12 Fevral 2023 01:54
642
DÜNYA
A- A+
ABŞ Rusiya ilə START üzrə danışıqların bərpasına hazırdır

ABŞ Rusiya ilə START üzrə danışıqların bərpasına hazırdır

 

Vaşinqton Moskva ilə START müqaviləsi (Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Tədbirləri haqqında Müqavilə/START-Strategic Arms Reduction Treaty) üzrə danışıqların bərpasında və strateji obyektlərdə yoxlamaların davam etdirilməsində son dərəcə maraqlıdır. 
Bu barədə brifinq zamanı jurnalistlərə məlumat verən ABŞ dövlət katibinin silahlara nəzarət üzrə müavini Bonni Cenkins deyib: "Məqsədimiz Rusiyaya aydın şəkildə anlatmaqdır ki, onlar istədikləri  anda biz görüşməyə hazırıq. Təəssüf ki, onlar bunu Ukraynada baş verənlərlə əlaqələndirirlər".
Moskva isə öz növbəsində dəfələrlə bəyan edib ki,  START üzrə konstruktiv dialoqu bərpa etməyə hazırdır, lakin bunun üçün "heç bir minnət olmamalıdır". Həmçinin qeyd olunub ki, ABŞ-dən danışıqların bərpası ilə bağlı siqnallar var.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-lə münasibətlərdə ən problemli məqamlar barədə danışıb. Onun dediyinə görə, Rusiya START-dan imtina etmir və müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirir, ABŞ isə öz öhdəliklərinə kifayət qədər sərbəst yanaşır: "Biz əlimizi uzadıb onların arxasınca getmirik, heç bir lütf istəmirik".
Diplomat həmçinin əlavə edib ki, amerikalılar START məsələsi ilə bağlı Rusiyaya qarşı açıq iddialar irəli sürüb və Moskvanın guya müqavilə şərtlərini pozduğunu bildirib. S.Ryabkov ABŞ-nin Moskvadakı yeni səfiri Linn Treysi ilə müqavilə ətrafında vəziyyəti müzakirə edib. O bildirib ki, Rusiya ABŞ-lə Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Tədbirləri haqqında Müqavilə və təhlükəsizlik məsələlərinə dair işləməyə hazırdır: "Əgər amerikalılar buna hazır olarlarsa, biz dialoqu bərpa etməyə hazırıq, əlbəttə, bacararıq və bunu istəyirik. Hər şey Vaşinqtondan asılıdır".
O, Vaşinqtonun Rusiya Federasiyası ilə təhlükəsizliklə bağlı danışıqlarda gündəmi dəyişmək cəhdlərini strateji səhv adlandırıb. Nazir müavini əlavə edib ki, Rusiya ilə ABŞ arasında təmaslar kəsilmir və davam edir. Eyni zamanda o bildirib ki, Moskva birtərəfli güzəştlərə getməyəcək: "Ötən illər ərzində biz daim vurğulamışıq ki, Rusiya tərəfdən heç bir birtərəfli güzəşt olmayacaq".
Xatırladaq ki, 2021-ci ilin yanvarında Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden START müqaviləsini əlavə şərtlər olmadan daha beş il, 2026-cı il fevralın 5-nə qədər uzatmaq barədə razılığa gəliblər. Lakin Ukraynada başlayan müharibə müqavilənin icrasında problemlər yaradıb.
Bu günlərdə Rusiya  Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Rusiya START-ın qüvvədə qalmasının davam etdirilməsini çox vacib hesab edir. Eyni zamanda o qeyd edib ki, ABŞ faktiki olaraq silahlara nəzarət və təhlükəsizlik sahəsində qanunvericilik bazasını dağıdıb, Rusiya Federasiyası ilə  düşmənçilik şəraiti yaradıb.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

Qərbi Avropa Cənubi Qafqazda nə itirib

09:00
13 Dekabr

Azərbaycan-Slovakiya əməkdaşlığı

08:55
13 Dekabr

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

08:50
13 Dekabr

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

08:45
13 Dekabr

Milli maraqları qətiyyətlə təmin edən çoxvektorlu xarici siyasət kursu

08:40
13 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin memarı

08:35
13 Dekabr

Xalqımıza misilsiz xidmət nümunəsi

08:30
13 Dekabr

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!