28 Mart 2024 22:56
288
DÜNYA
A- A+

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

 

ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyəti martın 29-da Ankaraya səfər edəcək və Türkiyə Milli Müdafiə Nazirliyində danışıqlar aparacaq.

AZƏRTAC Türkiyənin Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, milli müdafiə naziri Yaşar Güler Amerika nümayəndə heyətini qəbul edəcək.

Danışıqların gündəliyində Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” hərbi təyyarələri parkının tədarükü və modernləşdirilməsi yer alıb.

Bundan əlavə, Suriyadakı vəziyyətin müzakirə edilməsi planlaşdırılır, burada ABŞ Ankaranın iddia etdiyinə görə Türkiyənin tənqidinə zidd olaraq YPG terror təşkilatına (PKK-nın Suriya qanadı – AZƏRTAC-ın qeydi) dəstək verməyə davam edir.

"Türkiyə tərəfi ABŞ Konqresinin gündəliyində yer alan silah tədarükü layihələri fonunda Ankaranın milli təhlükəsizlik sahədə prioritetlərini Vaşinqtonun diqqətinə çatdırmağı planlaşdırır", - deyə Türkiyə Müdafiə Nazirliyində qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video