10 Fevral 2026 08:10
189
SİYASƏT
A- A+
ABŞ vitse-prezidentinin regiona səfərinin ciddi nəticələri olacaq

ABŞ vitse-prezidentinin regiona səfərinin ciddi nəticələri olacaq


ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin keçən bir il ərzində sürətlə inkişafının parlaq göstəricilərindən biridir. Bu səfər regionda və dünyada çox gərgin və təlatümlü proseslərin getdiyi bir dövrə təsadüf edir. Belə bir dövrdə Ceyms Devid Vensin regiona səfəri göstərir ki, Cənubi Qafqaz, Azərbaycan ABŞ-nin xarici siyasətində çox önəmli yer tutur. 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, bu səfərin Vaşinqton və Bakı arasındakı münasibətlər üçün əhəmiyyəti böyükdür: "İlk olaraq qeyd etmək lazımdır ki, ötən bir ildə Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında bir neçə dəfə həm ikitərəfli, həm də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşlər baş tutub. Bu görüşlərdə həm Cənubi Qafqazın ümumi gələcəyi, həm də ikitərəfli münasibətlərlə bağlı bir çox razılıqlar əldə edilib. Əlbəttə ki, bu anlaşmalar içərisində ən mühüm əhəmiyyətə malik olan Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi istiqamətində aparılan işlərin sürətlənməsi və Zəngəzur dəhlizi ilə bağlı praktiki nəticələri olan razılıqların əldə olunmasıdır. Bu, dəhlizin ABŞ-nin iştirakı ilə TRIPP adı altında açılmasını nəzərdə tutur. Bu istiqamətdə artıq ciddi işlər görülüb. Bu, həmçinin ABŞ Prezidentinin Azərbaycana, ümumilikdə Cənubi Qafqaza münasibətində ciddi konstruktiv mövqeyinin olmasının göstəricisidir". 

Siyasi şərhçi qeyd edib ki, əvvəlki Co Bayden administrasiyasının birtərəfli ermənipərəst mövqeyi nəticəsində Amerikanın bütün vasitəçilik cəhdləri iflasa uğramışdı. Azərbaycan tərəfi açıq mövqe ifadə etmişdi ki, ABŞ sülh prosesində obyektiv, konstruktiv mövqe tutmasa, onun vasitəçiliyi ölkəmiz tərəfindən müsbət qarşılanmayacaq. "Donald Trampın prezident seçilməsindən sonra bu ölkənin xarici siyasətində edilmiş ciddi korrektələr ABŞ-nin Azərbaycan-Ermənistan sülh prosesində ən vacib aktor kimi çıxış etməsi ilə nəticələndi. Ceyms Devid Vensin səfəri məhz bu istiqamətdə əldə olunmuş razılaşmanın bir daha müzakirə edilməsinə, onların daha səmərəli şəkildə icra olunmasına xidmət edəcək", - deyə o əlavə edib.

ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlər baxımından da mühüm əhəmiyyət daşıdığını deyən V.Hüseynov vurğulayıb ki, Vensi ABŞ-dən biznes nümayəndələri də müşayiət edəcək. Bu səfər çərçivəsində Amerika-Azərbaycan iqtisadi münasibətlərinin dərinləşməsi, investisiya imkanları, eyni zamanda ticarət dövriyyəsinin artırılması ilə bağlı təşəbbüslər müzakirə ediləcək. Bütün bunları nəzərə aldıqda görərik ki, ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlər üçün tarixi əhəmiyyətə malikdir. Bu səfərin, şübhəsiz ki, həm Cənubi Qafqaz, həm də Azərbaycan-ABŞ əlaqələri üçün ciddi nəticələri olacaq.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Ticarət Palatasının baş vitse-prezidenti: Azərbaycan COP29-u çox uğurlu şəkildə təşkil etdi  

10:08
10 Fevral

Kuş Çoksi: Azərbaycan bazarında fəaliyyət göstərməyin üstünlükləri çoxdur  

10:07
10 Fevral

UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrliyi ilə G-77 və Çin Qrupunun plenar iclası keçirilib  

09:58
10 Fevral

Dünya maliyyə bazarı çalxalanır

08:50
10 Fevral

Sənətə böyük vurğunluq

08:45
10 Fevral

Həyat çox sınağa çəksə də...

08:40
10 Fevral

Qazaxıstan BTC ilə neft ixracını artırır

08:35
10 Fevral

Şuşa zəngin şəhərsalma mədəniyyətinin nadir incisidir

08:30
10 Fevral

Uşaqlar nəzarətsiz qalmamalıdırlar

08:25
10 Fevral

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub

08:20
10 Fevral

Hüququn Zəfəri, tarixi ədalətin bərpası

08:17
10 Fevral

İlham Əliyev üçün sülhün alternativi yoxdur

08:15
10 Fevral

ABŞ vitse-prezidentinin regiona səfərinin ciddi nəticələri olacaq

08:10
10 Fevral

Sülhün qorunması ümumi məsuliyyətdir

08:05
10 Fevral

ABŞ-Azərbaycan strateji tərəfdaşlığı dərinləşir

08:00
10 Fevral

T.Y.Budaqovun Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

01:47
10 Fevral

Əmək pensiyalarının indeksləşdirilməsi haqqında

01:47
10 Fevral

T.Y.Budaqovun Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında

01:46
10 Fevral

"Notariat haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:45
10 Fevral

"Notariat haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 336-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:45
10 Fevral

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
10 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!