10 Fevral 2026 08:35
330
İQTİSADİYYAT
A- A+
Qazaxıstan BTC ilə neft ixracını artırır

Qazaxıstan BTC ilə neft ixracını artırır


Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri əsasən "Azəri-Çıraq-Günəşli" neftini daşıyır. Bu boru xəttinə həmçinin Xəzərin digər regional xam neft həcmləri, o cümlədən Qazaxıstan nefti də vurulur.

Hazırda BTC marşrutu üzrə tədarükün resurs bazasını əsasən "KMQ Kaşaqan B.V." şirkəti vasitəsilə ixrac edilən "Kaşaqan" yatağının, həmçinin "Tenqizşevroyl"un resursları təşkil edir. Ötən il BTC ilə 1,3 milyon ton Qazaxıstan nefti göndərilib. Cari ildə isə bu rəqəmin 1,6 milyon ton olması planlaşdırılır. Müqavilə öhdəlikləri ilə 2,2 milyon ton həcmdə təsbit edilib. Mövcud texniki imkanlar nəzərə alınmaqla və iqtisadi məqsədəuyğunluq saxlanılmaq şərti ilə perspektivdə bu istiqamət üzrə tədarükün mərhələli şəkildə ildə 7 milyon tona qədər artırılması mümkündür.

"KazMunayQaz" ilə SOCAR (Azərbaycan Respublikas Dövlət Neft Şirkəti) arasında strateji əməkdaşlıq bu marşrut üzrə neft tranziti üçün dayanıqlı modelin formalaşdırılmasına yönəlib. Əsas prioritet şəffaf şərtlərin təmin edilməsi və infrastrukturun modernləşdirilməsi hesabına bu yolun qazaxıstanlı yükgöndərənlər üçün cəlbediciliyinin artırılması olacaq. Tərəflər tərəfdaşlığın uzunmüddətli prinsiplərini möhkəmləndirməyi, marşruta yeni yataqları işlədən şirkətləri cəlb etməyi və sərbəst boru kəməri tutumundan maksimum səmərə ilə istifadə etməyi planlaşdırırlar. Başlıca məqsəd ixracın fasiləsizliyinə zəmanət vermək və tərəfdaşlar qarşısında etibarlılığı təmin etməkdir. 

Bunları Qazaxıstanın energetika naziri Erlan Akkenjenov AZƏRTAC-a müsahibəsində də vurğulayıb. O deyib: "İxrac marşrutlarının diversifikasiyası hər bir ölkə üçün normal tapşırıqdır. 2022-ci ildən etibarən Prezident Kasım-Æomart Tokayevin tapşırıqlarına uyğun olaraq, nazirliyimiz əlavə tədarük yollarının inkişafı üzərində fəal işləyir. Əsas istiqamətlərdən biri kimi Bakı-Tbilisi-Ceyhan neft kəmərindən istifadə edilir və Xəzər üzərindən Avropa bazarlarına sabit tanker daşımalarını qaydasına salmışıq".

Məlum olduğu kimi, neftin tranziti Aktau limanı vasitəsilə həyata keçirilir. Bəs limanın infrastrukturu həcm artımının öhdəsindən gələ biləcəkmi? Bununla bağlı bildirilib ki, indi Aktau limanı "Şimal-Cənub" və Orta dəhlizi birləşdirən əsas beynəlxalq qovşaqlardan birinə çevrilir. Qlobal logistikanın dəyişdiyi şəraitdə Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə reydlərin irimiqyaslı yenidənqurma işlərinə başlanıb. Bu isə ildə bir milyonadək konteynerin emalına imkan verəcək. İxracın artımı nəzərə alınaraq infrastruktur öncədən inkişaf etdirilir, eyni zamanda "vahid pəncərə" və "door-to-door" fasiləsiz çatdırılma kimi rəqəmsal xidmətləri tətbiq olunur (nəqliyyat şirkətinin daşınmanın bütün mərhələlərini öz üzərinə götürdüyü kompleks logistika xidməti). Rəqabətli tariflər və "dar boğaz"ların aradan qaldırılması sayəsində Aktau regional limandan mühüm transmilli qovşağa çevrilir və Qazaxıstanın tranzit cəlbediciliyini gücləndirir.

Qeyd edək ki, Qazaxıstan bizim enerji layihələrimizi həmişə dəstəkləyib. Hələ 1999-cu ilin noyabr ayında İstanbul şəhərində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin marşrutunu müəyyənləşdirən sənədi Azərbaycan, Gürcüstan, Türkiyə, ABŞ prezidentləri ilə birgə Qazaxıstanın dövlət başçısı da imzalamışdı. 2005-ci ilin may ayında BTC-yə ilk neft axıdılarkən Səngəçal terminalında keçirilən tədbirdə Azərbaycan, Gürcüstan, Türkiyə prezidentləri ilə yanaşı, Qazaxıstanın dövlət başçısı da iştirak etmişdi. Bu kəmərə xeyli müddətdir Qazaxıstan nefti də vurulur. 

Ümumiyyətlə, həm Azərbaycanın, həm də Qazaxıstanın karbohidrogen ehtiyatları ilə zəngin olması bu iki qardaş ölkəyə neft və qaz sektorunda da əməkdaşlığı genişləndirməyə imkan verir. İndi bu əməkdaşlıq getdikcə şaxələnir. Belə ki, "yaşıl enerji" potensialı böyük olan ölkələrimiz enerji keçidi dövründə yeni layihələrə imza atır və bu sahədə sıx əlaqələr yaradırlar.

Hər iki dövlətin iştirak etdiyi ambisiyalı layihələrdən biri "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"dir. Bu layihəyə əsasən, Mərkəzi Asiyada istehsal olunan bərpaolunan enerji Azərbaycandan tranzit keçməklə Avropaya ixrac olunacaq. Bu barədə ilkin sənəd 2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində imzalanıb.

Beləliklə, böyük "yaşıl enerji" potensialına sahib olan Qazaxıstan da daxili tələbatını ödəməklə yanaşı, enerji ixrac etmək imkanına da malikdir. Qazaxıstanla yanaşı, Mərkəzi Asiyanın digər respublikalarının da alternativ və bərpaolunan enerji potensialı var. Odur ki, bütün bunlar Azərbaycandan keçən "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nin formalaşmasını zərurətə çevirib.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!