14 Dekabr 2025 12:46
439
DÜNYA
A- A+
Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  


Avropa İttifaqının 2027-ci ilə qədər Rusiya qazından tam imtina etmək planı Rumıniyanın “Adevarul” nəşrində dərc olunan geniş analitik materialda Avropanın enerji siyasətində tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir.

AZƏRTAC xəbər verir ki, nəşrin təhlilinə görə, bu qərar təkcə iqtisadi deyil, həm də geosiyasi və strateji xarakter daşıyır və Avropanın uzunmüddətli təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərir.

Məqalədə vurğulanır ki, Avropa uzun illər Rusiya qazına yüksək dərəcədə bağlı olub və bu asılılıq zamanla siyasi təzyiq alətinə çevrilib. Ukraynada müharibədən sonra formalaşan yeni reallıqlar isə Brüsseli enerji məsələsinə fərqli prizmadan yanaşmağa vadar edib. Bu kontekstdə Rusiya qazından mərhələli imtina enerji bazarının diversifikasiyası və strateji risklərin azaldılması məqsədi daşıyır.

Təhlildə qeyd olunur ki, Avropa Komissiyasının qəbul etdiyi xətt çərçivəsində qaz təchizatı artıq tək bir mənbəyə söykənməyəcək. LNG terminallarının genişləndirilməsi, Norveç və Şimali Afrika ilə əməkdaşlığın gücləndirilməsi, eləcə də bərpaolunan enerji mənbələrinə sürətli keçid Avropanın yeni enerji modelinin əsas sütunları kimi göstərilir. Bu proses enerji təhlükəsizliyini yalnız iqtisadi deyil, həm də siyasi dayanıqlılıq məsələsinə çevirir.

Məqalədə Rumıniyanın bu strategiyada xüsusi mövqeyinə də diqqət çəkilir. Qara dəniz regionunda yerləşən Rumıniya həm regional enerji layihələri, həm də Avropa bazarının şaxələndirilməsi baxımından mühüm rol oynaya bilər. Nəşrin qənaətinə görə, bu amil ölkənin Avropa enerji xəritəsində əhəmiyyətini artırır və onu potensial enerji mərkəzlərindən birinə çevirir.

Analitik yanaşmada vurğulanır ki, Rusiya qazından imtina prosesi bütün Avropa ölkələri üçün eyni dərəcədə asan olmayacaq. Keçid dövründə qiymət artımları və infrastruktur problemləri mümkündür. Lakin “Adevarul” yazır ki, Brüssel bu çətinlikləri qısa müddətli risk, enerji müstəqilliyini isə uzunmüddətli strateji qazanc kimi qiymətləndirir.

Nəticə olaraq, qeyd edilir ki, Avropanın Rusiya qazından imtinası sadəcə enerji bazarında dəyişiklik deyil, qitənin geosiyasi mövqeyini yenidən formalaşdıran fundamental qərardır. Bu addım Avropanın gələcəkdə enerji təhlükəsizliyini xarici təzyiqlərdən qorumaq və daha müstəqil siyasi kurs yürütmək niyyətini açıq şəkildə ortaya qoyur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində xarici şirkətlərlə müqavilələr imzalanıb  

23:11
24 Yanvar

İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini yekunlaşdırır  

22:08
24 Yanvar

Laçının sağlamlıq keşikçiləri: doğma yurda qayıdışla başlayan məsuliyyətli xidmət  

20:00
24 Yanvar

Zelenski Əbu-Dabi danışıqlarını konstruktiv adlandırıb  

19:23
24 Yanvar

Misli Premyer Liqası: "Kəpəz" "Qarabağ"ı məğlub edib

18:56
24 Yanvar

“Həm evimiz var, həm işimiz” - Kəlbəcər sakininin qayıdış sevinci 

18:47
24 Yanvar

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq

18:09
24 Yanvar

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib  

17:57
24 Yanvar

Danimarkanın Baş naziri Trampın NATO-nun Əfqanıstan missiyası barədə sözlərini pisləyib  

17:32
24 Yanvar

Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib

16:10
24 Yanvar

Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib

16:01
24 Yanvar

İraq İŞİD-dən olan əcnəbi məhbusları ölkələrinə təhvil verməyə başlayır

15:53
24 Yanvar

Braziliya Çin vətəndaşları üçün vizanı ləğv edir

15:39
24 Yanvar

Əbu-Dabidə Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə danışıqlar davam edir

14:52
24 Yanvar

Astanada Konstitusiya islahatları komissiyasının ilk iclası keçirilir

13:49
24 Yanvar

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq

13:09
24 Yanvar

Hərbi attaşe: Azərbaycan və Türkiyə şəhidləri cəsarət və fədakarlıq mücəssəməsidir

12:01
24 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib: Yolların buz bağlama ehtimalı var!

10:56
24 Yanvar

Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq

10:38
24 Yanvar

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölən və xəsarət alanlar var

10:36
24 Yanvar

Tramp: Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik

10:34
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!