04 Avqust 2024 02:13
1145
MSK
A- A+
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 31 iyul 2024-cü il tarixli 05 saylı şikayətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 31 iyul 2024-cü il tarixli 05 saylı şikayətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

QƏRAR № 26/119

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Cəfərli Fikrət Novruz oğlu 2024-cü il iyulun 31-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair həmin seçki dairəsi dairə seçki komissiyasının 30 iyul 2024-cü il tarixli 17/49 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizəd F.N.Cəfərli şikayətində bildirmişdir ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri vaxtında dairə seçki komissiyasına təqdim edilmiş, lakin namizəd öz gəlirlərinin miqdarı və mənbəyi haqqında düzgün məlumat vermədiyinə görə dairə seçki komissiyasının mübahisələndirdiyi qərarı ilə onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir. Eyni zamanda o, şikayətində namizədliyin qeydə alınması ilə bağlı məsələyə baxılarkən dairə seçki komissiyasının iclasına dəvət olunmadığını, seçki sənədlərində aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün ona şərait yaradılmadığını göstərmişdir.
Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun komissiyanın iclasında iştirakı təmin olunmuşdur.
Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş F.N.Cəfərlinin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, işçi qrupunun namizədin gəlirlərinin miqdarı və mənbəyi barədə məlumatların yoxlanılmasına dair rəyində onun 2023-cü ilin son 6 ayı üzrə muzdlu işdən gəlir əldə etdiyi müəyyən edilmiş və namizəd gəlirlərinin miqdarı və mənbəyi haqqında məlumatları seçki sənədində düzgün göstərmişdir, buna görə də Seçki Məcəlləsinin 58.1.4-cü və 60.2.3-cü maddələrinə əsasən onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.
Araşdırma ilə əlaqədar namizəd F.N.Cəfərli tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş sənədlər dairə seçki komissiyasından tələb edilərək yoxlanılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupuna verilmişdir. İşçi qrupunun 
2 avqust 2024-cü il tarixli rəyindən məlum olur ki, namizəd F.N.Cəfərlinin öz gəlirlərinin miqdarı və mənbəyi barədə təqdim etdiyi məlumata əsasən 1 iyul 2023-cü il tarixdən 1 iyul 2024-cü il tarixədək olan dövrdə 25571,60 (iyirmi beş min beş yüz yetmiş bir manat altmış qəpik) manat məbləğində qeyd etdiyi gəlirlər qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdən ibarətdir. Aparılan araşdırma nəticəsində həqiqətən də onun gəlirlərinin miqdarı və mənbəyi barəsində təqdim etdiyi həmin məlumatda göstərmədiyi, lakin 2023-cü ilin son altı ayını əhatə edən dövr üzrə muzdlu işdən 2070,0 (iki min yetmiş) manat məbləğində gəlirlərinin olduğu aşkar edilmişdir. Göstərilən məbləğ isə namizədin gəlirlərinin miqdarı və mənbələri barədə olan Qaydalara 1 saylı əlavədə "Əsas iş yerindən aylıq əməkhaqqı" bölümündə öz əksini tapmamışdır.
Bundan başqa, namizəd tərəfindən təqdim olunmuş 15 iyul 2024-cü il tarixli Kapital Bankın ödəniş kartı (debet) üzrə çıxarışda müxtəlif tarixlərdə köçürülmüş məbləğlərdə namizədə aid olan 2023-cü ilin son altı ayı üzrə hər ay üçün ayrı-ayrılıqda minimum əməkhaqqı məbləğində (345,0 manat) olan ödənişlər öz əksini tapmamışdır.
Beləliklə, F.N.Cəfərlinin öz gəlirlərinin miqdarı və mənbəyi barədə dairə seçki komissiyasına verdiyi məlumatların düzgün olmaması Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən namizədliyin qeydə alınmasından imtina üçün əsasdır və dairə seçki komissiyası bu əsaslarla F.N.Cəfərlinin namizədliyinin qeydə alınmasından imtina etməkdə düzgün qənaətə gələrək qərar qəbul etmişdir.
F.N.Cəfərlinin şikayətində göstərdiyi namizədliyin qeydə alınması ilə bağlı məsələyə baxılarkən dairə seçki komissiyasının iclasına dəvət olunmadığına, eləcə də seçki sənədlərində aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün ona şərait yaradılmadığına dair iddiaları araşdırılarkən dairə seçki komissiyasının sədrindən, katiblərindən və həmin dairə seçki komissiyası nəzdində yaradılmış işçi qrupunun rəhbərindən alınan izahatlardan aydın oldu ki, F.N.Cəfərli imza vərəqələri və digər zəruri seçki sənədlərini 26.07.2024-cü il tarixdə dairə seçki komissiyasına təqdim etmişdir. Dairə seçki komissiyasının nəzdində yaradılmış işçi qrupunda təqdim edilmiş seçki sənədləri və imza vərəqələri nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, bir neçə imza vərəqəsində və seçki sənədində qəsdən buraxılmayan səhvlər mövcuddur. Bununla əlaqədar F.N.Cəfərli və səlahiyyətli nümayəndəsi Abdulnasir Şahlar oğlu Əliyev 28.07.2024-cü il tarixdə dairə seçki komissiyasına dəvət olunmuş, həmin səhvlər aradan qaldırılmışdır.
Nəhayət, təqdim edilən izahatlardan o da məlum olur ki, 28.07.2024-cü il tarixdə dairə seçki komissiyasında olarkən F.N.Cəfərlinin dairə seçki komissiyasının sədrindən namizədliyinin qeydə alınması məsələsinə qısa müddətdə baxılmasına dair xahişinə cavab olaraq dairə seçki komissiyasının sədri həmin məsələyə 30.07.2024-cü il saat 12:00 - 13:00 aralığında baxılacağını bildirmişdir. Lakin nə F.N.Cəfərli, nə də onun səlahiyyətli nümayəndəsi həmin iclasa gəlməmişdir.
Beləliklə, aparılan tam və hərtərəfli araşdırma göstərdi ki, F.N.Cəfərlinin şikayətində göstərdiyi namizədliyin qeydə alınması ilə bağlı məsələyə baxılarkən dairə seçki komissiyasının iclasına dəvət olunmadığına, eləcə də seçki sənədlərində aşkar edilmiş qəsdən buraxılmayan səhvlərin aradan qaldırılması üçün ona şərait yaradılmadığına dair iddiaları öz təsdiqini tapmır. Əksinə, dairə seçki komissiyası imza vərəqələri və digər seçki sənədlərində aşkar edilmiş qəsdən buraxılmayan səhvlərin aradan qaldırılması üçün zəruri addımlar atmışdır, yəni namizəd və onun səlahiyyətli nümayəndəsi təqdim olunmuş sənədlərin yoxlanılması prosesində iştirak etmiş və qeyd edilən sənədlərdə imza atmaq yolu ilə mövcud çatışmazlıqlar aradan qaldırılmışdır.
Göstərilənlərə əsasən F.N.Cəfərlinin 31 iyul 2024-cü il tarixli 5 saylı şikayəti əsassız olduğundan təmin edilməməli, onun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 30 iyul 2024-cü il tarixli 17/49 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 148.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən   qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 
32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Cəfərli Fikrət Novruz oğlunun 
31 iyul 2024-cü il tarixli 5 saylı şikayəti əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 30 iyul 2024-cü il tarixli 17/49 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr    Məzahir Pənahov
Katib    Arifə Muxtarova
Katib    Mikayıl Rəhimov

