı. Mənim doğma, şirin uşaqlıq xatirələrim bu səsli-küylü mühitlə bağlıdır. Bəlkə sənət seçimim də elə o mühitdən gəlirdi".

Onun on yaşı olanda atasının işi ilə əlaqədar Bakıya köçdülər. Gəncədə orta məktəbin dördüncü sinfində oxuyan Amaliya Pənahova təhsilini Bakıdakı 4 saylı məktəbdə davam etdirdi. Orta məktəbi başa vurduqdan sonra Moskvaya getmək, orada Ümumittifaq Kinematoqrafiya İnstitutunda oxumaq istəyirdi. Atasının qəti etirazı bu arzusunu reallaşdırmasına mane oldu. Ancaq o, aktrisa olmaq istəyindən əl çəkmədi. On yeddi yaşında Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu ixtisası fakültəsinə qəbul edildi. Adil İsgəndərovun tələbəsi oldu. Aktyorluq sənətinin sirlərini bu görkəmli sənətkardan öyrəndi.

İstedadı elə tələbəliyinin ilk illərindən ona sənətdə yol açmağa başladı. Sehrinə uşaqlıq illərindən düşdüyü səhnəyə də tələbə ikən qədəm qoydu. İkinci kursda oxuyanda dördüncü kurs tələbələrinin hazırladığı "Romeo və Cülyetta" tamaşasında Cülyetta rolu ona həvalə olundu. Azərbaycan Dövlət Akademik Dram Teatrına (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) baş rejissor təyin olunan Tofiq Kazımov kursa rəhbərlik edirdi. Həmin vaxt İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesi teatrda tamaşaya hazırlanırdı. Rejissor pyesi Amaliya Pənahovaya verdi. Tapşırdı ki, oxuyub qeydlərini etsin. 

On səkkiz yaşında İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" tamaşasına Nargilə roluna dəvət olundu. Rejissor Tofiq Kazımovun səhnələşdirdiyi bu tamaşa Amaliya Pənahovaya şöhrətin qapısını açdı. Sonralar sənətdəki ilk uğurunu minnətdarlıq duyğusu ilə yada salırdı: "Əgər mən teatra "Sən həmişə mənimləsən" tamaşasındakı Nargilə ilə gəlməsəydim, bəlkə də mənim tamam başqa taleyim olardı", - deyirdi.

Nargilədən sonra uğurlar onun sənət yolunu izlədi. Amaliya Pənahova 1964-cü ildən başlayaraq teatrda yüzlərlə obraza səhnə həyatı verdi. Tamaşaçılar onu  Tomris, Burla Xatun, Məhsəti, Natəvan, Medeya, Larisa, Ofeliya, Linza və başqa rollarda gördülər, sevdilər.

Amaliya Pənahovanın yaradıcılığında görkəmli dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin əsərlərinin xüsusi yeri oldu. O, dramaturqun bir sıra pyeslərindəki maraqlı rolları səhnədə canlandırdı. "Unuda bilmirəm"də Nərmin, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Şahnaz, "Mənim günahım"da Nurcahan və başqa rollar onun ifasında təqdim olunaraq tamaşaçı rəğbəti qazandı.

Teatr kimi, kino sahəsində fəaliyyəti də diqqətçəkən oldu. Amaliya Pənahova 30-dan çox filmdə bənzərsiz rollar ifa etdi. Kinoda çəkilməyə də tələbəlik illərində başladı. Müəllimi Adil İsgəndərov 1963-cü ildə ekranlaşdırdığı "Əhməd haradadır?" filmində ona Məsmə rolunu verdi. Bu epizodik roldan sonra - 1964-cü ildə rejissor, yazıçı və kinodramaturq Həsən Seyidbəyli "Cazibə qüvvəsi" filmində bu istedadlı tələbə qıza idmançı obrazını həvalə etdi. Sonralar bir-birindən maraqlı filmlərdə - "Sən niyə susursan?"da uşaqlı ana, "Həyat bizi sınayır"da Münəvvər, "Xatirələr sahili"ndə Xalidə, "Səmt küləyi"ndə Xədicə, "Mezozoy əhvalatı"nda Nərminə, "Ən vacib müsahibə"də zoopark müdiri, "Qərib cinlər diyarında"da Zərri, "Arxadan vurulan zərbə"də Ziba, "Babək"də Zərnisə və başqa filmlərdə iştirak etdi. 

Gənc yaşlarında - 1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görüldü. Amaliya Pənahovaya teatr və kino sənətinin inkişafındakı xidmətlərinə görə, 1974-cü ildə Əməkdar artist, 1985-ci ildə isə Xalq artisti fəxri adları verildi.

İstedadlı aktrisa bacarıqlı rejissor olduğunu da 12 televiziya və teatr tamaşasına quruluş verməklə təsdiq etdi. Onların çoxu - "Mənim günahım", "Təkan", "Sənsiz", "Tomris", "Dəli Domrul" və digər tamaşalar lentə alındı, hazırda televiziyanın "Qızıl fondu"nda saxlanılır. 

Amaliya Pənahovanın Azərbaycan teatr sənətinə göstərdiyi xidmətlərdən biri də 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratması oldu. Həmin teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etdi.

O, yalnız teatrda gənc aktyorlara səhnə sənətinin incəliklərini öyrətmədi. Amaliya Pənahova həm də pedaqoji fəaliyyətlə məşğul oldu. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunan sənətkar bu təhsil ocağında uzun illər çalışdı. Universitetin professoru oldu. 2013-cü ildə o, "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını aldı.

2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, MDB Parlamentlərarası mədəniyyət, informasiya, turizm, idman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentləri işçi qrupunun sədri oldu.

Amaliya Pənahova 2003-cü ildən Prezident təqaüdçüsü idi. O, 1995-ci ildə "Şöhrət" ordeni, 2013-cü ildə isə "Şərəf" ordeni ilə təltif edildi. 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olundu.

Unudulmaz aktrisa 2018-ci il noyabrın 8-də 73 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişdi.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!