ADA Universitetinin keçirdiyi virtual Karyera Hazırlığı Həftəsi və Sərgi beynəlxalq mükafata layiq görülüb
ADA Universiteti tərəfindən keçirilən virtual Karyera Hazırlığı Həftəsi və Sərgi aprelin 22-də “Ernst&Young” şirkətinin sponsorluğu ilə təşkil olunan Qlobal Karyera Xidmətləri Sammitində “Ən yaxşı universitet-işəgötürən tərəfdaşlığı” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb.
Belə ki, Universitetin Karyera Xidmətləri Mərkəzinin təşkil etdiyi hər iki karyera tədbiri layihə təklifi qismində sammitin işçi qrupuna dəyərləndirmə üçün təqdim edilib. Təklif beynəlxalq ekspertlərdən ibarət qiymətləndirmə komandası tərəfindən müxtəlif kriteriyalar üzrə dəyərləndirilib, onun orijinallığı, təsiri, həyata keçirilmə keyfiyyəti qiymətləndirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, sammit zamanı bu nüfuzlu mükafata layiq görülənlər sırasında müxtəlif nominasiyalar üzrə ABŞ, İngiltərə, Kanada və Mərakeşin tanınmış universitet və karyera mərkəzləri də yer alıb. Sammitin əsas məqsədlərindən biri karyera xidmətləri göstərən beynəlxalq ekspertlər arasında dialoqun və təcrübə mübadiləsinin genişləndirilməsidir.
Bu mükafatı gələcək liderlərin yetişdirilməsində illər boyu davam edən uğurlu xidmət və zəhmətin nəticəsi kimi qiymətləndirən ADA Universitetinin tələbə xidmətləri və məzun işləri üzrə prorektor müavini Gülnur İsmayıl bildirib: “Tələbələrin peşəkar hazırlığını, öz biliklərini lazımi səviyyədə təqdimetmə bacarıqlarını inkişaf etdirmələri və məzun olmazdan əvvəl peşəkar ünsiyyətlərini genişləndirmələri üçün onları erkən mərhələdə karyeraya hazırlamağa çalışırıq. Bunun üçün isə istedadların yetişdirilməsində və inkişafında bizə dəstək göstərən Azərbaycandakı və xaricdəki yerli və beynəlxalq tərəfdaşlarımıza borcluyuq”.
Qeyd edək ki, ADA Universitetində 2021-ci ildə təşkil edilən Karyera Hazırlığı Həftəsi (1-16 aprel) çərçivəsində 14 yerli və xarici müəssisənin, şirkət, beynəlxalq təşkilat və dövlət qurumunun 50-dən çox yüksəkixtisaslı peşəkarı 200-dən artıq ADA tələbəsinə onlayn təlim və seminarlar keçib, təcrübələrini paylaşıblar.
Aprelin 15-16-da keçirilən virtual Karyera Sərgisi isə 800-dən çox ADA tələbə və məzununu 71 yerli və xarici qurum və şirkətin 120-dən artıq nümayəndəsi ilə Azərbaycanda ilk dəfə istifadə edilən “Whova” platforması vasitəsilə bir araya gətirib.
ADA Universitetinin Karyera Xidmətləri Mərkəzi 2009-cu ildən etibarən tələbə və məzunların dəyişkən əmək bazarına keçidini dəstəkləmək üçün karyera tədbirləri təşkil edir.
Mərkəz həm ADA istedadları ilə, həm də on fərqli sahədə fəaliyyət göstərən yerli və xarici müəssisə, şirkət, beynəlxalq təşkilat və dövlət qurumu ilə mütamadi olaraq ünsiyyətdədir. Karyera Xidmətləri Mərkəzi vasitəsilə müxtəlif qurumlarda staj keçmək fürsətindən yararlanan tələbələr çox zaman elə həmin qurumlarda iş təklifi alırlar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan neftinin qiyməti 90 dolları ötüb
27 Aprel
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
27 Aprel
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb
27 Aprel
Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb
27 Aprel
"Əgər torpaq uğrunda şəhid olsam..."
27 Aprel
Muğam ifaçılığı sahəsində sənət estafeti etibarlı əllərdədir
27 Aprel
Böyük ehtiramın ifadəsi
27 Aprel
Bizi kəmiyyət yox, keyfiyyət qane etmir
27 Aprel
Ölkəmiz sürətlə Çin bazarına daxil olur
27 Aprel
Ölkəmiz qlobal dəhliz layihələrinin də əsas iştirakçılarındandır
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!