11 Sentyabr 2024 00:37
468
MSK
A- A+
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 sentyabr 2024-cü il tarixli 67 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 sentyabr 2024-cü il tarixli 67 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar № 39/196


 

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Mahmudov Mahmud Avdı oğlu 2024-cü il sentyabrın 9-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək səsvermə günü həmin seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və səsvermənin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır. 
Seçki Məcəlləsinin tələbinə görə, iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən, şikayət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin şikayətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir. 
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır: 
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Mahmudov Mahmud Avdı oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 sentyabr 2024-cü il tarixli 67 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir. 

Sədr    Məzahir Pənahov
Katib    Arifə Muxtarova
Katib    Mikayıl Rəhimov

10.09.2024
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Litvalı jurnalist: Bu gün Ağdamı tamamilə başqa cür görürəm

23:04
20 İyul

Ağa İqrar Harun: Yanlış məlumatların yayılmaması üçün biz cəmiyyətin diqqətinə həqiqətin harada olduğunu çatdırmalıyıq  

23:03
20 İyul

Şuşa Qlobal Media Forumu təşəbbüsdən daha çox instituta çevrilib  

21:26
20 İyul

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Xocalıda

21:18
20 İyul

Cəmil Qadalrah: Saxta xəbərlərlə mübarizə aparmaq üçün yeni metod və yanaşmalar tətbiq etməliyik  

21:01
20 İyul

Anadolu agentliyinin əməkdaşı: Daha çox sosial şəbəkələrə uyğun videolar hazırlayırıq  

20:53
20 İyul

Elmir Huremoviç: Mötəbər media qurumları cəmiyyətlər arasında etimad körpülərinin qurulmasında mühüm rol oynayır  

20:31
20 İyul

Məhəmməd Asim: Media sahəsi sürətlə dəyişir və süni intellekt bu sahədə bizə müəyyən mənada kömək göstərmək potensialına malikdir

20:01
20 İyul

Roma Papası: Dünya artıq müharibəyə dözə bilməz

19:43
20 İyul

Kristina Mixaela Tatu: Əsas məqsədimiz ictimaiyyətə yalnız təsdiqlənən və etibarlı xəbərləri təqdim etməkdir

19:41
20 İyul

Mixail Qusman: Azərbaycanın ən görkəmli jurnalistləri və fotomüxbirləri məhz AZƏRTAC-da çalışıb  

19:31
20 İyul

BTA agentliyinin baş direktoru: Süni zəka informasiya sahəsində ciddi təhdidə çevrilə bilər  

19:27
20 İyul

Prezidentin xüsusi nümayəndəsi: Burada təkcə mərkəzdə yox, digər kəndlərdə də bərpa işləri aparılır 

19:19
20 İyul

Alexandru Giboi: Gələcəyi düzgün planlaşdırmaq bizim üçün həyati əhəmiyyət daşıyır  

19:15
20 İyul

Vüqar Əliyev: Çağdaş dünyanın ən ciddi problemlərindən olan dezinformasiya ilə üz-üzəyik

18:43
20 İyul

Laçında “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masa keçirilir  

18:42
20 İyul

Şuşa Qlobal Media Forumunun bir qrup iştirakçısı Laçın şəhərində olub

18:41
20 İyul

Beşinci “Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatıb  

18:38
20 İyul

Vüqar Rəhimzadə: III Şuşa Qlobal Media Forumu yeni dövrün çağırışlarını Xankəndidən dünyaya çatdırır  

16:20
20 İyul

“AzerGold”un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq

15:53
20 İyul

Prezident İlham Əliyevin III Şuşa Qlobal Forumundakı çıxışı Gürcüstan mediasının diqqət mərkəzində olub  

15:52
20 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!