03.08.2024

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır  

23:25
19 İyul

Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır  

21:32
19 İyul

Azərbaycan Prezidenti: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir  

21:31
19 İyul

Prezident: Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var  

21:30
19 İyul

Prezident İlham Əliyev: Azərbaycan mediasının inkişafı məni çox sevindirir  

21:29
19 İyul

Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik

21:28
19 İyul

YAP nümayəndə heyəti Şimali Kipr Türk Respublikasının parlamentini ziyarət edib

21:24
19 İyul

Azərbaycan Prezidenti: Mən süni intellektdən istifadə etmirəm

21:22
19 İyul

Prezident İlham Əliyev: İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik  

21:21
19 İyul

Prezident İlham Əliyev: Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq  

21:21
19 İyul

Azərbaycan Prezidenti Media Forumunda qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb  

21:20
19 İyul

Prezident İlham Əliyev Media Forumunda Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib  

21:14
19 İyul

Azərbaycanın bədii gimnastika üzrə qrup komandası Universiadanı 3 medalla başa vurub  

21:07
19 İyul

Prezident İlham Əliyev: Cənubi Qafqaz sabit məkan olacaq

21:05
19 İyul

Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb  

21:03
19 İyul

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB

21:03
19 İyul

Prezident İlham Əliyev: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır  

20:03
19 İyul

Azərbaycan Prezidenti: Biz indi beynəlxalq səhnədə daha fəalıq

19:51
19 İyul

Xanyurdu sakini: Kəndə köçəndən sonra ilk qonağımız Prezident oldu  

19:51
19 İyul

Prezident: İqtisadi Əməkdaşlıq Təşkilatının daha güclü və daha effektiv olmasına ehtiyac var  

19:39
19 İyul

Prezident İlham Əliyev: Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır  

19:23
19 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!