30 May 2025 14:45
523
DÜNYA
A- A+
ABŞ Dövlət Departamenti 3400-dən çox əməkdaşını ixtisar edəcək

ABŞ Dövlət Departamenti 3400-dən çox əməkdaşını ixtisar edəcək

ABŞ Dövlət Departamenti qurumun yenidən təşkili planları çərçivəsində iyulun 1-dək 3400-dən çox əməkdaşını ixtisar etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, CBS telekanalı bu barədə əldə etdiyi hökumət sənədlərinə istinadla məlumat yayıb.

Dövlət Departamentinin ABŞ Konqresinə göndərdiyi müvafiq plan xarici siyasət departamentinin 3448 əməkdaşına - işçilərinin təxminən 18 faizinə təsir edəcək. Qurum işçilərə prosesin iyulun 1-dək başa çatacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, bir müddət öncə, ABŞ Dövlət katibi Marko Rubio Dövlət Departamentinin yenidən təşkili prosesinə start veriləcəyini bildirmişdi. O, diplomatik aparatı şişirdilmiş, bürokratik və böyük güclər arasında rəqabət şəraitində öz missiyasını yerinə yetirmək iqtidarında olmayan qurum adlandırıb. Rubio, həmçinin Dövlət Departamentinin yenidən təşkili planının ABŞ Konqresinə göndərildiyini açıqlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!